Azərbaycan ictimaiyyəti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb
Diaspora

Azərbaycan ictimaiyyəti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb

Azərbaycan ictimaiyyəti Rusiyada 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən yol polisi müfəttişi Aleksandr Qusevin azadlığa buraxılması ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

AZƏRTAC müraciəti təqdim edir.

Azərbaycan ictimaiyyətinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciəti

Möhtərəm Vladimir Vladimiroviç!

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tapşırığına əsasən Novosibirsk vilayəti Yol Hərəkəti Təhlükəsizliyi Baş Müfəttişliyinin böyük müfəttişi, 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi ölümcül yaralamış Aleksandr Qusevin həbsdən azad edilməsi faktı Azərbaycan ictimaiyyətini dərindən hiddətləndirib.

Məlum olduğu kimi, bu hadisə mayın 28- Moşkovo qəsəbəsi rayonunda baş verib. RF DİN-in versiyasına görə, yol patrul xidməti əməkdaşları içərisində zərərçəkmişin olduğu avtomobili sürəti aşdığına görə təqib edəndən sonra dayandırıblar. Asayiş keşikçiləri hüquq pozanları qovub çatanda həmin maşındakı gənclər çıxıb qaçmağa başlayıblar. Lakin asayiş keşikçiləri qaçanlardan birini tuta biliblər, bundan sonra əlbəyaxa döyüş başlanıb. Vəkil Abdullayev həmin gənclərin köməyinə gələndə polis işçisi Aleksandr Qusev onun başına atəş açıb.

Biz səlahiyyət həddini aşmış polis işçisinin həbsdən azad olunmasını təkcə cinayətin ört-basdır edilməsi bəyənilməsi kimi deyil, həm ksenofobiyadan əziyyət çəkənlərin təşviq edilməsi kimi qiymətləndiririk.

Biz Rusiya Federasiyasının ictimai palatasının üzvü, “Yedinaya Rossiyapartiyasından Dövlət Dumasına deputatlığa namizəd Mariya Butinanı da həmin insanlar kateqoriyasına aid edirik. M.Butina nəinki polisin hərəkətlərini bəyənib, hətta onunxidmətə görə təltif olunmasınıtəklif edib. Biz M.Butinanın söylədiklərini özümüzə dost hesab etdiyimiz, ənənələrinə, dilinə mədəniyyətinə, beynəlmiləlçilik, tolerantlıq ruhuna Rusiyanı həmişə məşhurlaşdıran mənəvi dəyərlərə hörmət ehtiram bəslədiyimiz ölkədə ksenofobiyanın dözümsüzlüyün təbliği kimi qiymətləndiririk. Azərbaycan ictimaiyyəti Mariya Butinanın Amerika həbsxanasında aldığı psixi zədələri əsas götürərək onun başqa millətlərdən olan insanlarla psixoloji uyuşmazlığının bu şəkildə təzahür etməsinə anlaşıqla yanaşmağa hazır olardıq, yalnız bu şərtlə ki, o, həm güllələnmiş gəncin ailəsindən, həm bütün Azərbaycan xalqından üzr istəsin.

Polisin hərəkətlərinə gəldikdə isə Azərbaycan ictimaiyyəti hüquq-mühafizə orqanlarının Aleksandr Qusevinqərəzli olmayan hərəkətikimi təqdim etməyə çalışdıqları atəş açılması üçün heç bir səbəb görmür. Əlində silah tutmuş insanlardan kim inana bilər ki, həmin silah guya polisinhəyatına təhdid yaradan” “qanun pozucusunaözü belə reaksiya verib? Bu hökmün sübutsuz olmasının səbəbləri çoxdur. Məgər Vəkil Abdullayevin əlində tapança olubmu? Qusev tərəfindən güllələnmiş gənc məhz ilə təhdid edirmiş? Heç ilə!

Sual olunur: bu cür itaətsizlik silahdan istifadə etməyə dərəcədə əsas verir? Tapançanın lüləsi tamamilə müdafiəsiz olan gəncə qarşı yönəldilib. Şübhəsiz, bu hərəkətlər hüquqazidd olub.

Hörmətli Vladimir Vladimiroviç, biz hətta təsəvvür edə bilərik ki, buna oxşar bir hadisə bizdə, Azərbaycanda baş vermiş olsun. Amma kim bilir, əgər Qusevə Butinaya oxşar insanlar sabah nahaq yerə günahsız insanların qanını tökməməyə çağıran əcdadlarımızın mənəvi qanununu unudaraq dözümsüzlük ksenofobiya ideologiyasını təbliğ edən insanların sıralarını genişləndirməyə başlasalar, onda olacaq? Dünya onsuz da uçurum həddindədir, uçuruma yuvarlanmaq riski altındadır. Elə isəqusevlərin”, “butinalarınbastrıkinlərinəməllərini diqqətsiz qoymağa dəyərmi?

Bizim ölkəmizdə on milyondan çox insan yaşayır.