Azərbaycanda əsasən isti havalar üstünlük təşkil etdiyindən şirin suya olan tələbat bir neçə dəfə artır. Ümumiyyətlə, dünyada su ehtiyatlarının azalması elm adamlarını həyəcan təbili çalmağa məcbur edir. Belə olan halda suya qənaət etmək vacib şərtlərdəndir. Ölkəmizdə çay sularından məişətdə, eləcə də suvarmada səmərəli, itkisiz istifadə etmək üçün bolsulu çayların üzərində su anbarları qurulmuş və bu gün də bu proses Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq uğurla davam etdirilir.
Anbarların tarixinə nəzər saldıqda böyük əksəriyyətinin ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi zamanlarda yaradılmasının şahidi oluruq. Hazırda o dövrdə inşa olunmuş su anbarlarından istifadə olunmaqla bölgələrdə suya olan tələbat ödənilir. Onlardan biri respublikamızın Qərb bölgəsində fəaliyyət göstərən, bölgə üçün böyük əhəmiyyət daşıyan Ağstafaçay Su Anbarıdır. Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Rövşən Lətifov adıçəkilən, strateji əhəmiyyətə malik obyekt haqqında geniş məlumat verərək bildirdi ki, su anbarı hidrotexniki qurğularla birlikdə Ağstafaçay üzərində tikilmişdir.
Su anbarının açılışını 1969-cu ildə ulu öndər, ümummilli lider Heydər Əliyev etmişdir. Perspektiv planda su anbarının 74 min hektar sahəni suvarılması nəzərdə tutulmuşdur. Hazırda 57,5 min hektar sahənin suvarılmasını həyata keçirir. Obyekt Ağstafaçaydan qidalanır. Baxmayaraq ki, su anbarının üzərinə böyük gərginlik düşür, ancaq suya olan tələbatı ödəyir.
Rövşən Lətifov qeyd etdi ki, ilin bütün fəsillərində anbarda suyun olmasına ciddi nəzarət edilir. Su anbarı Azərbaycan-Ermənistan sərhədində yerləşir və daim mühafizə olunur. Ağstafaçay Hidroqovşağı kanallar ilə birlikdə kompleks su təsərrüfatı sayılmaqla, regionun ən böyük hidrotexniki qurğusu hesab olunur və Qazax rayonunda yerləşir. Sistemin əsas vəzifəsi Azərbaycan Respublikasının Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının 74 min hektar kənd təsərrüfatı sahəsini suvarma suyu ilə təmin etməkdir. Ağstafaçay Hidroqovşağı beton üzlüklə örtülmüş torpaq bənddən, Sağ və Sol magistral kanallardan, sel sularını ötürən qurğulardan ibarətdir. Su anbarının normal həcmi 170 milyon kubmetr, ölü həcmi 9 milyon kubmetr, faydalı həcmi isə 111 milyon kubmetrdir.
Baş qurğunun suburaxma qabiliyyəti normalda saniyədə 38 kubmetrdir. Anbardan su Sağ və Sol Magistral Kanallara hidravlik qapılar vasitəsilə ötürülür. Hidravlik qapıların sayı 4 ədəddir və bunun 2 ədədi işlək, 2 ədədi isə ehtiyat qapılardır.
Anbardan rayonlara su verilən kanalların uzunluğu 69 kilometr, suburaxma qabiliyyəti isə saniyədə 38 kubmetrdir. Uzunluğu 58,04 km olan Sağ sahil magistral kanalı tamamilə beton üzlüklə örtülmüşdür. Kanal uzunluğu boyu trapesiya şəklindədir. Kanalın başlanğıcında suburaxma qabiliyyəti saniyədə 27 kubmetrdir. Uzunluğu 10,99 km olan Sol sahil magistral kanalı tamamilə beton üzlüklə örtülmüşdür. Kanal uzunluğu boyu trapesiya şəklindədir. Kanalın başlanğıcında suburaxma qabiliyyəti saniyədə 13 kubmetr, sonunda isə 1 kubmetrdir.
Müsahibim bildirdi ki, bütün sistemin istismarı Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi tərəfindən aparılır və idarə öz işinin öhdəsindən layiqincə gəlir. 2022-ci ildə idarə tərəfindən 28 ədəd hidrotexniki qurğu, 15 ədəd hidropost, 18 km beton kanal, 4 km istismar yolu, 2 ədəd bina, baş qurğuda elektrik, mexaniki avadanlıq və qurğular cari təmir olunmuşdur.
Ötən ildə suvarma kanallarında 330 min kubmetr həcmində lildən təmizləmə işləri aparılmışdır ki, bunun da 180 kubmetri ekskovatorlarla, 150 kubmetri isə buldozerlə görülmüşdür. 2022-ci ilin suvarma mövsümünü mütəşəkkil keçirmək üçün 01.04.2022-ci il tarixə anbarda 34,9 milyon kubmetr həcmində su yığılmışdır. Su anbarından istehlakçılara suyun verilməsi Qazax, Ağstafa və Tovuz Suvarma Sistemləri idarələri vasitəsilə həyata keçirilmişdir.
2022-ci ildə suvarma məqsədilə rayonlara 131,88 milyon kubmetr su verilmişdir ki, bunun da 50,57 milyon kubmetri Qazax, 65,84 milyon kubmetri Ağstafa, 15,47 milyon kubmetri Tovuz rayonunun payına düşmüşdür. 2021-ci ildə su itkisi