Andına sədaqət örnəyi
Sosial həyat

Andına sədaqət örnəyi

Ölkəmizin müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Ordumuzun zabit əsgərləri həmin döyüşlərdə böyük hünər rəşadət göstəriblər. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!!

Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi Şamilov Fərid Mirzə oğlu 4 may 1999-cu ildə Sumqayıt şəhərində dünyaya göz açıb. 2005-2016- illərdə Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə təhsil alıb. Fərid 2017-ci ilin iyul ayında Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə yollanıb. Füzuli Haramı düzündəki hərbi hissədə ön xətdə xidmət edib. 2019-cu il yanvarın 9-da hərbi xidmətdən qayıdıb. "Səba" Şirkətlər Qrupunda mühafizə xidmətində əmək fəaliyyətinə başlayıb. Səfərbərlik elan olunanda o, "Vətən dardadır" deyərək, öz ərizəsi ilə işdən çıxıb.

Tovuz döyüşlərindən sonra könüllü olaraq Səfərbərlik Hərbi Xidmətə Çağırış İdarəsinə ərizə ilə müraciət edib. 2020-ci il sentyabrın 21- hərbi xidmətə çağırılıb Qusar rayonunda bir müddət təlimlər keçəndən sonra sentyabrın 27- cəbhə bölgəsinə yollanıb. Füzuli istiqamətində gedən döyüşlərdə şücaətlə vuruşub. Cəbrayıl, Zəngilan, Xocavənd, Şuşa, Laçın rayonları uğrunda gedən döyüşlərdə igidlik göstərərək vətənə layiqincə xidmət edib. Son zənglərinin birində deyib: "Atama deyin məni bağışlasın, onu çox istəyirəm".

2020-ci il noyabrın 8-dən 9-na keçən gecə Fərid Şamilovun Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində son döyüşü olub. Ağır döyüşdə minomyot atəşi onu yaralayıb, köməyinə çatmaq istəyən döyüş yoldaşı Famil Məmmədov düşmən gülləsinə tuş gəlib. Fərid döyüş yoldaşı Qubad Əliyevlə birgə şəhidlik zirvəsinə ucalıb. Fərid Şamilov 10 noyabrda son mənzilə yola salınıb. Sumqayıt Şəhər Şəhidlər Xiyabanında dəfn edilən şəhidin vida mərasimində onun yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər sakinləri, minlərlə insan iştirak edib. O da başqa şəhidlərimiz kimi, tarix yazaraq əbədiyyətə qovuşdu. Bakı şəhər 20 saylı məktəbin 2F sinfi onun adını daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Şamilov Fərid Mirzə oğluna ölümündən sonra "Vətən uğrunda", Cəbrayıl, Xocavənd Füzulinin azad olunmasına görə medalları ilə təltif edib.

Atası Mirzə Şamilov 1993-1997-ci illərdə I Qarabağ müharibəsinin döyüşçüsü olub. O oğlu Fərid haqqında deyir: "Müharibəyə gedəndə mənə son sözü bu oldu: qəhrəman, ya da şəhid kimi dönəcəm. Mərd, safürəkli, vətəninə, xalqına bağlı bir oğlan idi. Fərid uşaq vaxtından böyük düşüncələri ilə hamının hörmətini qazanmışdı. Maraqlı söhbətli, insanlara canı yanmağı ilə fərqlənirdi. Hər kəsə bacardığı köməyi əsirgəməzdi. Dostlarının, qohumların sevimlisi idi.

Öz qanı, canı bahasına Vətənin müdafiəsi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olan Fərid cəsurluğu ilə düşmənə meydan oxuyaraq, şəhidlik zirvəsinə yüksələn igidlərimizdəndir.

Müşfiq CƏFƏROV,

"Respublika".