Xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasından 100 il keçir. Ulu öndərin Azərbaycana rəhbər seçilməsi ilə cəmiyyət həyatının bütün sahələrində tamamilə yeni dövr başladı, respublikamızda böyük inkişafın təməli qoyuldu. Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, müasir ordu quruculuğuna, bütövlükdə beynəlxalq aləmdə özünə layiqli yer tutan hüquqi-demokratik dövlətin qurulmasına xidmət etmişdir.
Müasir dünya tarixinin tanınmış simaları Heydər Əliyevi Azərbaycan xalqının bəşər tarixinə bəxş etdiyi nadir siyasi və dövlət xadimlərindən hesab edirlər. O, təkcə Azərbaycanı qaranlıqdan işığa çıxarmamış, eyni zamanda müasir Azərbaycanın memarı və qurucusu olmuş və bizə müstəqil qüdrətli bir dövlət miras qoyub getmişdir. Məhz buna görə də xalqımız Azərbaycanı canından əziz bilən oğluna "ümummilli lider" adını vermiş və xatirəsini həmişə uca tutaraq, ona sonsuz ehtiram və minnətdarlıq duyğularını ifadə etmişdir. Çünki bir insan öz xalqı üçün, onun istiqlaliyyəti və müstəqilliyi, dünya xalqları ailəsində özünə layiq yer alması üçün nə edə bilərsə, bunların hamısını dahi rəhbərimiz yalnız özünəməxsus tarixi yolla, strategiya və taktika ilə həyata keçirmişdir.
May ayının 10-da Azərbaycan xalqı özünün xilaskar oğlunun anadan olmasının 100 illiyini böyük ehtiramla qeyd edəcəkdir. Bu, müasir Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda deyildiyi kimi, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimizin şücaəti, şəhidlərimizin qanı, əsgərlərimizin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanılmışdır.
Çağdaş tariximiz göstərir ki, ümummilli liderimiz Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dövrlərdə özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, hüquqi dövlət quruculuğunda da böyük nailiyyətlərə imza atılmışdır. Dahi rəhbər harada və hansı vəzifədə işləməsindən asılı olmayaraq bütün məsələlərdə ədalətli qərarların qəbul edilməsinin tərəfdarı olmuş və bu amal onun siyasi fəaliyyətinin ana xəttini təşkil etmişdir.
1981-ci il noyabrın 18-də Moskvada çap edilən "Literaturnaya qazeta"da dərc olunan "Qoy ədalət zəfər çalsın" sərlövhəli məşhur müsahibəsi zamanında siyasi publisistikanın ən çox müzakirə olunan və təqdir edilən nümunələrindən biri idi. Ulu öndər hələ o vaxt keçmiş SSRİ-də qəbul edilmiş kriteriyalara böyük cəsarətlə xüsusi yanaşma nümayiş etdirmişdir. "Mən qeyd etmək istərdim ki, "qanunçuluq" dedikdə biz Cinayət Məcəlləsindən çox bizim cəmiyyətin mənəvi məcəlləsini nəzərdə tuturuq. Və bu nöqteyi-nəzərdən hüquq pozuntuları özlüyündə, onların profilaktikası yalnız hüquqi məsələ deyil. Necə ki, söhbət, ilk növbədə insan uğrunda mübarizədən, sovet adamının hüquqlarına hörmətlə yanaşılmasından, ləyaqətinin və şərəfinin qorunmasından, onda ən yaxşı vətəndaş keyfiyyətlərinin, yüksək mənəvi prinsiplərin tərbiyə olunmasından gedir".
Bu il 105 illik yubileyini qeyd edəcək Azərbaycan Respublikası prokurorluğunun keçdiyi yola nəzər salsaq görərik ki, o, çətin olduğu qədər də şərəfli bir tarixdir. Bu tarixin də ən yaddaqalan səhifələri ümummilli liderimiz tərəfindən öz dahiyanə zəkası, müdrik düşüncəsi və parlaq bacarığı ilə yazılmışdır.
Qısa zaman çərçivəsində hüquqi dövlət quruculuğu sahəsində görülən işləri inkişaf etmiş dövlətlərlə müqayisə etsək görərik ki