Bu tarixdə bəşəriyyət tamamilə yox ola bilər
Bristol Universitetinin alimləri bəşəriyyətin tamamilə yox olacağı tarixi açıqlayıblar. Belə ki, elm adamları insanlar da daxil olmaqla 250 milyon ildən sonra bütün məməlilərin nəslinin kəsiləcəyini iddia edirlər. Bu barədə məlumat "Nature Geoscience" jurnalında dərc olunub.
Alimlər hesab edirlər ki, udulmuş günəş radiasiyası bir neçə milyard il ərzində termal radiasiya emissiyalarını üstələyəndə həyat məhv olacaq və bütün qitələr Pangea Ultima adlı bir super qitədə birləşəcək. Onun forması ilə bağlı proqnozlar müxtəlifdir, lakin ekspertlər bir məsələdə həmfikirdirlər - qitələr isti, quru və praktiki olaraq yaşamaq mümkün olmayan kütləyə birləşəcək. Tektonik plitələrin yerdəyişməsi karbon dioksid emissiyalarının artmasına səbəb olacaq ki, bu da planetin güclü istiləşməsinə gətirib çıxaracaq. Bundan əlavə, günəşin təbii parlaqlığı artacaq və bu, Yer atmosferini qızdıracaq.
"Udulmuş günəş radiasiyası bir neçə milyard il ərzində termal radiasiya emissiyalarını üstələyəndən sonra bütün həyat qarşısıalınmaz istilərdən məhv olacaq. Bununla belə, Yer kürəsini məməlilərin yaşayışı üçün yararsız hala gətirən şərtlər plitə tektonikası ilə bağlı uzunmüddətli proseslərə görə daha erkən yarana bilər", -deyə layihənin müəllifi Aleksandr Farnsvort "Daily Mail"ə bildirib.
Tədqiqatçı bu qənaətə gəlib ki, insanlar üçün belə bir dünya münasib deyil. İnsanlar bərpaolunan mənbələrlə iqlimə nəzarət edilən bir mühit yaratsa, sağ qala bilərlər, amma bu, hələ də elmi fantastikadan başqa bir şey deyil.
Sən demə, insanlar bu ərəfələrdə...
Bu yaxınlarda amerikalı elm adamları diqqətçəkən bir araşdırmaya imza atıblar. Belə ki, ABŞ-ın Harvard Tibb Məktəbinin mütəxəssisləri ölüm hallarının daha çox günün hansı saatlarında baş verdiyini araşdırıblar. Alimlər belə qənaətə gəliblər ki, insanlar əksərən səhər saatlarında ölürlər.
Nevrologiya üzrə professor Klifford Saperin sözlərinə görə, insanın fizioloji prosesləri, bir qayda olaraq, günün müəyyən vaxtlarında baş verir. "Hətta ölümün sirkad (bioloji saat) ritmi var. Belə ki, ümumilikdə əhali arasında orta hesabla insanlar ən çox səhər saatlarında, təxminən saat 11 radələrində ölürlər ", -