Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411, № 11, maddə 1756, № 12, maddə 2003; 2017, № 2, maddə 159, № 5, maddə 712, № 12 (I kitab), maddə 2222; 2018, № 5, maddə 893, № 7 (I kitab), maddə 1395; 2019, № 1, maddələr 33, 50, № 2, maddə 189, № 5, maddələr 807, 815, № 6, maddə 999, № 7, maddə 1184; 2021, № 12, maddə 1298; 2023, № 1, maddə 41, № 2, maddə 168, № 4, maddə 450; Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 855-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddə üzrə:
1.1.1. 1.0.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“1.0.3. benefisiar mülkiyyətçi – son nəticədə müştəriyə nəzarəti həyata keçirən və ya hüquqi şəxs, yaxud xarici hüquqi təsisat olan müştərinin əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);”;
1.1.2. 1.0.5-ci maddənin birinci cümləsinə “şəxs,” sözündən sonra “o cümlədən beynəlxalq təşkilat,” sözləri əlavə edilsin, həmin maddənin ikinci cümləsinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Emitent qanunda nəzərdə tutulan məhdudiyyətlər nəzərə alınmaqla geri aldığı qiymətli kağızların mülkiyyətçisi kimi çıxış edir;”;
1.1.3. 1.0.12-ci maddədən birinci halda “qiymətli kağızlarla əməliyyatlar üzrə” sözləri çıxarılsın, ikinci halda “qiymətli kağızlarla” sözləri “qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan” sözləri ilə əvəz edilsin;
1.1.4. 1.0.18-ci maddəyə “fond birjası” sözlərindən sonra “(bu Qanunun 30.5-2-ci maddəsində nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri əlavə edilsin;
1.1.5. 1.0.22-ci maddə ləğv edilsin;
1.1.6. 1.0.25-ci maddədə “alğı-satqı” sözləri “alqı-satqı” sözləri ilə əvəz edilsin;
1.1.7. 1.0.26-cı maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin;
1.1.8. 1.0.27-ci maddə aşağıdakı redaksiyada verilsin:
“1.0.27. vətəndaş qüsursuzluğu tələbi – mühüm iştirak payının sahibi, o, hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri, benefisiar mülkiyyətçilər üçün – qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması; investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və mərkəzi depozitarın müşahidə şurasının və icra orqanının üzvləri, ləğvedicisi və bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan digər şəxslər üçün – məhkumluğun olmaması, mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qadağa qoyulmaması, habelə bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan şəxslərin bu maddədə sadalanan tələblərə cavab verməyən ortaq marağı olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməsinin olmaması;”;
1.1.9. 1.0.29-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.30-cu və 1.0.31-ci maddələr əlavə edilsin:
“1.0.30. digər ticarət sistemi – Mərkəzi Bank tərəfindən müəyyən edilən və fond birjasından kənarda qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin təşkil olunduğu sistem;
1.0.31. məqbul və lazımi keyfiyyətlər – vətəndaş qüsursuzluğu, ictimai mövqeyinə görə vicdanlı və etimada layiqolma, habelə bu Qanunla nəzərdə tutulmuş hüquqları əldə etməyə imkan verən peşəkarlıq, təcrübə və işgüzar nüfuz.”;
1.2. 2.1-ci, 9.1 – 9.3-cü, 9.4-cü (hər iki halda), 9.5-ci, 9.6-cı maddələrdə, 9.7-ci maddənin birinci cümləsində, 10.2-ci, 10.4-cü maddələrdə, 12-ci və 22.6-cı maddələrin ikinci cümlələrində, 22.7-ci maddənin ikinci cümləsində, 23.2-ci, 27.6-cı, 31.3-cü, 31.5-ci, 31.6-cı maddələrdə, 34-cü maddənin adında, 34.1 – 34.4-cü, 37.3-cü, 38.13-cü, 39.5-ci, 40.3-cü, 40.4-cü, 41.3-cü, 41.4-cü, 42.1-ci, 43.1-ci, 45.3-cü maddələrdə, 46.2-ci maddənin birinci və ikinci cümlələrində, 46.3-cü maddənin birinci cümləsində, 48.3-cü maddədə, 48.5-ci maddənin birinci və ikinci cümlələrində, 49.4-cü maddədə, 49.5-ci maddənin birinci cümləsində, 49.7-ci, 49.8-ci, 50.8-ci, 53.2-ci, 53.2.2-ci, 54.2-ci maddələrdə, 55.2-ci maddənin birinci cümləsində, 65.0-cı, 68.1-ci, 69.1-ci maddələrdə, 69.2-ci maddənin birinci cümləsində, 69.3-cü maddənin birinci və ikinci cümlələrində, 69.4-cü, 69.5-ci, 69.5.4-cü, 70.1-ci, 70.2-ci maddələrdə, 71.1-ci maddənin ikinci cümləsində, 71.2-ci, 71.7-ci, 73.1-ci, 73.2-ci maddələrdə, 77.3-cü maddənin ikinci cümləsində, 77.4-cü maddədə, 77.5-ci maddənin ikinci cümləsində, 77.8-ci maddədə, 80.6-cı maddənin birinci və ikinci cümlələrində, 80.8-ci (hər iki halda), 81.3-cü, 81.6-cı maddələrdə, 82.1-ci maddənin birinci və ikinci cümlələrində, 82.3-cü (hər iki halda) maddədə, 87-ci maddənin adında və mətnində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.3. 3-cü maddə üzrə:
1.3.1. 3.5.3-cü, 3.7-ci və 3.8-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.3.2. 3.5.6-cı maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin və həmin maddəyə “kağızlarının” sözündən sonra “(kütləvi təklif edilən istiqrazlar istisna olmaqla)” sözləri əlavə edilsin;
1.3.3. 3.5.7-ci maddədə “investisiya qiymətli kağızları” sözləri “səhmlər” sözü ilə əvəz edilsin;
1.3.4. aşağıdakı məzmunda 3.6-1-ci maddə əlavə edilsin:
“3.6-1. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü bu Qanunun 2-ci fəslinin müddəaları tətbiq edilmədən Mərkəzi Bankın müəyyən etdiyi qaydaya uyğun olaraq aparılır.”;
1.4. 4-cü maddə üzrə:
1.4.1. 4.3-cü maddəyə “qərarda” sözündən sonra “azı” sözü əlavə edilsin;
1.4.2. 4.3.8-ci maddəyə “qaydası” sözündən sonra “(abunə yazılışı nəzərdə tutulduqda)” sözləri əlavə edilsin;
1.4.3. aşağıdakı məzmunda 4.3.8-1-ci, 4.3.8-2-ci və 4.4-cü maddələr əlavə edilsin:
“4.3.8-1. investisiya qiymətli kağızlarının yerləşdirilməsinin başlanma və başa çatma tarixləri;
4.3.8-2. investisiya qiymətli kağızlarının dəyərinin ödənilməsi qaydası;”;
“4.4. İstiqrazların buraxılışı haqqında qərarda bu Qanunun 4.3-cü maddəsində göstərilən məlumatlarla yanaşı aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
4.4.1. istiqrazların faiz dərəcəsi (nəzərdə tutulduqda);
4.4.2. təmin edilmiş istiqrazlar üzrə təminatın təsviri və şərtləri;
4.4.3. istiqrazların və faizlərin ödənilməsi tarixi və müddəti.”;
1.5. 5-ci maddə üzrə:
1.5.1. 5.1-ci maddənin birinci və ikinci cümlələrinə və 5.7.1-ci maddəyə ismin müvafiq hallarında “prospekti” sözündən sonra ismin müvafiq hallarında “və ya informasiya memorandumu” sözləri əlavə edilsin;
1.5.2. 5.2-ci maddənin birinci və ikinci cümlələrinə, 5.4-cü (hər üç halda), 5.6-cı və 5.7-ci maddələrə ismin müvafiq hallarında “prospekti” sözündən sonra ismin müvafiq hallarında “və informasiya memorandumu” sözləri əlavə edilsin;
1.5.3. 5.3-cü maddəyə “prospektinə” sözündən sonra “və informasiya memorandumuna” sözləri əlavə edilsin və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.5.4. 5.5.3-cü, 5.6.3-cü, 5.9-cu, 5.11-ci və 5.13-cü maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.5.5. 5.5.4-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə, “çox” sözü “az” sözü ilə əvəz edilsin;
1.5.6. 5.6.1-ci maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.5.7. 5.8-ci maddədə “İnformasiya memorandumunu” sözləri “Emissiya prospekti və informasiya memorandumunu” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, “açıqlayır” sözü “açıqlanır” sözü ilə əvəz edilsin;
1.5.8. 5.12-ci maddə aşağıdakı redaksiyada verilsin:
“5.12. Baza emissiya prospekti bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank tərəfindən təsdiq edilir və bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş qaydada açıqlanır.”;
1.6. 6-cı maddə üzrə:
1.6.1. adında “və emissiya prospektinin” sözləri “, emissiya prospektinin və informasiya memorandumunun” sözləri ilə əvəz edilsin;
1.6.2. 6.1-ci, 6.3-cü və 6.6.2-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.6.3. 6.2-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “və ya informasiya memorandumu Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.6.4. 6.3.3-cü maddəyə “şəhadətnamənin” sözündən sonra “, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının” sözləri əlavə edilsin;
1.6.5. 6.3.4-cü və 6.5-ci maddələrdə birinci halda ismin müvafiq hallarında “prospekti” sözündən sonra ismin müvafiq hallarında “və ya informasiya memorandumu” sözləri əlavə edilsin və həmin maddələrdə “emissiyası emissiya prospekti ilə müşayiət olunarsa” sözləri “kütləvi təklifi nəzərdə tutularsa” sözləri ilə əvəz edilsin;
1.6.6. 6.3.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“6.3.6. istiqrazların buraxılışı zamanı emitentin başa çatmış son üç maliyyə ili (üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) üzrə audit yoxlamasından keçmiş (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) maliyyə hesabatları, emitent bir ildən az müddətdə fəaliyyət göstərdiyi təqdirdə həmin dövrü əhatə edən maliyyə hesabatları.”;
1.6.7. aşağıdakı məzmunda 6.3-2-ci maddə əlavə edilsin:
“6.3-2. Bu Qanunun 6.3.3-cü və 6.3.6-cı maddələrində nəzərdə tutulan sənədlər Mərkəzi Banka əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.”;
1.6.8. 6.4-cü maddə üzrə:
1.6.8.1. birinci cümlədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, “və emissiya prospektinin” sözləri “, habelə emissiya prospektinin və ya informasiya memorandumunun” sözləri ilə, “iyirmi” sözü “on” sözü ilə əvəz edilsin;
1.6.8.2. ikinci cümləyə “prospekti” sözündən sonra “və ya informasiya memorandumu” sözləri əlavə edilsin;
1.6.8.3. üçüncü cümlədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin cümləyə “prospektinin” sözündən sonra “və ya informasiya memorandumunun” sözləri əlavə edilsin;
1.6.9. 6.6-cı maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, “və ya emissiya prospektinin” sözləri “, emissiya prospektinin və ya informasiya memorandumunun” sözləri ilə,“emissiyası emissiya prospekti ilə müşayiət olunarsa” sözləri “kütləvi təklifi nəzərdə tutularsa” sözləri ilə əvəz edilsin;
1.6.10. 6.6.3-cü maddəyə “prospektinə” sözündən sonra “, informasiya memorandumuna” sözləri əlavə edilsin;
1.6.11. 6.7-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, “emissiyası emissiya prospekti ilə müşayiət olunarsa” sözləri “kütləvi təklifi nəzərdə tutularsa” sözləri ilə əvəz edilsin və həmin maddəyə “prospektinin” sözündən sonra “və ya informasiya memorandumunun” sözləri əlavə edilsin;
1.6.12. 6.8-ci maddəyə “prospektinin” sözündən sonra “və ya informasiya memorandumunun” sözləri əlavə edilsin və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;
1.6.13. 6.8.1-ci və 6.8.2-ci maddələrə ismin müvafiq hallarında “prospekti” sözündən sonra ismin müvafiq hallarında “və ya informasiya memorandumu” sözləri əlavə edilsin;
1.7. 7-ci maddə üzrə:
1.7.1. adına, 7.2-ci maddəyə, 7.4-cü maddənin birinci cümləsinə (hər iki halda), 7.5-ci və 7.6-cı maddələrə ismin müvafiq hallarında “emissiya prospekti” sözlərindən sonra ismin müvafiq hallarında “və informasiya memorandumu” sözləri əlavə edilsin;
1.7.2. 7.1-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “və ya informasiya memorandumu Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.7.3. 7.3-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin və həmin maddəyə “prospektinin” sözündən sonra “və ya informasiya memorandumunun” sözləri əlavə edilsin;
1.8. 8-ci maddə üzrə:
1.8.1. 8.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qiymətli kağızların ilk mülkiyyətçilərinin depo hesabına köçürüldüyü anda başa çatmış sayılır.”;
1.8.2. 8.6-cı maddəyə “səhmləri” sözündən sonra “, habelə Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızlar və ya Mərkəzi Bankın dövlətin maliyyə agenti qismində çıxış etdiyi halda onun tərəfindən yerləşdirilən dövlət qiymətli kağızları” sözləri və “kütləvi təklifi” sözlərindən sonra “yalnız” sözü əlavə edilsin;
1.8.3. 8.9-cu, 8.13-cü və 8.17-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“8.9. Yerləşdirilən investisiya qiymətli kağızlarının sayı investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda, emissiya prospektində və ya informasiya memorandumunda göstərilən saydan çox olmamalıdır. Emissiya prospektində, informasiya memorandumunda və ya investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda emissiyanın baş tutmuş hesab edilməsi üçün minimum say müəyyən edildiyi halda qiymətli kağızlar həmin saydan az miqdarda yerləşdirildikdə emissiya baş tutmamış hesab edilir. Kütləvi təklif edilən istiqrazların emissiyasına daxil olan, lakin yerləşdirilməyən istiqrazlar onların buraxılışı haqqında qərarda müəyyən edilmiş yerləşdirmə müddəti başa çatdıqdan sonra dövriyyədən çıxarılmış hesab edilir.”;
“8.13. Kütləvi təklif edilən investisiya qiymətli kağızlarının dəyəri yalnız pulla ödənilir və bu pul vəsaiti klirinq təşkilatının üzvü olan banklarda emitentin açdığı müvəqqəti cari hesabda saxlanılır. Müvəqqəti cari hesabda olan pul vəsaitlərinin emitentin hesabına köçürülməsi aşağıdakı qaydada həyata keçirilir:
8.13.1. kütləvi təklif edilən səhmlər barəsində bu Qanunun 11.4-cü maddəsində göstərilən qaydada;
8.13.2. kütləvi təklif edilən istiqrazlar barəsində bu Qanunun 8.1-ci maddəsinə uyğun olaraq yerləşdirmə başa çatdıqdan dərhal sonra.”;
“8.17. Bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri yaradılarkən Mərkəzi Bank həmin səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışını bu Qanunun 2-ci fəslinin müddəaları tətbiq edilmədən (bu Qanunun 6.3.1-ci və 6.3.3-cü maddələrində göstərilən sənədlərin təqdim edilməsi istisna olmaqla) dövlət qeydiyyatına alır və onlar yerləşdirilmiş hesab edilir. Bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərinin növbəti buraxılışlarına şamil edilmir.”;
1.8.4. 8.15-ci və 8.16-cı maddələrdə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.9. 11-ci maddə üzrə:
1.9.1. 11.1 – 11.3-cü, 11.5-ci maddələrdə, 11.6-cı maddənin birinci (hər iki halda) və ikinci cümlələrində, 11.7-ci və 11.8-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.9.2. 11.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“11.4. Kütləvi təklif edilən səhmlər barəsində bu Qanunun 11.3-cü maddəsində göstərilən hesabatı Mərkəzi Bank təsdiq etdikdən sonra bu Qanunun 8.13-cü maddəsində nəzərdə tutulan müvəqqəti cari hesab bağlanılır və hesabda olan pul vəsaitləri emitentin hesabına köçürülür.”;
1.9.3. aşağıdakı məzmunda 11.9-cu maddə əlavə edilsin:
“11.9. İnvestisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabata dair bu maddənin tələbləri kütləvi təklif edilən istiqrazlara şamil edilmir.”;
1.10. 13-cü maddə üzrə:
1.10.1. 13.1 –13.3-cü maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.10.2. 13.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“13.1.1. emissiya prospektində, informasiya memorandumunda və ya investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda emissiyanın baş tutmuş hesab edilməsi üçün minimum say müəyyən edildiyi halda investisiya qiymətli kağızları həmin saydan az miqdarda yerləşdirildikdə;”;
1.10.3. 13.1.2-ci maddəyə “prospekti” sözündən sonra “və ya informasiya memorandumu” sözləri əlavə edilsin;
1.11. 15-ci maddə üzrə:
1.11.1. 15.1-ci maddədən “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada” sözləri çıxarılsın;
1.11.2. 15.2-ci maddənin birinci cümləsinə “şirkətləri” sözündən sonra “, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar və xarici bankların yerli filialları (bundan sonra – investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar)” sözləri, “depozitarları” sözündən sonra “və idarəçiləri” sözləri əlavə edilsin və həmin maddədə “fondunun” sözü “fondlarının” sözü ilə əvəz edilsin;
1.12. 16-cı maddə üzrə:
1.12.1. 16.1-ci maddənin ikinci cümləsində, 16.7-ci maddənin birinci cümləsində, 16.10-cu və 16.11-ci maddələrin ikinci cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.12.2. 16.6-cı maddənin ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə, dördüncü cümləsində “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin və həmin cümləyə “şirkətinin,” sözündən sonra “investisiya fondunun idarəçisinin, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankın,” sözləri əlavə edilsin;
1.12.3. 16.16.4-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla” sözləri “Mərkəzi Bank tərəfindən” sözləri ilə əvəz edilsin;
1.13. 17.2-ci maddədə “fəaliyyəti” sözü “və (və ya) investisiya fondunun depozitarı fəaliyyətləri” sözləri ilə əvəz edilsin;
1.14. aşağıdakı məzmunda 17.2-1-ci və 17-1-ci maddələr əlavə edilsin:
“17.2-1. Mərkəzi depozitar qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlar üzrə lisenziya almadan aşağıdakı maliyyə xidmətləri ilə məşğul ola bilər:
17.2-1.1. investisiya şirkətləri, investisiya xidmətlərini həyata keçirən banklar, investisiya qiymətli kağızları kütləvi təklif edilən emitentlər, investisiya fondlarının depozitarları, investisiya fondlarının idarəçiləri və nominal saxlayıcılar üçün pul hesablarının açılması və aparılması;
17.2-1.2. pul hesabları üzrə klirinq və hesablaşma xidmətlərinin göstərilməsi.”;
“Maddə 17-1. Mərkəzi depozitarın maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair ümumi tələblər və nəzarət
17-1.1. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, digər aidiyyəti normativ hüquqi aktlar və normativ xarakterli aktlar ilə öhdəlik daşıyan şəxslər üçün nəzərdə tutulan bütün tələblər mərkəzi depozitara da tətbiq olunur.
17-1.2. Maliyyə xidmətləri sahəsində aparılan əməliyyatların qanunauyğunluğunu yoxlamaq məqsədi ilə Mərkəzi Bank mərkəzi depozitardan onun idarə edilməsinə və cari fəaliyyətinə dair sənədləri, o cümlədən əməliyyat sənədlərini, mühasibat uçotu sənədlərini, habelə onlara dair izahat tələb edə və yerində yoxlamalar apara bilər.
17-1.3. Mərkəzi depozitar tərəfindən təqdim edilən maliyyə xidmətləri üzrə xidmət haqları bu Qanunun 16.16.4-cü maddəsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilir.
17-1.4. Mərkəzi depozitar tərəfindən bu Qanunun 17.2-1.1-ci maddəsi ilə müəyyən edilən şəxslər üçün açılan pul hesablarında olan vəsaitlər yalnız həmin şəxslərin sərəncamına uyğun olaraq qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlar üzrə hesablaşmalar üçün istifadə edilir.
17-1.5. Mərkəzi depozitar tərəfindən açılan pul hesablarında olan vəsaitlər üzrə faiz və ya hər hansı digər formada gəlir ödənilə bilməz.”;
1.15. 18.1.2-ci maddədə “, qiymətli kağızlarla əməliyyatlar üzrə pul və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada” sözləri “və” sözü ilə, “idarə edilməsi” sözləri “aparılması” sözü ilə əvəz edilsin;
1.16. 19-cu maddə üzrə:
1.16.1. 19.1-ci maddəyə “şirkətləri” sözündən sonra “, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar” sözləri əlavə edilsin və həmin maddədə “depozitarlarıdır” sözü “depozitarları və idarəçiləridir” sözləri ilə əvəz edilsin;
1.16.2. 19.2-ci maddədə “və ya” sözləri “, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankın,” sözləri ilə əvəz edilsin və həmin maddəyə “depozitarının” sözündən sonra “və ya idarəçisinin” sözləri əlavə edilsin;
1.16.3. 19.5-ci, 19.5.2-ci və 19.6.4-cü maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.16.4. aşağıdakı məzmunda 19.7-ci maddə əlavə edilsin:
“19.7. Bu Qanunun 41.2-ci maddəsi ilə müəyyən edilmiş tələb investisiya fondlarının idarəçilərinin fəaliyyəti ilə bağlı keçirilmiş əməliyyatlara dair məlumatlara da şamil edilir.”;
1.17. 23.1-ci maddənin birinci cümləsindən “və ya sənədli” sözləri çıxarılsın, ikinci cümləsində “Sənədsiz investisiya” sözləri “İnvestisiya” sözü ilə əvəz edilsin;
1.18. 28.2-ci maddənin ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Qiymətli kağız mülkiyyətçisi vəfat etdikdə belə məlumatlar icraatında olan vərəsəlik işləri üzrə notariuslara, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə onların sorğusu əsasında verilir.”;
1.19. 30-cu maddə üzrə:
1.19.1. 30.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu Qanunun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən edilmiş investisiya xidmətləri Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları tərəfindən bu Qanunun 8-1-ci fəsli ilə müəyyən edilmiş qaydada lisenziya alınmaqla Mərkəzi Bank tərəfindən müəyyən edilən həcmdə və qaydada həyata keçirilir.”;
1.19.2. 30.4.1-ci və 30.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“30.4.1. qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması;”;
“30.5. Mərkəzi Bank ümumdövlət maraqları üçün investisiya şirkəti fəaliyyəti üzrə lisenziya olmadan qiymətli kağızlar, o cümlədən dövlət qiymətli kağızları və törəmə maliyyə alətləri ilə əməliyyatları tənzimlənən bazarla yanaşı digər ticarət sistemində də həyata keçirmək hüququna malikdir. Digər ticarət sistemində aparılan əməliyyatlar barədə məlumatlar Mərkəzi Bank tərəfindən dərhal mərkəzi depozitara ötürülür.”;
1.19.3. aşağıdakı məzmunda 30.5-1-ci və 30.5-2-ci maddələr əlavə edilsin:
“30.5-1. Dövlət qiymətli kağızları, Mərkəzi Bankın buraxdığı qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə əməliyyatlar digər ticarət sistemində aparıldıqda, əqdlər həmin ticarət sisteminin qaydalarına uyğun olaraq bağlanılır.
30.5-2. İnvestisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar və investisiya şirkətləri dövlət qiymətli kağızlarının marketmeykeri qismində çıxış etdikdə, alqı-satqı əməliyyatları üzrə qiymət dəhlizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılır.”;
1.19.4. 30.6-cı maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.19.5. 30.7-ci maddəyə “şirkəti” sözündən sonra “və ya investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bank” sözləri əlavə edilsin;
1.19.6. aşağıdakı məzmunda 30.8-ci maddə əlavə edilsin:
“30.8. Bu Qanunun 30.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq, bu Qanunun 4-cü fəsli (bu Qanunun 31-ci, 32-ci və 42-ci maddələri istisna olmaqla) investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklara da şamil edilir.”