Azərbaycan və Böyük Britaniya beynəlxalq axtarışa verilmiş şəxslərin təhvil verilməsi məsələlərində sıx əməkdaşlıq edəcək
Gündəm

Azərbaycan və Böyük Britaniya beynəlxalq axtarışa verilmiş şəxslərin təhvil verilməsi məsələlərində sıx əməkdaşlıq edəcək

Azərbaycan və Böyük Britaniya beynəlxalq axtarışa verilmiş şəxslərin təhvil verilməsi məsələlərində sıx əməkdaşlıq edəcək.

"Respublika"ın xəbərinə görə, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin Londona işgüzar səfəri zamanı müzakirə aparılıb.

Baş prokurorun Krallığın Daxili İşlər Nazirliyinin Ekstradisiya məsələləri üzrə rəhbəri Harj Dersi ilə görüşündə cinayət törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş şəxslərin təhvil verilməsi məsələləri müzakirə edilib, bu sahədə birgə fəaliyyət və sıx əməkdaşlıq edilməsi barədə razılıq əldə olunub.

Xatırladaq ki, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 28-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Londonda işgüzar səfərdə olub.