Suyun insan üçün önəmi çox böyükdür. Su insan orqanizmindən toksinlərin atılmasına və metabolizmin düzgün işləməsinə kömək edir. Eyni zamanda suyun yararlı mineral və vitaminlərlə zəngin olması qidalanmanın vacib hissəsini təşkil edir. Lakin bu əvəzsiz maye təkcə insan üçün yox, həmçinin torpaq, bitkilər üçün də çox əhəmiyyətlidir. Bir çox sənaye sahələrində, məsələn, enerji, kimya, metal işləməsi və s. sahələrdə suyun tətbiqi mühüm rol oynayır. Planetin 70 faizinin su ilə əhatə olunmasına baxmayaraq, 80-dən artıq ölkə içməli su qıtlığı ilə üz-üzədir.
Suyun dəyərli bir təbii resurs olduğu göz önündədir, onun qorunması və təmin edilməsi də çox vacibdir. Bu məqsədlə, suyun təmiz qalması və qorunması üçün bəzi qaydalar tətbiq edilməlidir. Bunlardan biri, sənaye sahələrində suyun texniki cihazlarla təmizlənməsidir. Həmçinin, suyun təminatı üçün yeni texnologiyalardan istifadə edilməlidir. Buna əlavə olaraq, suyun təmiz qalması üçün insanlar tullantı və zərərverici maddələri suya atmamalıdır.
İqlim dəyişikliyi su təchizatının azalmasına və su qıtlığı problemlərinin artmasına səbəb olur. İqlim dəyişikliyinin nəticəsi olaraq, yağışların yağma səviyyəsi aşağı düşür və bu da su təchizatını azaldır.
Son bildirilən məlumata əsasən 2050-ci ildə içməli su ehtiyatına tələbatın daha 30 faiz artacağı təxmin edilir. Bu problemlə qarşı-qarşıya qalan insanların sayı isə təxminən 3 milyarda çatacaq. Çaylar, göllər və yeraltı su qaynaqları tədricən quruyur və ya çirklənir. Bunun nəticəsi olaraq, su qıtlığı sürətlə artır. Təəssüf ki, Azərbaycan da şirin su ehtiyatlarının məhdud olduğu ölkələr sırasındadır. Buna əsas səbəblərdən biri isə iqlim dəyişikliyidir. Əhaliyə verilən suyun keyfiyyətli, təhlükəsiz, dayanıqlı olması məqsədilə artıq bir neçə ildir su mənbələrində tədqiqat işləri aparılır. Gədəbəy, Şəki, Horadiz, Lerik şəhərlərində su hovuzları yaradılıb. Göygöl şəhərində suyun keyfiyyətinin yaxşılaşdırılması üçün 6 km uzunluğunda su kəməri çəkilib, Tovuz şəhəri üzrə isə Zəyəmçayda sugötürücü qurğu inşa edilib. Bir çox böyük şəhərlərdə qurğular qurulub və istismara verilib. Bununla yanaşı, 3 mindən çox yaşayış məntəqəsinin içməli su təchizatının vəziyyəti qiymətləndirilib. Həmçinin Qobustan, Ağsu, Şamaxı, Ağcabədi, Beyləqan rayonlarının su təminatı zəif olan bir sıra yaşayış məntəqələrinin təchizatları yaxşılaşdırılıb. Artıq demək olar ki, regionlarda əhalinin içməli su ilə bağlı çətinliklərinin böyük bir hissəsi həllini tapıb. Regionlarda həyata keçirilən irihəcmli layihələr nəticəsində yaxın böyük şəhərlər də bundan faydalanaraq istifadə edir. Buna misal olaraq onu deyə bilərik ki, ümumi sututumu 270 milyon kubmetr olan Taxtakörpü su anbarı Azərbaycanın ən hündür torpaq bəndli su anbarıdır. Buna əsasən Bakı və Bakıətrafı ərazilərin su ilə təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Qarabağ bölgəsində də mühüm işlər gedir. Təəssüf ki, 2020-ci ilə qədər düşmən ölkə illərdir Suqovuşan, Sərsəng, Xaçınçay Su Anbarı, Xudafərin, Füzulidə Köndələn çayının üzərində 3 kaskad anbarları istismar edib. Bunlar arasında ən önəmlisi məhz Sərsəng Su Anbarıdır. Belə ki, Sərsəng Su Anbarı ən əlverişli yerdə tikilib. Bundan istifadə edən ermənilər Tərtərə su lazım olanda suyu kəsib, daşqın olanda, suya ehtiyac olmayanda isə su verərək əkin sahələrinin, meyvə və tərəvəzin məhv olmasına səbəb olub.
Azərbaycanın ən təmiz, saf və zəngin su yataqları məhz Qarabağ bölgəsində, Kəlbəcər və Laçındadır. Lakin düşmən ölkə bütün evləri, abidələri, dini məkanları dağıtmaqla yanaşı, təbii sərvətlərimizə, su yataqlarımıza ciddi ziyan vurub və ya məhv edib. Kəlbəcər rayonundakı