AP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Nepalda səfərdədir
Siyasət

AP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Nepalda səfərdədir

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) dəvəti əsasında Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Nepal Federal Demokratik Respublikasına səfər edib. Bu barədə YAP Mərkəzi Aparatından bildirilib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri 13-16 oktyabr tarixlərində Nepal Kommunist Partiyasının (UML) ev sahibliyi ilə bu ölkənin paytaxtı Katmanduda keçiriləcək ICAPP Daimi Komitəsinin 40-cı iclasında və Asiya-Avropa Siyasi Forumunun (AEPF) 5-ci iclasında iştirak edəcək.

Xaqani KOSAYEV,

“Respublika”.