Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərinin 105-ci ili tamam olur
Tarix

Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərinin 105-ci ili tamam olur

1917-ci il fevralında Rusiya imperiyasının süqutundan sonra yaranan Müvəqqəti hökumət həmin ilin martın 3- Cənubi Qafqazın idarə olunması üzrə xüsusi komitənin - OZAKOM-un yaranması haqqında qərar qəbul etdi. 1917-ci il oktyabrın 26-da Rusiyada bolşeviklərin həyata keçirdikləri hərbi çevriliş nəticəsində Petroqradda hakimiyyət onların əlinə keçdi. Sovet Rusiyası XKS-nin sədri V.İ.Leninin imzaladığı sənədlərə əsasən Polşa, Finlandiya Pribaltika ölkələrinin dövlət müstəqilliyi tanınsa da, Cənubi Qafqaz ölkələri içərisində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyi tanınmadı. Bunun isə əsas səbəbi Bakı neftini əldən verməmək idi. Buna görə hakimiyyəti silahla ələ alan bolşeviklər çarizmin Şimali Azərbaycana qarşı yeritdiyi siyasətə daha sərt xarakter verərək daşnak xislətli kommunist ermənilərdən istifadəyə üstünlük verdilər.

1917-ci il dekabrın 16-da RSFSR XKS-nin sədri V.İ.Leninin sərəncamı ilə S.G.Şaumyan Qafqazın Fövqəladə səlahiyyətli Komissarı təyin edildi ona burada öz fəaliyyətini təşkil etmək üçün 500 000 rubl qızıl pul ayrıldı. Cənubi Qafqaza gələn S.G.Şaumyan Bakıda bütün anti-Azərbaycan siyasi qüvvələrlə birləşərək hakimiyyəti ələ keçirdi. Bolşevik-daşnak hakimiyyətini burada möhkəmləndirmək üçün 1918-ci il fevralın 13- RSFSR XKS yeni qərar qəbul etdi. Bu qərara əsasən S.G.Şaumyanın sərəncamına 31,8 mln. rubl qızıl pul, 5 min tüfəng, 2 mln. patron, 35 pulemyot, 2 aeroplan, 2 zirehli maşın döyüşçü dəstələri, o cümlədən Moskva Hərbi Dairəsinin 4- səyyar inqilabi dəstəsi göndərildi. Nəticədə 1918-ci ildə Bakı şəhəri onun ətrafında olan ərazilərdə yaşayan azərbaycanlı əhaliyə qarşı ən ağır cinayət - soyqırımı cinayəti törədilərək ən azı 12 mindən artıq azərbaycanlı məhv edildi. 1918-ci ilin martından 1921-ci il avqustun 1-dək isə bütün Cənubi Şimali Azərbaycan ərazilərində 700 000-dən çox azərbaycanlı soyqırımı cinayətlərinin qurbanı oldu. Bu cinayətlərin hansı səbəbdən törədildiyini S.G.Şaumyan RSFSR XKS-nin sədri V.İ.Leninə 13 aprel 1918-ci il tarixində ünvanladığı məktubunda yazırdı: "Əgər onlar qəbul gəlsəydi Bakı Azərbaycanın paytaxtı elan edilər bütün qeyri-müsəlman ünsürlər tərki-silah məhv edilərdi". S.G.Şaumyanın I Dünya müharibəsi zamanı Osmanlı Türkiyəsinə qarşı vuruşan 1917-ci il 5 oktyabr Ərzincan müqaviləsinə görə Qafqaz cəbhəsindən geri qayıdan daşnaklardan istifadə edərək azərbaycanlılara qarşı soyqırımı cinayətləri törətməsi ən başlıcası, Bakı şəhərində hakimiyyəti ələ keçirməsi V.İ.Lenin tərəfindən çox böyük razılıqla qarşılanmışdı. S.G.Şaumyanın Bakı Neft Komitəsinin sədri təyin etdiyi Saak Ter-Qabrielyan 7 ədəd neftlə doldurulmuş gəmi ilə əvvəlcə Həştərxana, sonra isə Moskvaya gələrək V.İ.Leninlə görüşmüşdu. Bu görüş zamanı V.İ.Lenin S.G.Şaumyanın törətdiyi cinayətlərin miqrasiyasından heyran qaldığını söyləyərək: "… Bakı proletariatına həm mənəvi, həm maddi kömək göstərməyə hazır olduğunu" bildirmişdi. 1918-ci ilin martından başlayaraq Rusiyada getdikcə alovlanan vətəndaş müharibəsində qələbə çalmaq I Dünya müharibəsində çökmüş ölkə iqtisadiyyatını dirçəltmək üçün Sovet Rusiyasının rəhbəri V.İ.Lenin Bakı neftinin ələ keçirilməsi məsələsinə xüsusi əhəmiyyət verirdi. Buna görə RSFSR XKS-nin 1918-ci il 22 may tarixli qərarı bu baxımdan diqqəti cəlb edir. Qəbul olunmuş qərarda deyilirdi ki, "…ən çox miqdarda neft yola salınmış işi birinci növbədə sözsüz təmin edilməlidir". 1918-ci il iyunun 5- V.İ.Lenin Saak Ter-Qabrielyana vurduğu teleqramda S.G.Şaumyanın sərəncamına əlavə olaraq 50 milyon pul ayırdığını "nefti birinci yerə qoymaq" tapşırığını vermişdi. Lakin bununla yanaşı 1918-ci il iy