AZAL Bakıdan Düşənbə şəhərinə reys açır
Digər xəbərlər

AZAL Bakıdan Düşənbə şəhərinə reys açır

AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkəti may ayında Bakıdan Tacikistanın paytaxtına reys açır.

Mayın 30-dan etibarən Bakıdan Düşənbəyə və əks istiqamətdə uçuşlar həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək.

Düşənbə paytaxt olmaqla yanaşı, şərq ekzotikası və Mərkəzi Asiya ənənələrini  özündə birləşdirən Tacikistanın həm də ən böyük şəhəridir.

"Buta Airways"in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

"Buta Airways" aviaşirkətinin  mətbuat xidməti.