Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatı keçib
Sosial həyat

Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatı keçib

Dövlət Statistika Komitəsi xəbər verir ki, Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatı keçib. Bu ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 11,4 % artaraq 901 manat olub.

Yanvar-fevral aylarının yekununda ölkədə maaşların orta həddi 854 manat təşkil edib. Beləliklə, təkcə mart ayında orta aylıq əməkhaqqı 47 manat artıb.