Azərbaycan parlamenti ilə Rusiya Dövlət Duması arasında Anlaşma Memorandumu imzalanıb
Siyasət

Azərbaycan parlamenti ilə Rusiya Dövlət Duması arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sənəd parlamentin sədri Sahibə Qafarovanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bu ölkənin Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşü zamanı imzalanıb.

Əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Dövlət Dumasının sədri nümayəndə heyətimizin bu səfərinin əhəmiyyətini qeyd edib. O, ölkələrimiz arasında münasibətlərin mehriban qonşuluq qarşılıqlı hörmət əsasında inkişaf etdiyini bildirib. Deyib ki, ikitərəfli gündəlikdə kifayət qədər məsələ yer alıb. Ötən il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladan Vyaçeslav Volodin münasibətlərimizin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, parlamentlərimiz prezidentlər səviyyəsində qəbul olunmuş qərarların qanunvericilik bazasının təmin edilməsinə öz töhfəsini verə bilər.

Vyaçeslav Volodin parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bu mənada, parlament komitələri arasında əməkdaşlıq önəm daşıyır, o cümlədən müxtəlif sahələr üzrə komitələrin imkanlarından istifadə edilməlidir. Milli Məclisin həm Dövlət Duması, həm Federal Şura ilə münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edən Vyaçeslav Volodin deyib ki, Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisinin Dövlət Duması arasında bu gün imzalanacaq əməkdaşlıq haqqında Anlaşma Memorandumu münasibətlərimizin yeni mərhələyə qədəm qoymasına şərait yaradacaq.

Söhbət zamanı Dövlət Dumasının sədri Azərbaycan, Rusiya Ermənistan liderləri tərəfindən qəbul edilmiş qərarların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb

Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə genişlənməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib. Parlamentin sədri Azərbaycanla Rusiya arasında münasibətlərin mehriban qonşuluğa qarşılıqlı anlaşmaya əsaslandığını söyləyib. O, Prezident İlham Əliyevin ötən ilin fevralında Rusiyaya rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin imzalandığını qeyd edərək bildirib ki, ölkələrimiz arasında münasibətlər dövlət başçıları tərəfindən yaradılmış möhkəm bazaya əsaslanır.

Ölkələrimiz arasında münasibətlərin bir çox sahələri əhatə etdiyini bildirən Sahibə Qafarova iqtisadiyyat sahəsində, o cümlədən qarşılıqlı investisiya qoyuluşunda ötən il qeydə alınan göstəricilərin uğurlu olduğunu diqqətə çatdırıb. Sahibə Qafarova deyib ki, humanitar sahədə əlaqələr ölkələrimiz arasında əməkdaşlıqda mühüm istiqaməti təşkil edir. Bu mənada Birinci vitse-prezident Mehriban Əliyevanın onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edən Milli Məclisin sədri Fondun dəstəyi ilə keçirilən tədbirlər barədə məlumat verib. O xatırladıb ki, 2019-cu ilin noyabrında Moskvada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Rusiya regionlararası forumunun 10 illiyinə həsr olunmuş tədbir keçirilib. Həmçinin Fondun dəstəyi Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ötən il fevralın 21-dən martın 1-dək Moskvada Azərbaycan mədəniyyəti günləri keçirilib. O, belə tədbirlərin münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında ikitərəfli çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amillərdən biri parlamentlərarası əlaqələrdir. O, Dövlət Duması sədrinin 2022-ci ildə ölkəmizə səfərini xatırladaraq, bu cür səfərlərin münasibətlərimizə töhfə verdiyini bildirib. Milli Məclisin sədri parlament komitələri arasında əməkdaşlıq, təcrübə mübadiləsi məsələlərinin əhəmiyyətini qeyd edib.

Görüşdə 2020-ci ildə Azərbaycanın öz torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoyduğunu xatırladan Milli Məclisin sədri deyib ki, ərazilərimiz azad edildikdən dərhal sonra Azərbaycan öz hesabına genişmiqyaslı bərpa quruculuq işlərinə başlayıb. Hazırda işğal zamanı