ABŞ-a məxsus bombardmançı təyyarə qəzaya uğrayıb
Dünya xəbərləri

ABŞ-a məxsus bombardmançı təyyarə qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Cənubi Dakotadakı “Ellsworth” bazasına enməyə cəhd edərkən qəzaya uğrayıb.

Bu barədə “Respublika” “ABC News”a istinadən xəbər verir.

Təyyarədə 4 pilotdan ibarət ekipajın olduğu bildirilir. Onların hamısı uğurla katapulta edib, heç kim xəsarət almayıb.

Qəza təlim uçuşu zamanı baş verib. Qeyd olunur ki, təlim zamanı pis hava şəraiti və şiddətli şaxta olub.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. “Ellsworth” aviabazası müvəqqəti olaraq uçuşlara bağlıdır.