Ağdam rayonu 1993-cü il iyulun 23-də işğal edilib. Rayonun 846,7 kvadratkilometri ümumi ərazisinin 77,4 faizi işğala məruz qalıb. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə 6 minə yaxın insan şəhid, əlil olub, 1870 nəfər uşaq isə yetim, minlərlə insan şikəst qalıb, 126 min nəfərdən artıq ağdamlı yurd-yuvasından didərgin düşüb.
"Lonely Planet" 2008-ci ildə Ağdamı "Qafqazın Hiroşiması" adlandırıb. Bundan sonra 2010-cu ildə Əl-Cəzairin internet nəşri Ağdamı "ruhlar şəhəri" siyahısına salıb. Ağdamın gözəlliyi, təbiəti onu görən hər kəsi valeh edir. Lakin mənfur ermənilər onun təbiətinə, gözəlliyinə xələl gətirib. 2010-cu ildə qondarma Dağlıq Qarabağ rejiminin qərarı ilə Ağdam şəhəri Akna adlandırılıb. Bu da bir daha onu göstərir ki, haylar köçdükləri hər yerdə Azərbaycan tarixini qondarma şəkildə yox etməyə çalışıblar. Lakin onlar Azərbaycan xalqının və ordusunun gücünü, iradəsini unutmuşdular. Bunun nəticəsidir ki, 2020-ci il noyabrın 20-də Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ağdam hərbi və diplomatik yolla işğaldan azad edilərək öz yurisdiksiyasına qaytarılıb. Üç gün sonra, noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda 27 ildən sonra Azərbaycanın üçrəngli bayrağını qaldırıb. Səfər çərçivəsində ölkə başçımız və Birinci vitse-prezident Ağdam şəhərinin dağıdılıb, məhv edilən yerləri ilə tanış olub, Cümə Məscidini ziyarət edib. Ağdam şəhərində tarixi abidələrimiz, dini evlər və tikililər ermənilər tərəfindən 30 il boyunca dağıdılıb. Bunun nəticəsində Pənah xanın imarəti, Hatəm Məlik qalası, Seyid Lazım Ağanın məqbərəsi, Əli pəncəsi ziyarətgahı, Qutlu Musa türbəsi, Ağdam Cümə məscidi erməni vandalizminə məruz qalıb. Bir çox dini və tarixi abidə tamamilə dağıdılıb, qalanı isə tövlə halına gətirilərək İslam dini açıq formada təhqir edilib.
Bu gün Ağdam tamamilə dəyişib. Yeni tikililər, ərazidə gedən işlər bunu deməyə əsas verir. Artıq həmin ərazidə Azərbaycan bayrağı qürurla dalğalanır. Ölkə başçımızın 2021-ci il mayın 28-də növbəti səfəri zamanı Ağdam şəhərinin Baş Planı təqdim olunub. Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının və Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməl daşlarını qoyub. Həmçinin dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, Sənaye Parkının, şəhər ərazisində inşa olunan ilk yaşayış binasının təməlqoyma mərasimində və Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edib.
Ölkə başçımız bu günə qədər Ağdama bir neçə dəfə səfər edib. Orada görülən yenidənqurma və bərpa işləri, ən son texnologiyalarla qurulmuş avadanlıqlarla tanış olub. Ötən il fevralın 13-də dövlət başçımız və birinci xanım Ağdam şəhərində yeni inşa olunmuş "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının açılışında iştirak ediblər. Tikilən "Ağdam-1" yarımstansiyası Ağdam rayon mərkəzində yaradılan böyük və müasir enerji kompleksinin bir hissəsində 110 kilovoltluq açıq və 35, 10 kilovoltluq qapalı paylayıcı qurğuların yerləşdirildiyi inzibati bina da daxil olmaqla, 110/35/10 kilovoltluqdur. "Ağdam-1" yarımstansiyası tam rəqəmsallaşdırılaraq avtomatlaşdırılıb. Yarımstansiyada aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, sistemin monitorinq və analizinin, problemlərin tez həllinin proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin olunub.
Ağdam elektroenergetika cəhətdən mühüm əhəmiyyət daşıyır. Qarabağ bölgəsində və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Rəqəmsal İdarəetmə Mərkəzinin binası müasir üslubda hazırlanmış memarlıq layihəsi əsasında inşa olunub. Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimlənmələr və başqa