ABŞ-da elm adamları ikinci dəfə nüvə birləşmə reaksiyasından xalis enerji hasil edə bildiklərini açıqlayıblar.
“Respublika” Kaliforniyadakı Lourens Livermor Milli Laboratoriyasından verilən açıqlamaya əsasən xəbər verir ki, iyulun 30-da keçirilən təcrübədə dekabrla müqayisədə daha çox enerji əldə edilib.
Laboratoriya sözçüsü əlavə edib ki, test nəticələri hələ də nəzərdən keçirilir. Dekabrın 5-də aparılan təcrübədə alimlər yanacağa lazer vuraraq iki yüngül atomu daha sıx atoma birləşdirə biliblər. Atomların birləşməsindən əmələ gələn reaksiya, Günəşin də enerji istehsal etməsini təmin edən bir prosesdir. Alimlər 70 ildir ki, bu prosesi yer üzündə təkrarlayaraq təmiz nüvə enerjisi istehsal etməyi hədəfləyiblər.
Qeyd edək ki, füzyon təcrübəsi uğurlu olsa da, bütün dünyada istehsal olunmazdan əvvəl hələ də aradan qaldırılmalı bəzi maneələr var.
Töhfə SƏMƏDOVA,
"Respublika".