Ana dilimiz milli kimliyimiz milli qürurumuz
Digər xəbərlər

Ana dilimiz milli kimliyimiz milli qürurumuz

1918-ci il iyunun 27- Azərbaycan dili dövlət dili elan edilib

Sərhəd, bayraq ya pul vahidi ilə yanaşı, bir ölkəni nüfuzlu bənzərsiz edən onun milli dilidir. Həqiqətən dil xalqın milli kimliyini ifadə edən göstəricilərdən biridir. Dil həssas məsələdir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.

Bir toplumu başa düşmək üçün insan cəmiyyətin dili ilə danışmağı bacarmalıdır. Milli dildə səlis danışmaq, şübhəsiz ki, insana həmin cəmiyyətin xüsusi nüanslarını mədəni aspektlərini tam başa düşməyə imkan verir.

Dövlətin dili xalqın birliyinin hərəkətverici qüvvəsidir əlbəttə, onu başqa millətlərdən fərqləndirir. Milli dilə hörmət etmək o deməkdir ki, o, insanın əsas dili, eləcə hər səviyyədə üstünlük verilən ünsiyyət mənbəyi olmalıdır. İnsan mənimsədiyi qədər dil bilməli, lakin öz dilindən hər səviyyədə istifadə etməlidir.

Azərbaycan dili keşməkeşli inkişaf yolu keçib. Dilimiz qədim zəngin ədəbi dillərdəndir. Dil məsələsi hər zaman gündəmdə olub. Bu mənada AXC hökuməti böyük bir addım atıb. 1918-ci il iyunun 27- o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib. Həmin tarixdən artıq 105 il ötür.

AXC-nin qısa vaxtda dil sahəsində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində əhəmiyyətli iz buraxıb. Həmin dövrdə, ilk növbədə, təhsil sahəsində dəyişikliklər edilməyə başlanılıb. Buna əsasən, 1918-ci il avqustun 28- ibtidai orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verilib. Düşünsək ki, insanın elm sahəsində təməli ibtidai sinifdən qoyulur, bu mənada atılan addımlar böyük əhəmiyyət kəsb edir. Daha sonra elə həmin il dekabrın 27- ordu dilinin Azərbaycan-türk dili olduğu barədə əmr verilib. Bu isə ən mühüm addımlardan biri olub. Çünki təkcə azyaşlı nəsil yox, həmçinin artıq boya-başa çatmış həyatın keşməkeşli yollarında addım atmış fərdlər üçün öz milli dilini bilmək əsas məsələ olub. Elə bundan bir il sonra sentyabrdan başlayaraq, Azərbaycan dilinin öyrənilməsi üçün kurslar təşkil edilib, hətta bu məqsədlə hökumət tərəfindən 351 min manat vəsait ayrılıb.

AXC-nin 23 aylıq fəaliyyəti dövründə dil məsələsi hər zaman əsas problemlərdən olub. Belə ki, orta məktəblərdə Azərbaycan dilinin tədrisinə başlanıldıqdan sonra sıra universitetlərə gəlib. Bu mənada 1919-cu il avqustun 21- keçirilən iclasda indiki Bakı Dövlət Universitetinin açılması məsələsi müzakirə olunub, deputatlar çıxışlarında bu ilk ali məktəbdə tədris işləri ilə yanaşı, onun hansı dildə aparılması məsələsinə xüsusi diqqət yetiriblər. Daha sonra yaranan vəziyyət, AXC-nin süquta uğraması, Sovet hakimiyyətinin mövcudluğu Azərbaycan dilinin dövlət dili səviyyəsində saxlanılmasına imkan verməyib. Həmin illərdə bir neçə dəfə təşəbbüs göstərilməsinə baxmayaraq, istənilən nəticə əldə olunmayıb. Lakin 1956- ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edilib. Bu qərar da uğurlu olmayıb. Nəhayət, 1978-ci ildə Konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edilib.

Azərbaycan dilinin inkişafı, yayılması daha da güclənməsi üçün müxtəlif fərman sərəncamlar qəbul edən Ulu Öndər Heydər Əliyev hər zaman ana dilinə həssaslıqla yanaşıb, dilimizin dərin bilicisi olub. Ümummilli Lider deyirdi: "Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var".

1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş ilk milli Konstitusiyada Azərbaycan dili dövlət dili kimi layiqli yerini