Bu istilahın fəlsəfi məzmunu və ya Ulu Öndərin milli zəminli bəşəri ideyalarının analitik formulu
əmiyyətin neçə minillik inkişafı dövründə çox ictimai-iqtisadi formasiyalar, hansısa böyük proseslərin nisbi tamamlandığı, yenilərinin isə sanki başlandığı tarixi keçidlər olub. Bunlardan yeni dövrün başlanğıcı kimi dəyərləndirilən və nəticəsinə görə əsaslı təhlil olunanı - belə demək mümkünsə, kapitalizmə keçiddir. Cəmiyyətin təbii inkişafının yaratdığı zərurətdən doğan bu formasiyadan sosializmə keçiddə isə inkişafın əsas hərəkətverici qüvvəsi - əksliklərin vəhdəti nəzərə alınmadı. Əvvəlcə marksizm-leninizm adı ilə elmi-nəzəri tədqiqatlara əsaslanan model kimi nəzəri bir sistem yaradıldı. Sonradan buna hazır olmayan cəmiyyət inqilabi yolla (zorən) həmin nəzəri sistemə uyğunlaşdırıldı.
Keçid dövrünün antaqonizmi
Ötən əsrin sonlarında baş verən, dünya ölkələrinin az qala dörddəbirini əhatə edən keçid prosesi nə əvvəlcədən tam əsaslı modelləşdirilmiş, nə də öyrənilmişdi. Buna baxmayaraq, dünyanın əzəmətli imperiyası, sosializm sistemi dağıldı, kommunizm kabusu ilğım kimi yoxa çıxmaqla böyük bir ideoloji sistem süqut etdi. Mahiyyətcə sosializmin dağılmasına hesablanmış, sintetik cəmiyyət quruculuğunda xaricdən götürülmüş hazır modellərin - "yenidənqurma" kimi konsepsiyaların reallaşdırılması ilə hər şey sanki öz kütləvi axarına buraxıldı. Bununla da böyük bir ölkə daxilində antaqonist iki ideoloji cəbhənin (kommunizm və kapitalizm) qarşıdurmasına real imkanlar yaradıldı.
Həmin illərdə baş verən proseslərin geniş və hərtərəfli təhlilini, keçmiş SSRİ-nin baş iqtisadçı ideoloqlarından olan akademik L.Abalkin “İstifadə olunmamış imkan: ilyarım hökumətdə” (L.İ.Abalkin, “Neispolğzovannıy şans: Poltora qoda v pravitelğstve” – M., Politizdat, 1991) kitabında özünəməxsus tərzdə analiz və şərh etmişdir. Müəllifin qənaəti bundan ibarətdir ki, təkcə iqtisadi sahədə deyil, siyasi sahədə də yaranmış problemlər həll edilməlidir. Çünki problemləri siyasi yolla həll etmədən ölkəni böhrandan xilas etmək mümkün deyil.
Keçid prosesləri, baş verdiyi bütün ölkələr üçün, tarixən həmişə mürəkkəb, ağrılı və təbəddülatlı olub. Ölkəmiz də bu baxımdan istisnalıq təşkil etmədi, köhnə böyük sistemdən qopub ayrılması və yeni sistemə keçid yolu hamar olmadı.
Qeyd edək ki, yaşadığımız sosializm cəmiyyətində sənayedə, kənd təsərrüfatında, bir sözlə, istehsalın və təsərrüfatın əksər zəruri sahələrində təşkilati, təminat sistemi qurulmuşdu. Texnoloji sahədə müəyyən geriliklər olsa da, təhsil, intellekt, təfəkkür mədəniyyəti kifayət qədər yüksək idi. Bütün bunlar yeni keçid dövrünə uyğun təşkilati formanın tapılmasını tələb edirdi. Lakin sistemin dağılması ilə Azərbaycanda qalan maddi-texniki baza maksimum dərəcədə faydalı istifadə olunmaq əvəzinə, ötən əsrin 90-cı illərinin əvvəllərində yenidən qurmaq ümidi ilə dağıdıldı. Keçmişdən qalan hər şeyi dağıtmaq taktikası iqtisadiyyatı iflic vəziyyətinə saldı. İqtisadiyyatda yaranan daxili dispraporsiya digər sahələri də xaosa sürüklədi. İttifaqın dağılmasından sonra sistemin ideoloji prinsipləri də, dövlətçiliyi də, iqtisadi əlaqələri də, qanunvericilik əsasları da - bir sözlə, bütün daxili qurumlar dağıldı. Vahid ideyanın, yeni bir ideoloji sistemin olmaması ucbatından çoxlu sayda dağılma və həmçinin yaşam üçün zəruri olan quruculuq proseslərinin xaotik toplusu yarandı. Çünki vahid ideya olmadıqda və ya onun şaxələnmiş maddi təzahürləri müəyyən quruculuq proseslərini nəzəri ifadə etmədikdə təsadüflərin xaosu baş verir.
İnkişaf etmiş ölkələrdə və ya hüquqi dövlətlərdə (bu ölkələr də XVII-XVIII əsrlərdə həmin mərhələni keçiblər, yəni o illərdə formalaşmış ideologiya artıq sosial-iqtisadi və siyasi-hüquqi reallıq olub) ideologiya artıq ideyadan gerçəkliyə çevrildiyindən yeni modellərin yaradılmasına lüzum qalmır. Bəzi ideologiyalar isə ictimai reallığa çevrilə bilmədiyindən, arzu olaraq qaldığından, yəni nəzəri mərhələdən keçərək gerçək həyatda özünü doğrulda bilmədiyindən məhvə məhkum olur. Məsələn