ATU-NUN NÜMAYƏNDƏ HEYƏTİ 100 İLLİK TARIXI OLAN KİTABXANADA OLUB
Digər xəbərlər

ATU-NUN NÜMAYƏNDƏ HEYƏTİ 100 İLLİK TARIXI OLAN KİTABXANADA OLUB

Almaniyaya səfəri çərçivəsində ATU-nun rektoru, professor Gəray Gəraybəylinin başçılıq etdiyi nümayəndə heyəti Mannheim Tibb fakültəsinin Cərrahiyyə Klinikasının nəzdindəki kitabxananı ziyarət edib. 12 iyun ATU-nin mətbuat xidmətindən bildirilir.

Bir əsr yaşı olan bu kitabxana 1922-ci ildə Mannheim bələdiyyə hospitalının nəzdində “Həkimlərin kitabxanası” kimi cəmi 40 kv. metrlik otaqda fəaliyyətə başlayıb. Hazırda 1700 kv.m məkanda yerləşən kitabxanada həkimlər, rezidentlər və tələbələrin bilgi toplaması üçün hər cür şərait yaradılıb. ATU-nun nümayəndə heyətinə verilən məlumata görə, hazırda modern sistemlə təchiz olunmuş kitabxananın geniş oxu zalları və kompüter otaqları, 30 mindən artıq tibbi və elmi jurnallara çıxış imkanı yaradan elektron bazası mövcuddur.

Səfər zamanı ATU-nun nümayəndə heyəti “TheSİMa” Bacarıqlar Laboratoriyasının işi ilə də tanış olub.

Laboratoriya rəhbərliyi ilə görüş zamanı Azərbaycan Tibb Universiteti və Mannheim Tibb fakültəsi arasında əməkdaşlıq imkanları sırasına OSKİ imtahanları ilə bağlı istiqamətin də əlavə oluna biləcəyi bildirilib.

“Respublika”.