AFFA və ANAMA arasında Anlaşma Memorandumu imzalanıb
Digər xəbərlər

AFFA və ANAMA arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş müharibənin təsirinə məruz qalmış ərazilərdə minatəmizləmə fəaliyyətinin icrası ilə paralel olaraq Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə minadan zərərçəkənlərə qayğı göstərilməsi, onların daima mənəvi ruh yüksəkliyinin təmin olunması istiqamətində aparılan işlərə böyük əhəmiyyət verir. Belə ki, qeyd olunan istiqamətdə fəaliyyətin genişləndirilməsi inkişaf etdirilməsi məqsədilə ANAMA ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) səylərini birləşdirir.

Bakı Olimpiya Stadionunda aprelin 3- AFFA ANAMA arasında Anlaşma Memorandumunun imzalanması ilə bağlı tədbir keçirilib.

Tədbirlə əlaqədar verilən məlumatda qeyd edilir ki, Memorandum qarşıya qoyulan prioritet məqsədlərin həyata keçirilməsində tərəflərin əməkdaşlığını təmin etmək, mina təhlükəsinə dair maarifləndirmə sahəsində kütləviliyin artırılması üçün birgə tədbirlər həyata keçirmək, minadan zərərçəkmiş şəxslərin sosial inteqrasiyası üçün onların müxtəlif futbol yarışlarında, digər kütləvi idman tədbirlərində iştirakını dəstəkləmək kimi vacib məsələləri özündə ehtiva edir.

Anlaşma Memorandumunu AFFA-nın baş katibi Sərxan Hacıyev Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov imzalayıb.

İmzalanma mərasimində çıxış edən AFFA-nın baş katibi Sərxan Hacıyev qeyd edib ki, Azərbaycan dünyada mina təhlükəsindən çox ciddi əziyyət çəkən ölkələrdən biridir: "Bu səbəbdən mina partlayışı nəticəsində vətəndaşlarımızın həlak olması ya ağır yaralanması halları ilə qarşılaşırıq. Düşünürəm ki, AFFA ANAMA arasında əsasını qoyduğumuz tərəfdaşlıq mina partlayışları nəticəsində xəsarət almış şəxslərin futbol oyunlarının turnirlərinin təşkili, sevimli idman növündən zövq almalarına zəmin yaradılması üzərimizə düşən məsuliyyətlərdən biridir".

Memorandumda qeyd olunub ki, birgə əməkdaşlıq çərçivəsində tərəflər oyunlar turnirlər təşkil edəcək, eləcə turnirlərdə mina təhlükəsinə dair maarifləndirici çağırışların geniş şəkildə yayılması ictimaiyyətə çatdırılması istiqamətində lazımi dəstək verəcək. Habelə, mina təhlükəsinə dair maarifləndirmə inklüziv futbol turnirlərini (mina partlayışları nəticəsində xəsarət almış şəxslərin futbol oyunları turnirləri) dəstəklənməsi məqsədilə əməkdaşlıq mexanizmlərinin yaradılması istiqamətində müvafiq tədbirlər görüləcək.

Daha sonra çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, ölkəmizin genişmiqyaslı mina problemi ilə üzləşdiyi bir zamanda Agentlik AFFA arasında imzalanan Anlaşma Memorandumu istər Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə, istərsə mina partlamamış hərbi sursatlardan zərərçəkən şəxslərin cəmiyyətə reinteqrasiyası baxımından böyük əhəmiyyətə malikdir: "Günümüzdə böyük bir kütlə tərəfindən sevilən izlənən futbol idman növü üzrə inklüzivliyin dəstəklənməsi, mina hadisələri nəticəsində müxtəlif xəsarətlər alan ya amputant futbolçuların bu idman növünə cəlb olunması sosial-ictimai rifahının yaxşılaşdırılması olduqca vacib məsələlərdən biridir".

Məlumatda qeyd edilir ki, Anlaşma Memorandumu imzalandıqdan sonra Bakı Olimpiya Stadionunun ərazisində yerləşən meydançada mina partlayışları nəticəsində xəsarət almış amputant şəxslər arasında futbol oyunu keçirilib.

M.MUSTAFAYEV,

Respublika”.