Seçkilərdə əsas qalib Türkiyə xalqıdır
Türk dünyası

Seçkilərdə əsas qalib Türkiyə xalqıdır

28 MAY 2023-  İL YENİ  DÖVRÜN BAŞLANĞICI  KİMİ  YADDA  QALACAQ

Türkiyədə 28 may 2023- ildə keçirilən 13- prezident seçkilərinin ikinci turu uğurla başa çatdı. Rəcəb Tayyib Ərdoğan seçicilərin 52,18 faizinin səsini qazanaraq yenidən Türkiyənin Prezidenti seçildi.

Seçkilər Türkiyədə 2023- il iyunun 18- keçirilməli idi, lakin hökumət universitet imtahanları, iyunun sonunda Həcc ziyarəti, Qurban Bayramı yay tətilinin başlanmasını nəzərə alıb, onları bir ay irəli çəkdi. İlk turda - 14 may 2023- il seçkilərində R.T.Ərdoğan 49,5 faiz, Kılıçdaroğlu 44,9 faiz, Sinan Oğan isə 5,2 faiz səs topladılar. Məhərrəm İncə isə geri çəkilməsinə baxmayaraq, 0,4 faiz səs topladı. Ərdoğan səslərin mütləq çoxluğundan 0,5 faiz az səs aldığı üçün Kılıçdaroğlu ilə mayın 28- keçiriləcək seçkilərin ikinci turunda mübarizə apardı.

Türkiyədə prezident seçkiləri ilə yanaşı, 14 may 2023- ildə parlament seçkiləri keçirildi. Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən "Cümhur İttifaqı" cəmi 316, o cümlədən "Cümhur İttifaqı"na daxil olan AK Partiya 266, MHP isə 50 deputatla parlamentdə təmsil olunacaq. "Millət İttifaqı"na daxil olan CHP-dən 169 (bu səslər ona dəstək verən partiyalar arasında bölünəcək), İYİ Partiyadan isə 43 millət vəkili parlamentdə yer qazanıb. Bundan başqa, Yaşıl Sol Partiyası 61, Yenidən Rəfah Partiyası 5, TİP 4 millət vəkili ilə parlamentdə təmsil olunacaq.

Ümumilikdə, Türkiyə daxilində 60,9 milyon, xaricdə isə 3,2 milyon olmaqla, 64,1 milyon seçicinin seçkilərdə səs vermək hüququ olduğu açıqlanmışdır. 14 mayda səsvermədə seçicilərin 88,92 faizi, 28 mayda isə 83 faizi iştirak etmişdir.

Seçkilər hər iki turda demokratik şəraitdə, gərgin vəziyyətdə keçirilmişdi. Hətta respublikada prezident ilk dəfə ikinci turda seçildi. Bu demokratik şəraitdə keçirilmiş seçkilər oktyabr ayında yaranmasının 100 illiyini təntənə ilə qeyd etməyə hazırlaşan Türkiyə Cümhuriyyətinə ən böyük hədiyyədir

14 28 may seçkiləri tam şəffaf, açıq, obyektiv, qanuni şəkildə keçirildi. İnsidentsiz başa çatdı. Prezident seçkilərinin ikinci turunun keçirilməsi Ərdoğanın əleyhinə aparılan təbliğatın qədər ədalətsiz yanlış olduğunu bir daha sübut etmiş oldu. Türkiyə xalqının fəallığı ilə hər iki turda keçirilən seçki kampaniyası dünya demokratiyası üçün bir örnək oldu Ərdoğanın demokrat lider olduğunu bir daha dünyaya sübut etdi.

Türkiyədə keçirilən seçkilərdə Avropanın siyasi dairələri, o cümlədən bu siyasi dairələrin Türkiyədəki əlaltıları Ərdoğanın hakimiyyətdən getməsinə ciddi çalışırdılar. Bunun səbəbi Ərdoğanın apardığı xarici daxili siyasətin onlara sərf etməməsi idi. Bu məqamda 20 il ərzində R.T.Ərdoğanın apardığı mühüm işlərin yalnız bir qismini xatırlatmaq məqsədəuyğun olar:

2002-ci ildə Türkiyədə keçirilən parlament seçkilərində Ədalət İnkişaf Partiyası (AKP) seçici səslərinin böyük çoxluğunu alaraq təkbaşına iqtidara gəldi. Beləliklə, Türkiyənin istər siyasi, istər sosial, istər iqtisadi həyatında hökm sürən böhranın qarşısı alınmağa başlandı. Ərdoğan ölkənin 59-cu hökumətini quraraq Türkiyə Cümhuriyyətinin baş naziri kimi ağıl zəkasını, gücünü ölkənin həm siyasi, həm iqtisadi həyatında islahatlara, ölkənin bütün sahələrdə inkişafına sərf etməyə başladı. Bu, asan olmasa da, uzun illərin keçən çətinliklərindən sonra Türkiyəni hazırda dinamik inkişaf edən, regionda dünyada söz sahibinə çevirdi.

Ərdoğan Türkiyəni xarici borc bataqlığından çıxardı. Türkiyənin iqtisadi, sosial, mədəni, təhsil s. sahələrində köklü islahatlar apardı. Xalqın savadlanmasının mühüm olduğunu önə çəkib, yeni ali təhsil müəssisələri açdı.

Bölgənin siyasi xəritəsini dəyişdirmək istəyənlərə imkan vermədi, Türkiyənin regional güc olduğunu dünya birliyinə sübut etdi. Rəcəb Tayyib Ərdoğanın Azərbaycan