Suverenliyimizi bərpa etdiyimiz gündən Azərbaycan bir çox sahələrdə olduğu kimi, iqtisadiyyat üzrə də böyük uğurlar qazanıb. Ölkəmiz yeraltı, yerüstü təbii sərvətlərlə zəngindir. Azərbaycanın neft-qazı, pambığı, dəniz yolu ilə qurulan əlaqələr və s. regionda mühüm strateji önəmə malikdir. Həmçinin qonşu ölkələrlə həyata keçirilən birgə layihələr də Azərbaycan iqtisadiyyatına böyük töhfələr verir. Bu mənada Trans-Xəzər qaz kəməri mühüm əhəmiyyət kəsb edir.
1997-ci ildə Türkiyənin Türkmənistan qazını almaq məqsədilə belə bir ideya irəli sürülüb. Bundan sonra 1999-cu il fevralın 19-da Aşqabadda Trans-Xəzər qaz kəməri layihəsinə dair Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında müqavilə imzalanıb. Layihəyə əsasən, kəmər vasitəsilə Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 milyard kubmetr təbii qazın ixracı nəzərdə tutulub.
Layihə bir sıra TDT ölkələri ilə yanaşı, qonşu dövlətlərin də iqtisadi çiçəklənməsinə səbəb olub. Son illərdə Avrasiyada formalaşan yeni geoiqtisadi vəziyyət regionu güclü nəqliyyat və logistika halqasına çevirmək üçün əlverişli perspektivlər açır. Lakin kəmərlə bağlı texniki və ideya cəhətdən bütün proseslərin hazır olmasına baxmayaraq, onun həyata keçməsi üçün bir sıra əngəllər mövcuddur. İlk olaraq bəzi region qonşularımız layihənin həyata keçməsini özlərinə təhlükə hesab edirlər. Ölkəmizin bu prosesdə böyük rola malik olması Cənub və Qərb qonşumuzu daha da qıcıqlandırır. Azərbaycanın iqtisadi cəhətdən daha da inkişaf etməsi, onun regionda lider dövlətə çevrilməsini qaçılmaz edir. Bununla yanaşı, digər əsas məsələ isə layihəni kimin maliyyələşdirəcəyidir. Trans-Xəzər qaz kəməri ilə əlaqədar bu ilin yanvar ayında Prezident İlham Əliyev də öz mövqeyini bildirib: "Trans-Xəzər layihəsi ilə bağlı hələ ki, aydınlıq yoxdur. Yəni, kim bu layihəni irəliyə aparacaq, bunun maliyyə tutumu nədən ibarət olacaq. Bunu hesablamaq üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunu hazırlamaq üçün gərək şirkətlər cəlb edilsin. Yəni, bu, bir gündə, bir il ərzində həll olunan məsələlər deyil. Əgər bu gün bu layihəyə start verilsə, bir neçə il ərzində, sadəcə olaraq, araşdırmalar aparılmalıdır - geoloji araşdırmalar, ekoloji araşdırmalar, texniki imkanlar, maliyyə tutumu - bütün bunlar açıq suallardır. Mən hesab edirəm ki, bu suallara cavab vermədən Trans-Xəzər layihəsi haqqında danışmaq yersizdir. Biz ölkə olaraq həmişə bu layihəni dəstəkləmişik və mən bunu bir neçə dəfə açıq bəyan etmişəm ki, bəli, əgər bizə müraciət olarsa, biz öz imkanlarımızı təqdim etməyə, mövcud infrastrukturumuzu və digər lazımi məsələləri həll etməyə hazırıq. Amma biz bu layihənin təşəbbüskarı ola bilmərik, çünki bu, bizim qazımız deyil".
Hazırda Trans-Xəzər qaz kəmərinin yaxın illərdə alternativi gözlənilmir. Çünki dəhliz təkcə region üçün deyil, bütövlükdə Avropa və Asiya qitələri üçün arterial nəqliyyat damarı rolunu oynayır. Buna görə də bu layihə haqqında yüzlərlə xəbər saytı məlumat yayımlayıb. Asiya ölkələrinin rəsmi xəbər saytı "Asian Times" öz məqalələrində tez-tez bu layihənin önəmini vurğulayır: Trans-Xəzər boru kəməri Avropanın enerji landşaftını dəyişmə gücünə malikdir. Orta Dəhlizin qarşıdan gələn uğuru artıq dünyanın enerji sənayesi liderləri arasında Türkmənistandan Azərbaycana Trans-Xəzər Qaz Kəmərinə və hətta Qazaxıstandan Azərbaycana Tras-Xəzər Neft Kəmərinə marağı yenidən artırır. Dəhlizdə Xəzər dənizi ilə həmsərhəd olan Azərbaycan, Qazaxıstan və Türkmənistan, eləcə də Özbəkistan böyük rol oynayır. Bu 3 ölkə mineral yanacaqlarla zəngindir və mineral yanacaqlardan əldə olunan gəlirlər liman, yol və dəmir yolu infrastrukturuna əhəmiyyətli dərəcədə sərmayə qoymağa imkan verir. Bu investisiyalar arasında