“Ağ qızıl” yığımı sürət götürüb
Region

“Ağ qızıl” yığımı sürət götürüb

 Mərkəzi Aran rayonları arasında öz isti iqlimi ilə fərqlənən Kürdəmir rayonunun iqtisadiyyatında pambıqçılıq əsas yer tutur. Nisbətən şoran torpaq şəraitində yetişdirilən “ağ qızıl” gərgin zəhmət bahasına başa gəlir. Buna baxmayaraq,   cari mövsümdə 2067 hektar sahədə pambıq yetişdirilib. Avqust ayının axırlarından fermerlər tarlalardan məhsul yığımına başlamışlar. İlk günlərdə pambıq əl ilə yığılıb, tarlalara yüzlərlə  işçi çıxıb. Toplanan məhsul “Kürdəmir pambıq”Açıq Səhmdar Cəmiyyətinin rayondakı pambıq zavoduna təhvil verilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Cəbrayılov deyir:

-Rayonda 4 şirkət bu il pambıq əkini aparıb. Yetişdirilən məhsulun 90 faizdən çoxu pambıqyığan maşınlarla toplanacaq. Rayondakı “Aqroservis”də 15 ədəd pambıqyığan maşın var və onların hamısı vaxtında saz hala gətirilib. Sahələrdə defolyasiya işləri aparıldıqdan sonra 7 ədəd pambıqyığan maşın tarlalarda “ağ qızıl” toplanışına çıxarılıb.  Yığım sürət götürüb. İlk günlərdən hektarın məhsuldarlığı fermerlər tərəfindən yaxşı nəticə kimi qiymətləndirir.

                                        Tofiq HÜSEYN,

                                       “Respublika”.