Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı, eyni zamanda, bu sahədə yersiz müdaxilələrin aradan qaldırılması, sui-istifadə və korrupsiya hallarının qarşısının alınması, həmçinin, investisiya mühitinin daha da yaxşılaşdırılması üçün mühüm bir addım kimi qiymətləndirilməlidir. Yeni qanunun qəbulunu birmənalı şəkildə iş adamlarına verilən siyasi dəstək kimi də qiymətləndirmək lazımdır. Azərbaycan dövləti hər zaman sahibkarlıq fəaliyyətinə olan yersiz müdaxilələrin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər həyata keçirir.
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 28 avqust 2013-cü il tarixli Prezident fərmanı ilə qüvvəyə minməsi sahibkarlıq sahəsində sadəcə hüquqi mühitin təkmilləşdirilməsi deyil, eyni zamanda sahibkarlara kompleks şəkildə dövlət dəstəyinin göstərilməsi, dövlət-sahibkar münasibətlərinin müsbət mənada tənzimlənməsində atılan ciddi addım kimi də qiymətləndirilməlidir.
Adıçəkilən qanunun əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsindən və həmin yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir. Buna müvafiq olaraq hüquqi sənəddə nəzərdə tutulub ki, qanunun tələblərinə uyğun olmadan aparılan yoxlamanın heç bir hüquqi qüvvəsi yoxdur.
Qanun yoxlamaların məqsəd və prinsiplərini müəyyən edir. Bu zaman yoxlamaların əsas məqsədi kimi sahibkarların yol verdikləri hüquq pozuntularına görə cəzalandırılması yox, insanların həyat və sağlamlığının, əmlakının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsi göstərilir.
Həmçinin, qanunda sahibkarların yoxlayıcı orqanların mütəxəssislərini öz obyektlərinə dəvət etmələri imkanları nəzərdə tutulmuşdur ki, bunun da məqsədi sahibkarın gələcək qanun pozuntularından sığortalanması, həmçinin yoxlayıcı orqanlar tərəfindən bir-birlərinin səlahiyyətlərinin təkrarlanmasına və eyni predmet üzrə paralel yoxlamaların aparılmasına qadağa qoyulmasıdır.
Əvvəllər məhsul nümunələrinin götürülməsi və təhqiqi ilə bağlı kifayət qədər normativ tənzimlənmənin mövcud olmadığına görə həm yoxlayıcı orqanlar, həm də sahibkarlar üçün müəyyən çətinliklər mövcud idi ki, bu da bir çox hallarda sahibkarların hüquqlarının pozulmasına gətirib çıxarırdı. Məhz bu səbəbdən Qanunun müəyyən hissəsi yoxlamalar zamanı götürülən nümunələrin ekspetizasının tənzimlənməsinə həsr edilib.
Eyni zamanda Qanunda aparılan yoxlamaların kütləvi informasiya vasitələrində, o cümlədən televiziyada, sahibkarın günahı təsdiq edilməzdən əvvəl işıqlandırılmasına qadağa qoyulur. Çünki bu təcrübənin sahibkarların işgüzar nüfuzuna kifayət qədər ağır zərbə vurması mümkündür.
Qeyd edilən qanunda yoxlamaların plan üzrə və plandankənar formaları nəzərdə tutulur. Plan üzrə yoxlamanın müddəti orta, kiçik və mikro sahibkarlara münasibətdə 5 iş günündən, iri sahibkarlara münasibətdə isə 10 iş günündən artıq olmamaqla, plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 iş günündən, orta, kiçik və mikro sahibkarlara münasibətdə isə 3 iş günündən artıq olmamaqla aparılması müəyyən edilir.
Yoxlamalar zamanı sahibkarlıq subyektlərinin risk qrupları üzrə bölgüsü qeyd edilir. Belə ki, plan üzrə yoxlamalar yüksək risk qrupuna aid sahibkarlarda ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna aid sahibkarlarda iki ildə bir dəfədən çox olmayaraq, aşağı risk qrupuna aid sahibkarlarda isə üç ildə bir dəfədən çox olmayaraq aparılır. Habelə yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində plan üzrə yoxlamalar yüksək risk qrupuna aid sahibkarlarda altı ayda bir dəfədən, orta risk qrupuna aid sahibkarlarda ildə bir dəfədən, aşağı risk qrupuna aid sahibkarlarda isə iki ildə bir dəfədən çox olmayaraq aparılır.
Qeyd edilməlidir ki, plandankənar yoxlamalar qanuna görə yoxlayıcı orqanın istəyi ilə yox, məhz qanunun konkret tələb etdiyi hallarda keçirilir. Belə ki, bu cür yoxlamalar