Azərbaycan Ordusunun peşəkarlığı sayəsində Qarabağda bir sıra yüksəklik və yollar nəzarətə götürülüb
Digər xəbərlər

Azərbaycan Ordusunun peşəkarlığı sayəsində Qarabağda bir sıra yüksəklik və yollar nəzarətə götürülüb

2020-ci ilin 10 noyabr Bəyanatının 4- bəndinin müddəalarını icra etmək əvəzinə, son günlərdə Ermənistan dövlətilə Rusiya sülhməramlı kontingentinin birgə fəaliyyəti Qarabağda yerləşən qeyri-qanuni erməni hərbçilərinə dəstək olaraq canlı qüvvə, silah-sursat, mina, eləcə digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib.

Daşımaları xüsusilə gecə vaxtı dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirsələr , bütün bu olanlar Azərbaycan Ordusu tərəfindən tam dəqiqliklə müşahidə olunub. Bu haqda məlumat yayan Müdafiə Nazirliyi bildirib ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə, hərbi, mühəndis xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər yerli sakinlərdən istifadə olunur. Xankəndi-Xəlfəli-Turşsu bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti təkmilləşdirmə işləri aparması Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınması nəticəsində məlum olub ki, bu yollardan  qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat təchizatını həyata keçirmək üçün istifadə olunur. Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə bu xüsusda aparılmış müzakirələrə baxmayaraq, silah-sursat digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün Rusiya sülhməramlı kontingenti bu günədək heç bir zəruri tədbir görməmişdir.

Mart ayının 30-da Azərbaycan Ordusu tərəfindən Qarabağda mövcud vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Laçın rayonunun Cağazur Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas yardımçı yollar, eləcə sərhədboyu geniş sahələr nəzarətə götürülüb. Qeyd olunan yüksəkliklərin yolların Azərbaycanın nəzarətinə keçməsi, Silahlı Qüvvələrimiz üçün hansı üstünlükləri qazandırır? Sualımızı cavablandıran hərbi ekspert Ədalət Verdiyev qeyd edir ki, bu yüksəkliklərin Azərbaycan ordusu tərəfindən azad olunması, ilk növbədə, yaxın müddətdə Gorus-Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yerləşdirməyə imkan verəcək. Davamında isə bu ərazilərdə Azərbaycan Ordusuna düşmənin təxribatlarının qarşısının alınması üçün tədbirlər həyata keçirməyinə şərait yaradacaq. Həmçinin Ermənistan ilə Laçın rayonu arasında sərhədi bərpa etməyə bu ərazilərdən düşmənin manevrlərini izləmək mümkün olacaq. Zabux, Sus Laçın rayonuna qayıdacaq əhalinin təhlükəsizliyi daha üstün səviyyədə təmin olunacaq. Bu ərazilərin düşməndən azad olunması heçbir ölkənin Azərbaycan ilə təhdid dilində danışa bilməyəcəyinin göstəricisidir. Bu, bir daha onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələrinin hissə bölmələri istədiyi zamanistədiyi ərazidə günün istənilən vaxtında ən çətin şəraitdə belə, vəzifələrinin öhdəsindən gəlir ki, bu da yüksək peşəkarlığın göstəricisidir. Azad edilən Fərrux, Buzluq, Sarıbaba, 2054 digər yüksəkliklər Azərbaycanın güc strukturlarının gələcək təmizləmə əməliyyatlarını həyata keçirmək üçün mühüm üstünlükləri  təmin edir.

Musa BAĞIRLI,

"Respublika".