Azərbaycan ilə Gürcüstan arasında enerji sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
İQTİSADİYYAT

Azərbaycan ilə Gürcüstan arasında enerji sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

İyunun 1- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Gürcüstanın iqtisadiyyat davamlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze ilə görüşüb.

SOCAR-ın İctimaiyyətlə əlaqələr kommunikasiya xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi strateji layihələrin regionun iqtisadi inkişafını gücləndirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd edilib. Ötən ilin dekabrında imzalanan "Azərbaycan, Gürcüstan, Rumıniya Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in əməkdaşlıq üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb.

Söhbət zamanı SOCAR-ın Gürcüstandakı çoxşaxəli fəaliyyətindən danışılıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.