Anadolu Agentliyi
Dövlət başçısı İlham Əliyevin yüksək diplomatik fəaliyyəti nəticəsində hər ötən il Azərbaycanın beynəlxalq miqyasda gücü daha da artmaqdadır. Müstəqilliyimizin bərpasından sonra dünya arenasına çıxan ölkəmiz 32 il ərzində bir çox nüfuzlu təşkilatların toplantısına evsahibliyi etməklə yanaşı, sədrlik kimi məsul vəzifəni də uğurla icra edir.
Martın 2-də paytaxt Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü baş tutub. Bu səbəbdən dünya mediasının diqqəti də məhz Bakıya yönəlib. Anadolu Agentliyi Zirvə görüşü barədə paylaşım edərək bildirib: "Cümə axşamı Bakıda Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Tədbirdə 70-ə yaxın ölkənin nümayəndəsi iştirak edir. O cümlədən 5 dövlət (Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviya) prezidentlər səviyyəsində, üç ölkə (Kuba, Qabon, Tanzaniya) vitse-prezidentlər səviyyəsində, Əlcəzair və Keniya isə parlamentdə baş nazirlər səviyyəsində təmsil olunur. Bundan əlavə, tədbirdə bir sıra beynəlxalq təşkilatların rəhbərləri də - BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Tsaba Körösi, Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Noziri və başqaları, o cümlədən nazirlər, nazir müavinləri, səfirlər iştirak edirlər. Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm tədbirə evsahibliyi etməsi rəsmi Bakının həmrəyliyə, birliyə verdiyi önəmin təzahürüdür".
"Hürriyyət" qəzeti
Türkiyənin "Hürriyyət" qəzeti Qoşulmama hərəkatı ilə bağlı məlumat dərc edib. Qəzetdə Prezident İlham Əliyevin Fransaya sərt reaksiyası gündəm olub. Ölkə başçımızın beynəlxalq təşkilatların qərarları yerinə yetirilməməsi ilə bağlı narazılığı xüsusi maraq doğurub. Xəbərdə ölkə başçımızın "Biz Fransanı qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə üzr istəməyə çağırırıq" fikirləri də yer alıb. "Biz Fransa hökumətini Qoşulmama Hərəkatının əsas sənədlərində əks olunduğu kimi, Yeni Kaledoniya xalqının və onun digər ərazilərindəki xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Biz, həmçinin Fransanı müstəmləkə keçmişinə, qanlı cinayətlərinə, Afrika, Cənub-Şərqi Asiya və digər regionlarda, ümumilikdə Qoşulmama Hərəkatına üzv olan ölkələrə qarşı soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyəti qəbul etməyə çağırırıq".
Xatırladaq ki, hazırda Ermənistanla tərəfkeşlik edən Fransanın tarixində qanlı hadisələr çoxdur. Onlar Afrikanı öz qul bazarlarına məkan olaraq seçmişlər. Bundan başqa, Fransa üçüncü respublika dövründə Afrika ilə yanaşı, Cənubi Şərqi Asiyada da müstəmləkə siyasəti yeritmişdir. Ölkə başçımızın çıxışı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Prezident Fransanın işğalçılıq siyasətini vurğulamaqla sülhə sadiqliyini bir daha nümayiş etdirir.
"Uzbekistan Daily"
Özbəkistanın "Uzbekistan Daily" xəbər saytı Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının iclası barədə yazı dərc edib. Xəbərdə deyilir: Azərbaycanın paytaxtında Qoşulmama Hərəkatının Zirvə toplantısının plenar iclası baş tutur. İki gün davam edəcək sammitdə iştirak etmək üçün 158 ölkə və beynəlxalq təşkilatın nümayəndə heyətləri Bakıya gəlib. Forumda 60-a yaxın ölkə dövlət və hökumət başçıları səviyyəsində təmsil olunur. İlk dəfədir ki, Özbəkistan nümayəndə heyətinə Prezident Şavkat Mirziyoyev rəhbərlik edir. Bu isə Özbəkistan və Azərbaycanın tarixi, mədəni və mənəvi bağlılığı ilə əlaqəlidir. Bu amilləri nəzərə alan Özbəkistan Respublikası rəsmi Bakı ilə strateji münasibətlərin qurulmasını həmişə prioritet hesab edir.
Qeyd edək ki, iki ölkə arasındakı əlaqələr uzaq tarixə əsaslanır. Hələ repressiya illərində on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapmışdır.
International Energy Agency
Agentlik Azərbaycanın enerji resursları və təbii sərvətləri ilə bağlı təhlili yazı yayımlayıb. Məqalədə <