1995-ci ilin mart hadisələri xarici qüvvələrin öncədən hazlrlanmış məkrli planı idi
1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı çoxdan gözlədiyi dövlət müstəqilliyinə tarixində ikinci dəfə qovuşdu. Lakin yenicə bərpa olunmuş müstəqilliyi qorumaq, yaşatmaq xalqımız üçün o qədər də asan olmadı. Bir tərəfdən tarixi düşmənlərimizin - ermənilərin Qarabağa təcavüzü, digər tərəfdən də ölkəmizin geosiyasi mövqeyi ilə bağlı xarici dövlətlərin maraqları müstəqilliyimiz üçün çox ciddi təhlükə yaratdı. Həmin dövrdə səriştəsiz, xalqın mənafeyindən uzaq olan hakimiyyət nümayəndələri xaricdən gələn təhlükəni nəinki aradan qaldıra, həm də ölkə daxilində sağlam ictimai-siyasi vəziyyət yarada bilmədi. Nəticədə xarici təhlükə unudulmuş, daxili çəkişmələr alovlanmış, hakimiyyət uğrunda açıq mübarizə başlanmışdı.
Məlumdur ki, 1991-1993-cü illərdəki siyasi çəkişmələr nəticəsində biz nələri itirmişik. Lakin 1993-cü il iyunun 15-də xalqın təkidli xahişi ilə dünya siyasi səhnəsində öz xüsusi mövqeyi ilə seçilən dahi rəhbər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bu itkilər dövlətçiliyimizin itirilməsi ilə nəticələnəcəkdi. Çünki həmin illərdə xaricdə və ölkə daxilində qruplaşan xain qüvvələr hakimiyyət kürsüsü uğrunda mübarizədən əl çəkmək fikrində deyildi.
Heç nədən çəkinməyən, hakimiyyət naminə soydaşlarının qanına susayan bu məkrli qüvvələrin yolunda yeganə maneə ulu öndər Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev qüdrəti idi. Məhz buna görə də öz xarici himayədarlarının diktəsi ilə hərəkət edən daxili ünsürlər 1994-cü ilin sentyabrında Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri vaxtını əlverişli məqam hesab edərək MTN-in təcridxanasından dövlət cinayətlərində təqsirli bilinən 4 nəfərin qaçmasını təşkil etmişlər. Bununla yanaşı, məhz həmin dövrdə Respublika Ali Soveti sədrinin birinci müavini Afiyəddin Cəlilov və Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov amansızcasına qətlə yetirilmişdi. Bu qanlı hadisələrin baş verdiyi vaxt Azərbaycan tarixində ilk dəfə olaraq dövlətimizin başçısı Birləşmiş Millətlər Təşkilatının sessiyasında çıxış edirdi. Bu qanlı terror aktları müəlliflərinin niyyətinin əksinə olaraq ümummilli lider Heydər Əliyevin iradəsini qırmaq mümkün olmadı, onlar ulu öndərin dövlət quruculuğu istiqamətində gördüyü tarixi işləri məcrasından çıxara bilmədi.
Bu qüvvələr Heydər Əliyev Azərbaycan üçün xüsusi əhəmiyyətə malik həmin mühüm səfərdən Vətənə qayıtdıqdan sonra da sakitləşmədi. Rövşən və Mahir Cavadov qardaşlarına tabe olan Xüsusi Təyinatlı Polis Dəstəsi dövlətçiliyimizə qarşı açıq təxribata əl atmış, Respublika prokurorluğuna basqın edilmiş, Baş prokuror fiziki təzyiqlərə və təhqirlərə məruz qalmışdı.
Cavadov qardaşları dövlət orqanlarını iflic vəziyyətinə salıb onları ələ keçirmək niyyətində olduqlarını gizlətmirdilər. Onlar ultimatum şəklində dövlət qarşısında öz tələblərini irəli sürmək niyyətində idilər. Hadisələri yaxından izləyən və tam nəzarətdə saxlayan ulu öndər Heydər Əliyev yalnız ona xas olan səbir, müdriklik və təmkinlə vəziyyətdən qansız-qadasız çıxmaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirməyə başladı. Bütün siyasi partiyalarla görüşüb, onlarla məsləhətləşmələr apardı. Bu müdrik addımlar öz nəticəsini verdi və Cavadov qardaşlarının qanlı əməllərinin qarşısını almaq qismən də olsa mümkün oldu. Ulu öndərin vəziyyəti nizamlaması və gərginliyi azaltmağa nail olması bir çox xarici və daxili düşmənlərə rahatlıq vermədi. Sabotaj, qətl, dövlət çevrilişi cəhdləri davam etdirildi.
Həmin ilin oktyabrında bu nailiyyətlə barışa bilməyən qüvvələr dövlət çevrilişinə cəhd göstərsələr də, ümummilli lider Heydər Əliyevin qətiyyəti qarşısında geri çəkildilər. Məlum oldu ki, bu xəyanətkar qüvvələr gizlənib yeni fürsət gözləyirdilər. Bu qüvvələr, eləcə də həmin antidövlət kampaniyasında fəal iştirak edən Xüsusi Təyinatlı Polis Dəstəsinin rəhbərliyi 1995-ci ilin martında yenidən öz çirkin planlarını həyata keçirməyə başladılar. Bütün işlər Mahir və Rövşən Cavadov qardaşları vasitəsilə icra olunurdu. Bu dəfə planlar artıq dəyişmişdi. Xüsusi Təyinatlı Polis Dəstəsi bölgələrdə öz təxribat işlərini aparmağa başladı.
1995-ci il martın 12-dən 13-nə keçən gecə başçılarının əmri ilə hərəkətə keçmiş xüsusi təyinatlı maskalı polislər 200-300 nəfərlik