Sərdar Ünsaldan telejurnalist Fatih Portakala tutarlı cavab
Türkiyə hakimiyyətinin qatı tənqidçisi, bir çox məqamlarda Prezident Rəcəb Tayyib Ərdoğanı belə şərləməkdən çəkinməyən, AKP iqtidarına qarşı ən ağır sözlərdən istifadə edən telejurnalist Fatih Portakal növbəti açıqlaması ilə gündəmə gəlib. O, sosial şəbəkədə açdığı canlı yayımda deyib: "Riskli, çətin günlər yaşayırıq. Türkiyə mürəkkəb bir coğrafiyanın içərisindədir və burada ən önəmli şey... Baxın, dostumuz yoxdur: nə rusdan dostumuz olar, nə amerikalıdan, nə Suriya, nə İrandan, osundan-busundan, Azərbaycandan-filan... Azərbaycandan, heç kimsədən. Olsa-olsa, Şimali Kiprdən olar"...
Fatih Portakalın Azərbaycana yönəlik belə bir çıxışı ölkə daxilində ciddi narazılığa səbəb olub. AKP iqtidarına qarşı kin-küdurəti, hiddət və qərəzi, onun gözlərini o qədər örtüb ki, artıq Rəcəb Tayyib Ərdoğana salam verən hər kəsə nifrət bəsləyir. Onun "Azərbaycan dostumuz deyil" iddiası rəğbət bəslədiyi partiyanın üzünü Avropaya tutması və türk coğrafiyasına arxa çevirməsindən irəli gəlir.
"Türkiyənin dostu yoxdur" ifadəsi yeni deyil, ən azı 100 yaşı var. Bu ifadə Türkiyənin yadellilərin işğalına məruz qaldığı vaxt dilə gətirilib. Atatürk üzünü nicat gözləyən xalqa tutaraq "türkün türkdən başqa dostu yoxdur" deyib. Bu cümlədəki "türk" sözü etnik kimliyi ifadə etmir, sadəcə, "bizim bizdən başqa dostumuz yoxdur" ifadəsinin sinonimidir.
100 ildir ki, türk düşmənləri bu ifadədən yapışaraq, Türkiyəni nasizmdə günahlandırmaq istəyirlər. Düşünək ki, Fatih Portakalın dilə gətirdiyi ifadə məhz başqa millətləri, dövlətləri nəzərdə tutur. O, bəlkə də yaxın-uzaq ölkələrin Türkiyəyə gerçək münasibətini bildiyi üçün dediklərində müəyyən qədər haqlıdır. Amma Fatih Portakalın o siyahıya Azərbaycanın da adını salması heç də ürəkaçan deyil...
Türkiyənin Azərbaycana (eləcə də əksinə) dost olmasını sübut etməyə ehtiyac yoxdur. Bunun tarixi kökləri var. Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı sevginin və gediş-gəlişin bərpası hələ sovet dövrünün axır illərində başlanmışdı. Sonradan bu ünsiyyət min dəfələrlə artdı və dostluq-qardaşlıq əlaqələri qırılmaz tellər üzərində bərqərar oldu. Hər iki ölkədə bu dostluğun-qardaşlığın bədxahları nə qədər çalışsalar da, bundan belə ətlə dırnaq arasına girə bilməzlər. Ona görə də Fatih Portakalın və başqalarının dediklərinə, deyəcəklərinə önəm vermək doğru deyil. Bu açıqlamanı Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, tədqiqatçı-yazar Sərdar Ünsal ifadə edib. O, Fatih Portakalın sosial şəbəkədə Azərbaycan haqqında söylədiyi "Azərbaycandan Türkiyəyə dost olmaz" sözünə əks reaksiya göstərib və ''Azərbaycan candır və Turandır", - deyib. Sərdar Ünsal Fatih Portakalı tez bir zamanda Azərbaycandan və Azərbaycan türklərindən üzr istəməyə səsləyib və deyib ki, bəlkə Fatih Portakalın gözündə Azərbaycan dost deyildir, amma türk millətinin gözündə Azərbaycan dostdan da irəlidir, yəni qardaşdır və iki qardaş ölkənin vətəndaşları da təbii ki, qardaş kimidirlər.
Fatih Portakal, siz ermənilərin dili ilə danışıb Türkiyə ilə Azərbaycanın arasını pozmağa, qardaşları dava etməyə çalışırsınız, - deyən Sərdar Ünsal vurğulayıb: "Unutmayın ki, buna nail olmayacaqsınız. Bu qardaşlığın təməli 1918-ci ildə qurulub. Mustafa Kamal Atatürk 1921-ci ildə Nəriman Nərimanova məktub yazaraq borc pul istəyib. N.Nərimanov azərbaycanlılardan topladığı yardımlarla 500 kq qızıl alıb və Türkiyəyə göndərib. Daha sonra N.Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl pulu Ankaraya göndərib. Sonradan Mustafa Kamal Atatürk N.Nərimanova məktub yazaraq tez bir zamanda borcunuzu ödəyəcəyik deyib. N.Nərimanov cavabında: "Paşam, bizim Türk millətində qardaş qardaşa