Azərbaycan addım-addım  məqsədlərinə nail olur
Siyasət

Azərbaycan addım-addım  məqsədlərinə nail olur

"Sülh müqaviləsinin imzalanması ilə əlaqədar Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni müxtəlif dəyişikliklər olub". Bu fikri Prezident İlham Əliyev aprelin 18- Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Ölkə başçısı deyib ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə, keçən ilin oktyabr ayında Praqa Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Almatı Bəyannaməsi əsasında həll olunmalıdır.

Almatı Bəyannaməsi 1991-ci il dekabrın 21- imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirdi MDB-nin yaradıldığını elan etdi. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü o dövrdə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa hörmət etməyə söz veriblər. Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb.

 Almatı Bəyannaməsində deyilir ki, müstəqil dövlətlər Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan respublikaları, Rusiya Federasiyası (RSFSR) Ukrayna münasibətləri dövlətlərin suverenliyini, öz müqəddəratını təyin etmək hüququnu, bərabərlik daxili işlərə qarışmama prinsiplərini qarşılıqlı tanınma hörmət əsasında inkişaf etdirəcək. Sənəddə qeyd olunur ki, adları çəkilən dövlətlər gücdən istifadə güc təhdidi, iqtisadi hər hansı digər təzyiq üsullarına yol verməməklə mübahisələr sülh yolu ilə həllini tapacaq. Bundan başqa, MDB üzvləri insan hüquq azadlıqlarına, o cümlədən milli azlıqların hüquqlarına hörmətlə yanaşacaq, öhdəliklərin beynəlxalq münasibətlərin digər tanınmış prinsip normalarının vicdanla yerinə yetirilməsinə hamılıqla əməl edəcəklər. Sənəddə qeyd edilib ki, tərəflər bir-birinin nüvəsiz ya neytral dövlət statusuna nail olmaq istəyinə hörmətlə yanaşacaqlar. "Müstəqil Dövlətlər Birliyinin yaranması ilə Sovet Sosialist Respublikaları İttifaqının mövcudluğu dayandırılır. Birliyə üzv dövlətlər öz konstitusiya prosedurlarına uyğun olaraq keçmiş SSRİ-nin müqavilə sazişlərindən irəli gələn beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə təminat verirlər. Birliyə üzv dövlətlər bu Bəyannamənin prinsiplərinə ciddi riayət etməyi öhdələrinə götürürlər", - deyə bəyannamənin sonunda qeyd edilib.

Beləliklə, Azərbaycanın sülh təşəbbüsü təkliflərini qəbul etməkdən başqa Ermənistanın digər çıxış yolunun olmadığını artıq bu ölkədə ən yüksək səviyyədə qəbul edirlər. Hər halda, İrəvanda səslənən son fikirlər belə deməyə əsas verir. Azərbaycan tədricən sülh məqsədinə nail olur. Dövlət başçısı vurğulayıb ki, vaxtilə "Qarabağ Ermənistandır nöqtə" deyən Ermənistan bu gün "Qarabağ Azərbaycandır nida" sözlərimizi təkrar etməlidir. Çünki əgər "A" deyibsə, "B" deməlidir. Almatı Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır. Hesab edirəm ki, işin gedişatı bunu göstərir, çünki başqa yol da yoxdur. Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır. Bu gün bizim hərəkətlərimiz onu göstərir niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun".

Azərbaycan Prezidentinin bu açıqlamaları fonunda Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Milli Assambleyasının aprelin 18- keçirilmiş növbədənkənar sessiyasında bəyanatla çıxış edib. O, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıdığını qeyd edib: "Mən elə indi təsdiq etmək istəyirəm