Azərbaycan bölgədə sülh və əməkdaşlıq erasını təşviq edir
Siyasət

Azərbaycan bölgədə sülh və əməkdaşlıq erasını təşviq edir

Aprelin 29-da ADA Universitetində beynəlxalq konfransın keçirilməsindən 1 il ötür

"Əgər sülh müqaviləsi imzalanarsa həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli dayanıqlı olacaq". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il aprelin 29-da ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf əməkdaşlıq" adlı konfransdakı çıxışında səsləndirib.

Ümumiyyətlə, ötən il ölkəmizin həyatında bir sıra siyasi, iqtisadi islahatlarla yanaşı, həm Qarabağda sülhün bərpası  istiqamətində ciddi addımlar atılıb. Keçən ilin ən mühüm hadisələrindən biri tədbir iştirakçılarının işğaldan azad olunmuş ərazilərimizə səfəri olub. Tarixi dədə-baba torpaqlarımızın gözəlliyini seyr etməklə, eyni zamanda Şuşaya aparan yol boyunca Şuşanın özündə gördükləri dağıntılar 30 illik işğal ərzində çəkdiyimiz əziyyətlərin nümayişi idi. Həmin dağıntılar Ermənistanın törətdiyi barbarlığın, vandalizmin açıq nümunəsidir. Kəndlərimizin əksəriyyəti darmadağın edilib, yandırılıb yararsız hala gətirilib. Bəzi rayonlarda, əsasən Kəlbəcər, Laçın qismən Zəngilan Şuşada Ermənistan hökumətinin sponsorluğu ilə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirilib. Bu, beynəlxalq konvensiyaların kobud şəkildə pozulması deməkdir.

Hazırda 2 ildən çoxdur ki, Qarabağ bölgəsində yenidənqurma bərpa işləri sürətlə davam edir. Qarabağın ən qısa zamanda dirçəldilməsi nəzərdə tutulub buna əsasən planlar qurulub. Bütün nəzərdə tutulan genişmiqyaslı plan layihələr öz vəsaitimiz hesabına icra edilir. Əlbəttə, bəzi icra işlərində beynəlxalq şirkətlərin bizə dəstəkləri var. Beynəlxalq təşkilatlarla əməkdaşlıq bir çox aspektdən mühüm əhəmiyyət kəsb edir. Burada əsas məqsədlərdən biri beynəlxalq ictimaiyyət aparıcı beynəlxalq təşkilatlara regionda  formalaşmış yeni reallıqları qəbul etdirməkdən ibarətdir. Elə belə oldu.

Konfransda Prezident İlham Əliyev sülhlə bağlı mühüm çıxışlar da etmişdi: "Nəhayət, biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Onların hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına, nəhayət, razılıq verib. Fikrimcə, bunlar son hadisələrin mühüm təzahürüdür onlar, həmçinin göstərir ki, hazırda, İkinci Qarabağ müharibəsindən ilyarım keçdikdən sonra Ermənistan rəhbərliyi ümid edirəm ki, onun əhalisi sülhün zəruriliyini anlayır. Əgər sülh müqaviləsi imzalanarsa həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli dayanıqlı olacaq. Niyyətimiz budur. Hesab edirəm ki, nümayiş etdirdiyimiz elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir". Lakin bunlara baxmayaraq, Ermənistan hakimiyyəti öz çirkin əməllərindən əl çəkmir. Mütəmadi şəkildə törədilən təxribat terror aktları erməni tərəfinin riyakarlığını sübut edir. Verilən vədlər, atılan addımlara baxmayaraq, sərhəddə durmadan təxribat törətməyə davam edirlər. Bu da sülhü gecikdirən ən böyük amillərdəndir. Buna görə Qafqazda böyük sülhün tək maneəsi elə Ermənistan özüdür.

Əlbəttə, bizim üçün ən önəmli məqsədlərdən biri elə Qafqazda yeni eranı, sülh əməkdaşlıq erasını fəal şəkildə təşviq etməkdir. Hazırda ölkəmiz Qafqazda sülh gündəliyini təşviq edir. Prezident İlham Əliyev qeyd edib ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüslər əlbəttə ki, sülhə xidmət edir.

Ermənistan Cənubi Qafqaz bölgəsində təcrid olunmuş ada kimi yaşamaqdan xilas olmalı, bizimlə münasibəti normallaşdırmalı, ərazi iddialarına son qoymalı Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməməlidir. Lakin atılan addımlara baxmayaraq, Ermənistan danışıqlar yolunu rədd edir. Hayastan unutmamalıdır ki, Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik əməkdaşlıq, eləcə rifah məkanı olmalıdır. Prezident İlham Əliyev bildirib ki, Ermənistan əgər