Ukrayna
Vətən müharibəsində parlaq qələbə qazanaraq Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı qətiyyətlə gerçəkləşdirmək yolunda inamlı addımlar atan Azərbaycan dövlətinin növbəti tarixi hədəfi Qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa etmək və onları əzəli yurdlarına qovuşdurmaqdır. Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə açıq şəkildə bildirdi ki, vaxtilə yurdundan deportasiya edilən yüz minlərlə Qərbi Azərbaycandakı soydaşlarımız öz tarixi torpaqlarına qovuşacaqlar: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".
Bəli, tarixi mənbələrdən də aydın göründüyü kimi, son bir əsrdə erməni vandalları Qərbi azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər. Mərhələli şəkildə həyata keçirilən məkrli plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovulublar, kütləvi soyqırımlara məruz qalıblar.
Rusiya ilə İran arasında bağlanmış Gülüstan və Türkmənçay müqavilələri nəticəsində Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə qatıldı. Türkmənçay müqaviləsindən dərhal sonra Rusiya imperatoru I Nikolayın fərmanı ilə İrəvan xanlığı və Qərbi azərbaycanlıların yaşadığı digər ərazilərdə "erməni vilayəti" yaradıldı. Vilayətin tərkibində həmin dövrdə azərbaycanlılar çoxluq təşkil edirdi. Türkmənçay müqaviləsinin XV bəndinə müvafiq olaraq İrandan ermənilərin Azərbaycan ərazilərində yerləşdirilməsi prosesinə başlanıldı. Məqsəd həmin ərazilərdə yaşayan yerli azərbaycanlıları ata-baba torpaqlarından çıxarmaq idi. Həmin dövrdə daşnaklar "Qncaq", "Daşnaksütyun", "Erməni Vətənpərvərlər İttifaqı" təşkilatlarını yaratdılar.
Məkrli planlarını həyata keçirən ermənilər 1918-1920-ci illərdə Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı soyqırımları törətdilər. "Azərbaycanlılarsız Ermənistan" siyasətinin həyata keçirilməsi nəticəsində aborigen əhali olan soydaşlarımız mərhələlərlə doğma torpaqlarından zorla qovuldular.
Mən əslən Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonundanam. O qədim yurd yerlərinin hər qarışı mənim üçün doğmadır. Necə deyərlər, Amasiya mənim Məkkəm, Mədinəmdir.
Amasiya rayonu 1930-cu il sentyabrın 9-da Ermənistan Respublikasının şimal-qərbində inzibati rayon kimi yaradılmışdır.
Əvvəllər Amasiyanın əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edib. Sonralar isə hayların bu əraziyə köçürülməsinə başlanılıb. 1918-1920-ci illərdə Amasiyadakı azərbaycanlılar erməni daşnaklarının hücumuna məruz qalıb və xeyli itki verib. Onların bir qismi doğma torpaqlarından ayrılaraq Türkiyə və digər ərazilərə də üz tutublar. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra amasiyalı qaçqınların bir hissəsi doğma yurdlarına qayıdıblar.
Son iki əsrdə Qərbi Azərbaycanda məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində soydaşlarımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışlar.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr, 1948-ci il 10 mart tarixli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki ata-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə odövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.
1988-ci ildə SSRİ-nin ilk və sonuncu prezidenti ermənipərəst Mixail Qorbaçovun yenidənqurma və aşkarlıq avantürasından istifadə edən faşist xislətli ermənilər Qarabağın etnik dövlət siyasətini davam etdirdilər. Kütləvi hədələr, qətllər törətməklə