AÇIQ HAVADA “OXU GÜNÜ”
Region

AÇIQ HAVADA “OXU GÜNÜ”

Lənkəran şəhərindəki Heydər Əliyev adına parkda əsl qələbəlik idi. “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir burada açıq havada təşkil olunmuşdu. Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə ilk dəfə “Oxu günü” keçirilirdi.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, təhsil rəsmiləri, rayonun təhsil müəssisələrinin rəhbərləri, müəllim və şagirdlər iştirak edirdi. "Oxu günü" uşaq və gənclərin elmə, təhsilə, kitaba marağının artırılması, dünyagörüşlərinin inkişaf etdirilməsi məqsədilə keçirilirdi.

Tədbirdə məktəblilərin ifasında ümummilli liderə həsr olunmuş şeirlər səsləndi. Kitab sərgisi, kitablarla fləşmob, bədii əsərlərdən səhnəciklər nümayiş etdirildi. Şagirdlərin dünyagörüşünü, intellektual səviyyəsini yoxlamaq üçün viktorinalar keçirildi, kitab müzakirələri aparıldı.

Əlisəfa HƏSƏNOV,

                                                                           “Respublika”.