Dövlətimizin xarici ölkələrlə əməkdaşlığının dərinləşməsi, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artırılması istiqamətində atdığı praktiki addımlar səmərəli olması ilə diqqət çəkir. Müxtəlif ölkələrlə, eləcə də regional və beynəlxalq təşkilatlarla dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, iqtisadi, siyasi və ticarət əlaqələrinin durmadan artması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir.
Bu xüsusda keçmiş SSRİ məkanında, ittifaqa daxil olmuş ölkələrlə əvvəlki əlaqələrin davam etdirilməsi də başlıca prioritetdir. Postsovet məkanında Ermənistan istisna olmaqla, Şərqi Avropa və Baltikyanı ölkələrlə, habelə qonşu Gürcüstan, şimal qonşumuz Rusiya, Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlıq, nəqliyyat-kommunikasiya, enerji, təhsil, mədəniyyət, kibertəhlükəsizlik, gömrük, hüquq-mühafizə və digər sahələrdə çoxsaylı sazişlər imzalanmış, icrası uğurla həyata keçmişdir. Bu ölkələrin hökumət başçıları tərəfindən intensiv olaraq baş tutan qarşılıqlı səfərlər əməkdaşlığı daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə səfərlərinin əsas məqsədi Azərbaycanın dünya arenasında tanıdılması, Vətən müharibəsinin yaratdığı real vəziyyətin gerçəkliyə çıxarılması, Qarabağın ərazimizin bir hissəsi olması və Ermənistanla gedən sülh danışıqlarında müzakirə obyektinin olmamasını göstərməkdir.
Avropa qitəsinin dünyanın gedişatına olan təsirini nəzərə alaraq, bu regionda yerləşən ölkələrlə siyasi-diplomatik əlaqələrin davamlı olması önəmli amillərdən biridir. Azərbaycanın ərazi bütövlüyünün Avropada da dəstəklənməsi vacib məqam hesab olunur. Baltikyanı ölkələrlə isti münasibətlərə sahib olmaq xarici siyasət kursumuzun əsasını təşkil edir. Latviya, Litva, Estoniya və Belarusla münasibət də arzulanan səviyyədə davam edir.
Bu coğrafiyada yerləşən Litva Respublikası hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyərək Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu diqqətə çatdırıb. İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında yüksək səviyyəli səfərlərin təşkil olunmasının böyük əhəmiyyəti var. Litva-Azərbaycan arasında əməkdaşlıq demək olar ki, bir çox sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni, eləcə də humanitar əlaqələrin davamlı hal alması və onun məntiqi nəticəsi kimi faydalı nəticələrin əldə olunması yüksək məmnunluq doğurur. Azərbaycan-Litva arasında, beynəlxalq təşkilatlarda, o cümlədən BMT çərçivəsində yüksək səviyyəli əməkdaşlıq mövcuddur.
Mayın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı Prezident Gitanas Nauseda ilə görüşdə dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb. Həmçinin Litva Prezidentinin Azərbaycana səfəri və həmin səfər çərçivəsində keçirilmiş görüşlərin önəmi qeyd edilib. Vurğulanıb ki, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin daha da artırılması vacib məsələlərdəndir. Dövlət başçılarının görüşündə informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib və bir sıra sahələrdə Azərbaycan və Litva arasında sazişlər imzalanıb. "Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Litvanın Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş", "Azərbaycan Baş Prokurorluğu ilə Litvanın Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı", "Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Litvanın Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.
Mayın 22-də Vilnüsdə dövlət başçılarının iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirilib. Forumda çıxış edən Prezident İlham Əliyev bildirib ki, keçirilən biznes forumda ölkələrimizdə icrası planlaşdırılan layihələrin növləri, o cümlədən işgüzar dairələrin onlarda iştirakı yolları barədə bir çox müzakirələr olacaq. Biz bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkənin - dəniz sahillərində yerləşməsinə diqqətçəkən dövlət başçısı Azərbaycan və Litvanın çox böyük külək enerjisi potensialına malik olduğunu qeyd edib: "Məlum olduğu kimi, Azərbaycanın enerji təhlükəsizliyi mövcuddur. Lakin bununla belə, biz ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətimizin günəş və külək