Avropa İttifaqı Hayastandakı missiyasını genişləndirir
Digər xəbərlər

Avropa İttifaqı Hayastandakı missiyasını genişləndirir

Ötən ilin oktyabr ayında Azərbaycan, Ermənistan, Avropa İttifaqı Fransa liderləri arasında Praqada əldə edilmiş razılaşmaya əsasən durumun monitorinqi, təhlili yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədilə oktyabrın 20- Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca -nin Monitorinq Missiyası (EUMCAP) yerləşdirilib. Prezident İlham Əliyev ölkəmizin ərazisində belə bir fəaliyyətə icazə verməsə , missiyanın Ermənistan tərəfində  fəaliyyəti 2 ay müddətinə nəzərdə tutulmuşdu elə oldu.

Dekabrın 19-da 40 nəfərlik heyətin işi tamamlandı. Əlbəttə, Hayastanın istəyilə Avropa İttifaqının sülh missiyası adı altında bölgəyə göndərilən qrup heç bir statusa malik olmadan sülhün deyil, Qərbin, xüsusilə Fransanın məkrli ermənipərəst mövqeyinin növbəti təzahürüdür. Lakin missiya bölgədə olan zaman Ermənistanın istəklərini yerinə yetirməkdən boyun qaçırıb. Şübhəsiz ki, Hayastan üçün bu, qəbuledilməz hal idi.

Bundan sonra məlum oldu ki, bölgəyə uzunmüddətli missiya göndərmək niyyətindədir. Hiyləgər Hayastan hakimiyyəti istədikləri nəticəni ala bilmədikləri üçün növbəti dəfə missiyanı bölgəyə çağırdılar.

Fevralın 20- Avropa İttifaqının növbəti 100 nəfərlik missiyası Ermənistanda fəaliyyətə başlayıb. Əlbəttə, rəsmi Bakı bu halları qınayır atılan addımların sülhə maneə olduğunu bildirir. Lakin beynəlxalq ictimaiyyət regionda öz hakimiyyətini qurmaq üçün daha bir yola əl atıb. -nin İrəvandakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib ki, Avropa İttifaqının missiyası yaxın aylarda Cermuk, İcevan Yeqqnadzorda üç əlavə əməliyyat mərkəzi açmağı planlaşdırır. Hazırda Missiyanın qərargahı Yeqqnadzorda yerləşir, İrəvanda 6 əməliyyat mərkəzi əlaqə ofisi fəaliyyət göstərir. Əlbəttə, Azərbaycan -nin bu addımlarını kəskin qınayır hazırda missiya ilə əməkdaşlıq etməkdən imtina edib.

Politoloq Amid Əliyev bildirir ki, -nin mülki missiyası bölgəyə gəldiyi gündən indiyə qədər əsas hədəfi Rusiya Federasiyasına qarşı yönəlib: "Belə ki, missiyanın əsas heyətinin hərbçi polis nəfərlərindən ibarət olması son zamanlar şərti dövlət sərhədində baş verən təxribatlar zamanı missiyanın ciddi bəyanatlar səsləndirməməsi bunu deməyə əsas verir. Missiyanın Ermənistandakı rəhbəri Markus Ritterin bəyanatında diqqətçəkən məqamlar olub. Birincisi, Rusiya Federasiyası bu gün maraqlıdır ki, həm Azərbaycanla sərhəddə, həm Zəngəzur dəhlizi boyunca məhz Rusiya sərhədçiləri dayansın. Bu isə Qərbin Ermənistanın maraqlarına tam ziddir. Ona görə bu istiqamətdə əməli addımlar atmağa məcburdurlar. İkincisi, Rusiya KTMT qüvvələrinin bölgəyə, xüsusilə sərhəddə yerləşdirilməsində olduqca maraqlıdır. Bu günlərdə Minskdə keçirilən KTMT-nin iclasında bu fikir Rusiya müdafiə naziri tərəfindən səsləndirilib. Bu hal da Qərbin marağına uyğun deyil. Üçüncüsü, bu fikrin məhz Toyvo Klaarın bölgəyə səfəri ərəfəsində səslənməsi əbəs deyil. Görünür, bu məsələdə Rusiyaya güzəştə getmək fikrində deyil. Nəhayət, bir müddət öncə Rusiya tərəfindən irəli sürülən Qafanda konsulluğun açılması haqqında fikirlər bu siyasətin diplomatik yolla həllini tapmasına yönəlib.

Ümumilikdə isə Ermənistan Qərb sərhəd məsələsində Rusiyanın iştirakını tamamilə minimal səviyyəyə salmaq istəyirlər. Bu, eyni zamanda Ermənistanın dövlət maraqlarından çıxış etməsinə xidmət edir ki, bunu da Qərb dəstəkləyir. Baş verən proseslərin Ermənistan Rusiya arasında sərhədə nəzarətin kim tərəfindən icra ediləcəyi sualını ortaya çıxarmış olur. Bu məsələ Azərbaycanın da marağındadır ki, Ermənistanla sərhəddə məhz erməni sərhədçiləri dayansın, nəinki mülki missiyası ya Rusiya sərhədçiləri. Görünən odur ki, Rusiya bu məsələdə Ermənistan onun Qərb tərəfdaşları ilə ciddi mübarizəyə girməli olacaq".

T.SƏMƏDOVA,

"Respublika".