Ötən gündən etibarən ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti AZAL-ın Bakı-Naxçıvan istiqamətində uçuşlarına təsir göstərib.
21 iyun “ASAN radio”nun məlumatında bildirilir ki, hazırda iki reysin uçuşu gecikir. Belə ki, 51 sərnişin hoteldə yerləşdirilib, qalanları isə evlərinə getməyə üstünlük verib.
Gecə və səhər saatlarında Naxçıvana artıq bir neçə reys həyata keçirilib, digər reyslər cədvələ uyğun olaraq həyata keçiriləcək.
“Respublika”.