Azərbaycan-Türkiyə münasibətləri davamlı inkişaf edir
Türk dünyası

Azərbaycan-Türkiyə münasibətləri davamlı inkişaf edir

Azərbaycan Türkiyə bir-birinə dərin tarixi-mənəvi dəyərlər, qardaşlıq kökləri ilə bağlıdır. Hazırda ikitərəfli əlaqələr ulu öndər Heydər Əliyevin söylədiyi kimi, məhz "bir millət, iki dövlət" prinsipinə əsaslanır. Təsadüfi deyil ki, bu gün iki ölkə arasında münasibətlərin təməlində xalqlarımızın qardaşlığı liderlərin siyasi iradəsi dayanır. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi hər iki dövlətin tərəqqisinə öz təsirini göstərmiş, həmçinin regionda sülhün əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələr vermiş, türk dünyasının birləşməsində həlledici rol oynamışdır.

2020-ci il sentyabrın 27- erməni təxribatlarının qarşısının alınması məqsədilə başlayan əks-hücum əməliyyatlarında əldə olunan Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağı işğaldan azad edərək xalqımızı əzəli torpaqlarımıza qovuşdurdu. Müharibə başlayan ilk günlərdən qardaş Türkiyə ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında da mühüm rol oynamışdır. Dövlətimizin başçısı 9 oktyabr 2020-ci ildə "CNN International" televiziya kanalına verdiyi müsahibəsində bunu bir daha təsdiqləmişdir: "Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır" ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı".

İki dövlət arasında imzalanan Şuşa Bəyannaməsi münasibətlərin yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır. Sözügedən Bəyannamə ilə Azərbaycan Türkiyənin ən mürəkkəb dövrlərdə belə bir-birinə dəstəyi sübut olunmuşdur. Bəyannəmədə, həmçinin iki ölkənin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanan siyasəti öz əksini tapmışdır. Əlavə olaraq, sənəddə tərəflərin regional beynəlxalq miqyasda sabitlik rifah vasitəsilə sülh, dostluq mehriban qonşuluq münasibətləri qeyd edilmişdir. Azərbaycan Türkiyə regionda qlobal aləmdə mövcud olan münaqişələrin həllinə, təhlükəsizliyin təminatına da öz töhfələrini vermişdir.

Azərbaycan ilə Türkiyə arasındakı yüksək əlaqələr özünü təkcə siyasi sahədə deyil, digər sahələrdə büruzə verir. Belə ki, 2020-ci il dekabrın 10-da "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandum"u imzalanmışdır. Memoranduma əsasən iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya ictimai diplomatiya sahələrində əməkdaşlıq daha da genişləndirilmiş, bu çərçivədə xarici işlər nazirlikləri arasında mühüm informasiya mübadilələri həyata keçirilmişdir.

Siyasi həmrəylik möhkəmləndikcə, qardaş ölkələrin müxtəlif platformalarda, o cümlədən bir sıra beynəlxalq təşkilatlarda üst-üstə düşən mövqedə çıxışları əməkdaşlığın yeni bağlarla daha da güclənməsini şərtləndirir. Türkiyə Azərbaycan iqtisadi əlaqələri çərçivəsində nəqliyyat enerji sektorunda keçirilən layihələrin rolunu xüsusi qeyd etmək lazımdır. Danılmaz faktdır ki, Türkiyə Azərbaycanın iqtisadiyyatına kifayət qədər investisiyalar yatırmışdır. Bu investisiyaların həcmi 1995-2021-ci illər ərzində 13,3 milyard ABŞ dolları dəyərində olmuşdur. Hazırda ölkəmizdə sənaye, telekommunikasiya, bank sığorta, inşaat kimi sahələrdə müxtəlif türk şirkətləri fəaliyyət göstərir. Azərbaycanın Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran dövlətlərdən biri olması bu investisiyalardakı mühüm artım da təsadüfi deyil. Belə ki, Türkiyədə Azərbaycan sərmayəli 2000-ə yaxın şirkətin fəaliyyət göstərməsi bunu bir daha təsdiqləyir. 1995-2021-ci illər ərzində Azərbaycandan Türkiyəyə yatırılan birbaşa investisiyaların həcminin isə 20,3 milyard ABŞ dollar dəyərində olması bunun təzahürüdür. Qardaş ölkələrin təşəbbüsü ilə reallaşdırılmış beynəlxalq əhəmiyyətli layihənin - TANAP-ın adını xüsusi vurğulamaq lazımdır. Bu layihə Türkiyə Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyır. 2018-ci