Azərbaycan Avropa İttifaqının əsas enerji tərəfdaşıdır
Siyasət

Azərbaycan Avropa İttifaqının əsas enerji tərəfdaşıdır

Ölkəmiz milli maraqlar üzərində qurulan çoxyönlü xarici siyasətə, regional qlobal əməkdaşlığa davamlı töhfələr verir. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza sahibdir. Təsadüfi deyil ki, multiregional siyasətdə Azərbaycanla münasibətlərini dərinləşdirmək istəyən dövlətlərin sayı getdikcə artır. Məhz bu çərçivədə cənab Prezident İlham Əliyevin son altı ayda Bolqarıstana ikinci dəfə səfər etməsi müxtəlif tendensiyaları özündə əks etdirir.

Rusiya-Ukrayna müharibəsi fonunda, yeni dünya düzənin formalaşdığı bir vaxtda Avropa İttifaqı əməkdaşlıq kontekstində enerji təhlükəsizliyi ixracatı üçün Azərbaycanla səmərəli əməkdaşlıqda maraqlıdır. Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq digər istiqamətlərdə əməkdaşlıq uğurla həyata keçirilir. Avropada Azərbaycan gündəliyi kifayət qədər genişdir müxtəlif istiqamətləri əhatə edir. Siyasi-iqtisadi əlaqələr əməkdaşlığın şaxələndirilməsi üçün münbit zəmin yaradır. Qeyd etmək lazımdır ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır.

İkitərəfli əməkdaşlıqda Bolqarıstanın Avropa İttifaqına () üzv dövlət olması reallığı Azərbaycanın beynəlxalq məkanda nüfuzunun artmasında müstəsna rol oynayır. Azərbaycan Bolqarıstan iki dost strateji tərəfdaş ölkələrdir bir-biri ilə daha sıx əməkdaşlıq etmək niyyətindədirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin qarşılıqlı səfərləri bu niyyəti özündə əks etdirir.

Yaxın keçmişdə Bolqarıstan Prezidentinin Azərbaycanda rəsmi səfərdə olması ölkələrimiz arasında əməkdaşlığın səviyyəsini, eyni zamanda siyasi dialoqun dinamikasını göstərir. Bolqarıstan Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir.

Aprelin 25- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri ölkəmizi Avropanın enerji təhlükəsizliyi ilə bağlı irimiqyaslı beynəlxalq layihələrin icraçısı kimi bir daha təsdiqləmiş oldu. Səfər çərçivəsində "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) "Eustream" (Slovakiya) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi keçirildi. Hər iki ölkə liderinin enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı təkcə Azərbaycan-Bolqarıstan münasibətlərini inkişaf etdirmir, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini yeni müstəviyə çıxarır. Şübhəsiz ki, Bolqarıstanda keçirilən beynəlxalq tədbirdə iştirak edən ölkələrin təmsilçiləri ilə mühüm görüşlər ikitərəfli çoxtərəfli əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edir. Səmimi münasibət mühüm strateji mövqelərin şahidi olduğumuz mərasimdə iştirak edən ölkələrin rəhbərlərinin dövlətimizə liderimizə qarşı münasibəti təqdirəlayiqdir. Bu rəsmi səfər çərçivəsində Bolqarıstanın, Rumıniyanın, Serbiyanın, Yunanıstanın, Avropa Komissiyasının rəhbərləri digər rəsmilərlə görüşlərdə onların çıxışlarında ölkəmiz, eləcə möhtərəm Prezidentimiz haqqında səslənmiş yüksək fikirlər etibarlı əməkdaşlığın uğurlarından xəbər verir. Bütün bunlar Azərbaycan dövlətinin xalqının beynəlxalq aləmdə nüfuzunu daha da artıraraq, etibarlı tərəfdaş olduğunu sözdə deyil, əməldə göstərir. İlkin olaraq bildirilmişdir ki, bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən ölkəmiz Macarıstana Slovakiyaya da qaz təchizatını başlayacaq. Beynəlxalq çərçivədə önəmli seqment rolunu oynayan "Həmrəylik Halqası"- Bolqarıstan, Rumıniya, Macarıstan Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları SOCAR arasında Anlaşma Memorandumunun imzalanması Azərbaycanın enerji sahəsində beynəlxalq əməkdaşlığının növbəti pilləsi hesab olunur. Bu, bir daha Avropada enerji təhlükəsizliyinin təmin edilməsi baxımından Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir. Məhz Bolqarıstan dövlətinin başçısı Rumen Radevin çıxışında Azərbaycanın təkcə Bolqarıstanın deyil, həm Avropa İttifaqının strateji tərəfdaşı olduğunu deməsi bu fikirləri təsdiq edir.

Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması "Həmrəylik Halqası" təşəbbüsünün reallaşması üçün böyük bir