AZƏRBAYCANDA AQRAR İNTİBAHIN BANİSİ
Siyasət

AZƏRBAYCANDA AQRAR İNTİBAHIN BANİSİ

Vətən tariximizin işıqlı şəxsiyyətləri çoxdur. Amma bir ölkənin milli müstəqillik tarixinin beşiyi başında dura bilmək hər kəsə qismət olmur. Azərbaycan belə ölkələrdəndir. Fövqəl dünyagörüşü, zamanları qabaqlayan uzaqgörənliyi, dünyanı mat qoyan idarəçilik istedadı ilə XX əsrin siyasət nəhəngi zirvəsinə yüksəlmiş Heydər Əlirza oğlu Əliyev bu bəxtiyar millətin Tanrıdan əvəzolunmaz qismət payı, iftixarının zirvəsi, qürurunun minnətdar əbədi ünvanıdır.

Heydər Əliyev baharın övladıdır. Bahar yenilik, nur, işıq, ruzi, bərəkət yolunun başlanğıcıdır. O, bütöv bir məmləkətə əməlləri zəkası ilə yer üzünün ali dəyərlərini - demokratiya müstəqillik ruzisini gətirdi, onun əbədiyyət pasportunu təqdim etdi. Bu, burulğanlar, təlatümlər qoynunda çırpınan dünya düzəninin bir parçasında Yaxın Şərqdə demokratiyanın, müstəqilliyin ali dəyərlərin vətəndaşlıq statusuna möhürlənməsinin yeganə, unikal nadir nişanəsi ilk nümunəsi idi.

Hər kəs bir ölkədə iki dəfə rəhbərlikdə olmur. Bu, nadir dövlət başçılarına qismət olur. Çünki zaman geridönməzdir, sən zamandan uca, etirafdan etibardan böyük, sevgidən ziyadə ehtiramda olmalısan ki, sənə xalq üz tutsun. Xitab eləsin, özünə rəhbər, yurduna yiyə, övlad, dar gününə sərkərdə bilsin.

Heydər Əliyev 34 ilə yaxın siyasi hakimiyyətdə olub. Bunun 5 ilini planetin ən iri güc mərkəzlərindən olan Rusiyada - Sovetlər İttifaqında ilk ali rəhbərlərdən biri kimi çalışıb. Təpədən-dırnağadək vətəndaş, milli ruhun əsgəri, xalqın qulluqçusu şərəfli ömrü onu planetin sayılıb seçilən tarixi şəxsiyyətləri sırasına qaldırmışdır. Bu gün "Azərbaycan  Heydər  Əliyevin şah əsəridir" deyirlər. Tam haqlı, doğru qənaətdir.

"Azərbaycan dünyaya günəş kimi doğacaq". Bunu da ümummilli lider deyirdi. Bu da həqiqət oldu. Azərbaycan Yaxın Şərqdə istiqlal nümunəsi, bütöv dünyada milli dəyərlərə layiq ölkə kimi ad qazandı. Fəaliyyətində  kənd təsərrüfatına mühüm yer ayırdı. Heydər Əliyev irsi təkcə bir məktəb deyil. O, siyasi mədəniyyət məbədi, titanik quruculuq akademiyası, məfkurə, mental milli dəyərlər daşıyıcısı olan, onu aşılayan həyat universiteti idi.

Xalqa sədaqəti qədər bitməz-tükənməz quruculuq, yaratmaq, inkişaf əzmi ilə fövqəladə bacarıq sahibi idi. O, tikinti meydanlarında memar, ədəbiyyat gecələrində şair, siyasət səhnələrində natiq olduğu kimi, zavod fabriklərdə fəhlə, kənddə, zəhmətkeş yanında onun torpağının, rifahının əsl strateqi, cəfakeşi idi.

Bu il bu nəhəng şəxsiyyətin qərinələrə örnək olan ömür yolunun 100- ildönümüdür. Dövlət başçısı cənab İlham Əliyev ötən il sentyabrın 29-da bu barədə müvafiq Sərəncam imzalamışdır. "Azərbaycan Respublikasında 2023- ilin "Heydər  Əliyev İli" elan edilməsi haqqında" Sərəncamda bu yüksək keyfiyyətlər minnətdarlıq hissi ilə yad edilir.

İndi hər evdə, ailədə, hər sahədə, taledə Heydər Əliyevin işıqlı obrazı, nurlu siması görünməkdədir. Hələ bundan sonra yüz-yüz kitablar yazılsa da, mahnılar bəstələnsə , milyon xariqələr çap olunsa da, bu ömrün çevrəsinin ucalığına, o unikal əzəmətin şərəfinə göstərilən ehtiramın ünvan dərinliyinə yetmək çətin ki, mümkün olsun.

Odur ki, bu yazıda dahi quruculuq övladının ölkənin aqrar sektorundakı xidmətlərinə diqqət çəkmək istəyirəm. Azərbaycan ötən əsrin 50-60- illərində səfalət tənəzzül girdabından çıxarılıb Sovetlər İttifaqının aparıcı müttəfiq respublikalarından biri kimi iqtisadi yüksəlişin bayraqdar ölkəsi səviyyəsinə gətirilməsi məhz bu titanik şəxsiyyətin əməyi sayəsində mümkün olmuşdur. Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003- illərdə aqrar sahə ilə bağlı 50-dən artıq normativ-hüquqi sənəd qəbul edilmiş, çoxsaylı fərman sərəncamlar imzalanmışdır. Bu sənədlər aqrar islahatların gedişini sürətləndirmiş, kənd t