Özünün terror əməllərinin qurbanı olan molla rejimi xeyli müddətdir nəinki Cənubi Qafqaz, hətta bütün dünya üçün şər yuvasına çevrilmişdir. İran bu cür xain əməlləri ilə təkcə ölkə daxilində deyil, eləcə də beynəlxalq aləmdə də İslam dininə xəyanətini açıq şəkildə bəyan edir. Cənub qonşumuz ölkəmizə qarşı antipatiya hissini də hər fürsətdə diqqətə çatdırmağa çalışır.
Bu il mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun Bakıya işgüzar səfəri baş tutub. Səfər ikitərəfli əlaqələrin genişləndirilməsi, eyni zamanda strateji tərəfdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etmiş, həmçinin bir sıra vacib məqamlarla yadda qalmışdır. İsrail Prezidentinin cənub qonşumuzla bağlı səsləndirdiyi fikirlər görüşün ən yaddaqalan anlarından biri idi. İsxak Hersoq İran barəsində demişdir: "Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik. İsrail və Azərbaycan İranın hədəfindədir". Əslində, səfər başlanan andan etibarən İran mətbuatı da təlatümə gəldi. Səfərə İran rəsmiləri tərəfindən heç bir sərt reaksiya verilməsə də, yenə Anti-Azərbaycan mövqeyi özünü göstərdi. Təsadüfi deyil ki, İsraildə səfirliyimizin açılmasını az qala "dövlət səviyyəsində" narazılıq edən İran bu dəfə də məsələyə bir qulp qoydu. İsxak Hersoqun Bakıya gəlməsi cənubda xoş qarşılanmadı. Səfər müddətində İsrail Prezidentinin Azərbaycan-İsrail münasibətlərinin strateji tərəfdaşlıq səciyyəsi daşıdığını bəyan etməsi, Prezident İlham Əliyevi İsrailin həqiqi dostu adlandırması da İranda ciddi qıcıq yaradıb. Hətta İran mediasında "Bakı dostdur, ya düşmən" adlı xoşagəlməz başlıqla xəbərlər də dərc olundu. Halbuki İsxak Hersoqun ölkəmizə səfərinin İranda bu qədər isterik hay-küyə səbəb olması heç bir məntiqə sığmır. Görünür İran Azərbaycan-İsrail münasibətlərinə paxıllıq edir. Daha bir diqqətçəkən məqam İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərməsi idi. Bu da cənub qonşumuzun ikiüzlülüyü kimi qiymətləndirilə bilər. Bəs müstəqillik münasibətilə təbrik ünvanlayan İran nə üçün dövlətimizin öz haqq işində bizə dəstək göstərmədi? Deməli, bunlar saxtakarlıqdan başqa bir şey deyil. Onsuz da İran Ermənistan tərəfə yıxılmaqla öz riyakarlığını təsdiqləmişdir. Xatırlatmaq yerinə düşər ki, cənub qonşumuz istər bu məsələdə, istərsə də İkinci Qarabağ savaşı dövründə Azərbaycana qarşı olan düşmənçiliyini müxtəlif formalarda nümayiş etdirmişdir.
Bu il aprelin 2-də Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı İran parlamentinin İslam dünyasına ölkəmizi qınamağa edilmiş çağırışı da hər kəsə məlumdur. Ümumiyyətlə, İranın son illərdə İslam ölkələri ilə yanaşmasında tutduğu mövqe onların islami dəyərlərdən anlayışını da sual altında qoymuşdur. Hətta İran tərəfi düşmən Ermənistandan geri qalmayaraq ölkəmizə qarşı təxribatlarla da gündəmə gəlmişdir. Tehrandakı səfirliyimizə edilən hücum da bunun bariz nümunəsidir. Bu il martın 28-də millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdində də İranın izləri aşkar edilmişdir. Əlavə olaraq, 20 fevral tarixindən İran İslam Respublikasına səfərə gedən, 4 mart tarixindən sonra heç bir xəbər alınmayan Azərbaycan Respublikasının vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin İranda casusluqda ittiham edilərək həbs edilməsi də cənub qonşumuzun xain xislətinin təcəssümü idi.
İran tərəfi dərk etməlidir ki, bütün bunlar əbəsdir. İsxak Hersoqun Azərbaycana səfəri cənub qonşumuz üçün heç də təhdid yaratmır. Mollalar "sionist rejim" təbliğatı ilə bağlı fikirləri başlarından atsalar, Azərbaycanın regionda sülhün təmin edilməsindəki əvəzsiz rolunu görə bilərlər. İran unudur ki, Azərbaycan-İsrail əlaqələrinə bu cür münasibət birbaşa dövlətin xarici siyasətinə müdaxilə deməkdir. Bu isə əsla yolverilməzdir. Hər şeydən əvvəl, Azərbaycan və İsrail arasındakı münasibətlər tarixi-mədəni bağlara əsaslanır. Hazırda ikitərəfli münasibətlər həm də siyasi sahədə, beynəlxalq