Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12 (I kitab), maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7 (I kitab), maddə 1389, № 12 (I kitab), maddə 2466; 2019, № 1, maddələr 32, 50, № 4, maddə 599, № 6, maddə 999, № 7, maddə 1185, № 8, maddə 1365; 2020, № 5, maddə 515; 2021, № 1, maddə 8; 2020, № 5, maddə 515; 2021, № 1, maddə 8, № 11, maddə 1206, № 12, maddə 1298; 2022, № 12, maddələr 1379, 1399; 2023, № 1, maddə 41, № 2, maddə 159, № 3, maddə 334, № 4, maddə 456; Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 854-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. Preambulada “bank sisteminin” sözləri birinci halda “bank fəaliyyətinin” sözləri ilə, ikinci halda isə “bankların” sözü ilə əvəz edilsin;
1.2. 1-ci maddə üzrə:
1.2.1. 1.0.12-ci maddə aşağıdakı redaksiyada verilsin:
“1.0.12. İnzibatçı - bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, xarici bankın yerli filialının və nümayəndəliyinin rəhbəri, habelə bankın (xarici bankın yerli filialının) baş mühasibi (bu vəzifələri icra edən şəxs), daxili audit bölməsinin əməkdaşları, bankın filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri;”;
1.2.2. 1.0.13-cü maddədə “və onun filiallarının baş mühasibləri” sözləri “baş mühasibi (bu vəzifələri icra edən şəxs)” sözləri ilə əvəz edilsin, həmin maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Xarici bankın yerli filialının rəhbəri və baş mühasibi (bu vəzifələri icra edən şəxs), habelə xarici bankın rezidenti olduğu ölkənin qanunvericiliyinə görə xarici banka aidiyyəti olan digər şəxslər xarici bankın yerli filialının aidiyyəti şəxsləri hesab olunurlar;”;
1.2.3. 1.0.18-ci maddədə “mənafeləri” sözü “nüfuzu” sözü ilə əvəz edilsin və həmin maddəyə “inzibatçısı” sözündən sonra “, benefisiar mülkiyyətçisi” sözləri əlavə edilsin;
1.2.4. 1.0.19-cu maddəyə “dedikdə” sözündən sonra “, benefisiar mülkiyyətçilər” sözləri, “məhkumluğun olmaması” sözlərindən sonra “, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması” sözləri, “müflis elan edilməsi” sözlərindən sonra “, habelə bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan şəxslərin bu maddədə sadalanan tələblərə cavab verməyən ortaq marağı olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməsi” sözləri əlavə edilsin;
1.2.5. 1.0.21-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin;
1.2.6. 1.0.22-ci maddə aşağıdakı redaksiyada verilsin:
“1.0.22. Maliyyə bazarları sahəsi – maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsi və ya Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələri;”;
1.2.7. 1.0.25-ci, 1.0.27-ci, 1.0.29-cu, 1.0.30-cu (hər iki halda), 1.0.31-ci və 1.0.32-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.3. 2-ci maddə üzrə:
1.3.1. maddənin adında “sistemi və onun” sözləri “fəaliyyətinin” sözü ilə əvəz edilsin;
1.3.2. 2.1-ci və 2.2-ci maddələr ləğv edilsin;
1.3.3. 2.3-cü maddədən “maliyyə bazarlarına nəzarət orqanının və” sözləri çıxarılsın;
1.4. 3-cü maddə üzrə:
1.4.1. 3.1-ci maddədən “banklar və bank olmayan” sözləri çıxarılsın və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;
1.4.2. 3.2-ci maddəyə “banklar” sözündən sonra “, xarici bankların yerli filialları” sözləri əlavə edilsin;
1.4.3. 3.3-cü maddəyə “3.4-cü” sözlərindən sonra “, 5.1-ci” sözləri əlavə edilsin;
1.4.4. 3.4-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;
1.4.5. 3.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“3.5. Mərkəzi Bank hər hansı şəxsin lisenziyası olmadan bu Qanunun 3.1-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olduğunu müəyyən etdikdə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tədbirlər görür.”;
1.5. 5-ci maddə üzrə:
1.5.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 5. Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında xarici kapitalın iştirakı”;
1.5.2. 5.1-ci maddədə “Respublikasının bank sistemində” sözləri “Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.5.3. 5.2-ci maddədə, 5.3-cü maddənin birinci – üçüncü cümlələrində və 5.4-cü maddədə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.6. 6.1-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin, həmin maddəyə “habelə” sözündən sonra “bu Qanunda nəzərdə tutulmuş hallarda” sözləri əlavə edilsin və həmin maddədən “, şöbələr” sözü çıxarılsın;
1.7. 6.2-ci maddənin üçüncü cümləsində, 6.3-cü, 9.1-ci, 12.1-ci maddələrdə, 12.2-ci maddənin birinci abzasının birinci cümləsində, 12.3-cü maddənin birinci – üçüncü cümlələrində, 12.4-cü maddənin birinci və ikinci cümlələrində, 12.5-ci, 13.1-ci maddələrdə, 18.1-ci maddənin birinci cümləsində, 18.3-cü maddənin birinci və ikinci cümlələrində, 20.1-ci maddənin ikinci cümləsində, 20.3-cü (hər iki halda) maddədə, 20.4-cü maddənin ikinci cümləsində, 21.1-ci maddənin birinci və ikinci cümlələrində, 21.2-ci, 21.3-cü, 21.5-ci (hər iki halda), 27.2.7-ci, 27.9-cu maddələrdə, 29-cu maddənin mətnində, 32.1-ci maddənin birinci abzasında, 33.2-ci maddədə, 35.2-ci və 35.3-cü maddələrin ikinci cümlələrində, 35.4-cü maddənin birinci hissəsinin birinci cümləsində (hər iki halda), 36.1-ci maddədə, 36.2-ci maddənin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsində, 38.3-cü, 41.4-cü maddələrdə, 44.5-ci maddənin birinci və ikinci (hər iki halda) cümlələrində, 48.1-ci maddənin birinci abzasında, 49.1-ci maddənin birinci abzasında, 49.2-ci, 49.3-cü maddələrdə, 50.1-ci maddənin ikinci cümləsində, 50.2-ci, 50.3-cü maddələrdə, 57.1-ci maddənin birinci abzasında, 57.1.1-ci, 57.2-ci, 57.5-ci maddələrdə, 57.6-cı maddənin birinci abzasının ikinci və üçüncü cümlələrində, 57.8-ci maddədə, 57-1.3-cü maddənin ikinci cümləsində (hər iki halda), 57-2.1-ci, 57-2.3.12-ci, 57-2.3.14-cü, 57-2.3.16-cı maddələrdə, 57-4.2-ci maddənin birinci abzasında, 57-4.3-cü, 57-4.4-cü maddələrdə, 57-5.1-ci maddənin birinci və ikinci cümlələrində, 57-5.4.1-ci maddədə, 57-6.3-cü maddənin birinci cümləsində, 57-6.8-ci, 57-7.2-ci maddələrdə, 57-7.3.3-cü maddənin ikinci cümləsində, 57-7.4-cü maddənin birinci cümləsində, 57-8.1-ci, 57-8.3-cü maddələrdə, 57-8.4-cü və 57-8.5-ci maddələrin birinci cümlələrində, 57-8.6-cı maddədə, 57-8.8-ci maddənin birinci cümləsində, 57-8.10-cu maddənin ikinci cümləsində, 57-8.11-ci, 57-8.12-ci maddələrdə, 57-8.13-cü maddənin birinci – üçüncü cümlələrində, 57-8.14-cü, 57-9.3-cü (hər iki halda), 57-9.4-cü, 57-9.10-cu maddələrdə, 57-11.2-ci maddənin ikinci cümləsində, 57-11.6-cı maddənin birinci (hər iki halda) və üçüncü cümlələrində, 57-11.9-cu maddənin ikinci cümləsində, 57-11.12-ci maddənin birinci və ikinci cümlələrində, 57-11.13-cü, 57-11.17.2-ci, 57-11.19-cu maddələrdə, 57-12.1-ci maddənin birinci abzasında, 57-12.1.3-cü maddənin birinci abzasında, 57-12.1.3.4-cü, 58.1-ci maddələrdə, 58.2-ci maddənin ikinci cümləsində (hər iki halda), 58.3-cü, 59.1-ci maddələrdə, 59.2-ci maddənin birinci hissəsinin birinci cümləsində, ikinci hissəsinin ikinci, beşinci və altıncı cümlələrində, 59.4-cü maddənin ikinci cümləsində, 59.5.1-ci maddədə, 59.7-ci maddənin ikinci cümləsində, 59.10-cu (hər iki halda), 59.11-ci, 61.1.1 – 61.1.3-cü, 62.1.1-ci maddələrdə, 62.2-ci maddənin birinci – beşinci cümlələrində, 62.3-cü maddənin birinci cümləsində, 63.1-ci və 64.1-ci maddələrin birinci cümlələrində (hər iki halda), 65.1.2-ci, 65.1.5-ci maddələrdə, 65.2-ci maddənin birinci abzasında, 65.2.1-ci maddənin birinci və ikinci (hər iki halda) cümlələrində, 66.1-ci maddənin ikinci cümləsində, 67-ci maddədə, 70.1-ci maddənin birinci cümləsində, 70.3-cü maddədə, 71.1-ci maddənin dördüncü və beşinci cümlələrində, 71.4-cü maddənin üçüncü hissəsində, 71-1.3-cü (hər iki halda), 86.1-ci, 86.2-ci maddələrdə, 88.1.2-ci maddənin ikinci cümləsində, 89.1.1-ci, 89.1.4-cü maddələrdə, 90-cı maddənin adında və mətnində, 91.3-cü maddənin birinci cümləsində, 93.2-ci (hər iki halda) maddədə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.8. 7-ci maddə üzrə:
1.8.1. 7.1-ci maddənin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.8.2. 7.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“7.2. Bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən Mərkəzi Bank bankın kapitalında pay sahiblərinin və benefisiar mülkiyyətçilərin maliyyə vəziyyəti, habelə mühüm iştirak pay sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin), benefisiar mülkiyyətçilərin və inzibatçıların məqbul və lazımi keyfiyyətlərə malik olması və bankın nizamnamə kapitalının mənbəyi barədə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.”;
1.8.3. aşağıdakı məzmunda 7.2-1-ci maddə əlavə edilsin:
“7.2-1. Bu Qanunun 7.2-ci maddəsi sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinə), benefisiar mülkiyyətçi olan şəxslərə, yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir.”;
1.9. 8-ci maddə üzrə:
1.9.1. 8.2.1-ci maddədən “səsvermə hüququ olan” sözləri çıxarılsın;
1.9.2. 8.2.1.4-cü maddəyə “olduqda” sözündən sonra “(daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilər istisna olmaqla)” sözləri əlavə edilsin;
1.9.3. 8.2.2-ci, 8.2.3-cü, 8.2.5-ci və 8.2.8-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“8.2.2. bankın təklif edilən nizamnamə kapitalının miqdarı, hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi, bankda mühüm iştirak pay sahiblərinin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə mühüm iştirak pay sahibləri hüquqi şəxs olduqda onların nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar və sənədlər;
8.2.3. bankda mühüm iştirak payının təklif edilən sahibi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, rəhbər əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;”;
“8.2.5. bankda mühüm iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda onun vətəndaş qüsursuzluğuna dair məlumat, mühüm iştirak payının sahibi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;”;
“8.2.8. bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, onların vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;”;
1.9.4. aşağıdakı məzmunda 8.2.5-1-ci maddə əlavə edilsin:
“8.2.5-1. Mərkəzi Bankın müəyyən etdiyi formada bankın səhmdarları arasındakı münasibətlər və bankın benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;”;
1.9.5. 8.3-cü və 8.4-cü maddələrin birinci və ikinci cümlələrində, 8.5-ci maddənin birinci abzasında, 8.6 – 8.8-ci, 8.10.3-cü maddələrdə, 8.11-ci maddənin ikinci, üçüncü və dördüncü (hər iki halda) cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.10. 9.3.10-cu maddə aşağıdakı redaksiyada verilsin:
“9.3.10. filiala təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, onların vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;”;
1.11. 10-cu maddə üzrə:
1.11.1. 10.2.2-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;
1.11.2. 10.2.6-cı maddəyə “üçdən” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunduqda beşdən)” sözləri əlavə edilsin;
1.11.3. 10.2.7-ci maddədə “(mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin rəhbəri, bank filialının, şöbəsinin rəhbəri və baş mühasibi” sözləri “(bu vəzifələri icra edən şəxs), daxili audit bölməsinin rəhbəri, bank filialının, şöbəsinin rəhbəri, eləcə də xarici bankın yerli filialının rəhbəri və baş mühasibi (bu vəzifələri icra edən şəxs)” sözləri ilə əvəz edilsin;
1.11.4. 10.3 – 10.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“10.3. İnzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:
10.3.1. bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində və ya bankın fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 5 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və həmin sahələrdə azı 7 illik iş təcrübəsinin olması;
10.3.2. bankın İdarə Heyətinin sədri və üzvləri, habelə xarici bankın yerli filialının rəhbəri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili rəhbər vəzifədə olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində və ya bankın fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 10 illik iş təcrübəsinin (azı 5 ili rəhbər vəzifədə olmaqla) olması;
10.3.3. yerli bankın filialının rəhbəri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 ili bankda olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması;
10.3.4. bankın daxili audit bölməsinin rəhbəri üçün – iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 ili bankda olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması;
10.3.5. bankın və xarici bankın yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) üçün - iqtisadiyyat sahəsində ali təhsil və bankda mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması (bankın və xarici bankın yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı almalıdır);
10.3.6. bank şöbəsinin və nümayəndəliyinin, habelə xarici bankın yerli nümayəndəliyinin rəhbəri üçün - ali təhsil və bankda azı 2 illik iş təcrübəsinin olması.
10.4. Bu Qanunun 10.3.5-ci maddəsində baş mühasib (bu vəzifələri icra edən şəxs) üçün müəyyən edilmiş tələblər bankda mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinə və müvafiq peşəkar mühasib sertifikatına malik şəxslərə şamil edilmir.
10.5. Bank Müşahidə Şurası və İdarə Heyətinin sədri və üzvləri, habelə yerli filialı olan xarici bank yerli filialının rəhbəri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə müvafiq olaraq bu Qanunun 8.2.8-ci və 9.3.10-cu maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur.
Mərkəzi Bank 30 təqvim günü müddətində bildirişə baxır və təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda həmin müddət ərzində namizədləri müsahibəyə dəvət edir. Bu təyinatlara dair Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin namizədlər öz vəzifələrinin icrasına başlayırlar. Müsahibənin keçirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə banka və ya xarici banka sənədlərin təqdim edildiyi gündən 15 təqvim günü müddətində məlumat verilir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmaq təklif edilir. Bu halda bildirişə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Mərkəzi Bank bildirişə baxılma müddəti ərzində namizədləri müsahibəyə dəvət etmədikdə onların namizədliyinə müsbət baxılmış hesab olunur.”;
1.11.5. aşağıdakı məzmunda 10.6 – 10.8-ci maddələr əlavə edilsin:
“10.6. Bu Qanunun 10.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, inzibatçı vəzifəsinə digər təyinat və dəyişikliklər barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində bank və ya xarici bankın yerli filialı tərəfindən Mərkəzi Banka yazılı bildiriş təqdim edilir və bildirişə müvafiq olaraq bu Qanunun 8.2.8-ci, 9.3.10-cu və 11.3.5-ci maddələrində nəzərdə tutulan məlumat və sənədlər əlavə olunur. Bildirişdə həmçinin təyin olunmuş inzibatçıların bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə cavab verməsinə dair məlumat əks etdirilir.
10.7. Bu Qanunun 10.5-ci və 10.6-cı maddələrində nəzərdə tutulan sənədlər Mərkəzi Banka təqdim edilmiş olduğu halda və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.
10.8. Bu maddədə nəzərdə tutulan tələblər bankların və xarici bankların yerli filiallarının bütün fəaliyyət dövrünə şamil edilir.”;
1.12. 11-ci maddə üzrə:
1.12.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 11. Yerli bankların filiallarının, şöbələrinin və nümayəndəliklərinin açılmasına dair tələblər”;
1.12.2. 11.1-ci və 11.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“11.1. Yerli bank bu Qanunun tələbləri nəzərə alınmaqla filial, şöbə və nümayəndəlik açmaqda sərbəstdir.
11.2. Məcmu kapital, kapital adekvatlığı və likvidlik normativlərinə cavab verən, filiallar üzrə daxili nəzarət sisteminə malik olan bank filial, şöbə və nümayəndəlik aça bilər. Filial və şöbədə nağd pul saxlancı Mərkəzi Bankın müvafiq normativ xarakterli aktının tələblərinə uyğun olmalı, habelə filial və şöbələrdə aparılan əməliyyatlar haqqında məlumatların real vaxt rejimində banka ötürülməsi üçün informasiya sistemləri mövcud olmalıdır.”;
1.12.3. aşağıdakı məzmunda 11.1-1-ci və 11.2-1-ci maddələr əlavə edilsin:
“11.1-1. Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.”;
“11.2-1. Yerli bank yerli filial, şöbə və ya nümayəndəliyin açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə filial, şöbə və ya nümayəndəlik açmaq barədə bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti, habelə filial, şöbə və ya nümayəndəliyin inzibatçıları barədə bu Qanunun 11.3.5-ci maddəsində göstərilən sənəd və məlumatlar əlavə olunur. Bildirişdə filial, şöbə və ya nümayəndəliyin ünvanı, fəaliyyətə başlaması vaxtı, habelə inzibatçıları barədə bu Qanunun 10.6-cı maddəsində göstərilən məlumat əks etdirilir. Mərkəzi Bank tərəfindən 14 təqvim günü ərzində bildirişə münasibət bildirilmədikdə və ya bank tərəfindən yerli filialın, şöbənin və ya nümayəndəliyin açılması üçün bu Qanunla nəzərdə tutulmuş tələblərə riayət edilməməsi və ya banka qarşı tətbiq edilən təsir (təshih) tədbirlərinə əməl edilməməsi ilə bağlı banka yazılı məlumat göndərilmədikdə müvafiq yerli filial, şöbə və ya nümayəndəlik fəaliyyətə başlaya bilər.”;
1.12.4. 11.3-cü maddənin birinci abzasının birinci cümləsində “yerli və ya xarici filialını və” sözləri “xarici filialını və ya” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;
1.12.5. 11.3.2-ci maddənin birinci və ikinci cümlələrindən və 11.3.4-cü maddədən “xarici” sözü çıxarılsın;
1.12.6. 11.3.5-ci maddədən “xarici” sözü çıxarılsın və həmin maddədə “tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə” sözləri “vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış” sözləri ilə əvəz edilsin;
1.12.7. 11.4-cü maddənin birinci – üçüncü cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.12.8. 11.5-ci maddə üzrə:
1.12.8.1. birinci cümlədə “filialının və ya xarici” sözləri “xarici filialının və ya” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.12.8.2. ikinci, üçüncü və beşinci cümlələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.12.8.3. dördüncü cümlədə “filialın və ya xarici” sözləri “xarici filialın və ya” sözləri ilə əvəz edilsin;
1.12.9. 11.7-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə, “təqvim” sözü “iş” sözü ilə əvəz edilsin;
1.12.10. aşağıdakı məzmunda 11.8-ci maddə əlavə edilsin:
“11.8. Bank filial, şöbə və nümayəndəliklərinin fəaliyyətlərinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi barədə qərar qəbul etdikdə, səbəbi göstərilməklə bu barədə Mərkəzi Banka 5 iş günü müddətində yazılı bildiriş göndərməlidir. Bildirişdə fəaliyyəti dayandırılmış və ya fəaliyyətinə xitam verilmiş struktur bölməsinin aktiv və öhdəliklərinin banka və ya bankın digər struktur bölməsinə ötürülməsi qaydası göstərilir.”;
1.13. 14-cü maddə üzrə:
1.13.1. 14.1.1-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin maddəyə “deyildir” sözündən sonra “və həmin vəsaitlərin mənbəyi məlumdur” sözləri əlavə edilsin;
1.13.2. 14.1.2-ci maddəyə “təsisçisinin” sözündən sonra “və ya benefisiar mülkiyyətçilərin” sözləri əlavə edilsin;
1.13.3. 14.1.3-cü maddədən “maliyyə bazarlarına nəzarət orqanının və” sözləri çıxarılsın və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.13.4. 14.1.4-cü maddəyə “mühüm” sözündən əvvəl “benefisiar mülkiyyətçilər,” sözləri əlavə edilsin;
1.13.5. 14.1.11-ci, 14.2.5-ci, 14.2.8-ci və 14.3-cü maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.13.6. 14.1.13-cü maddədən “maliyyə bazarlarına nəzarət orqanının və” sözləri çıxarılsın;
1.13.7. 14.2-ci maddənin birinci abzasında “yerli və xarici filiallarının, xarici” sözləri “xarici filiallarının və” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.13.8. 14.2.7-ci maddə ləğv edilsin;
1.14. 15-ci maddə üzrə:
1.14.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 15. Bankların, onların filiallarının, şöbələrinin və nümayəndəliklərinin reyestri”;
1.14.2. 15.1-ci maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsinə “tarixi” sözündən sonra “(bu Qanunla lisenziya və icazə tələb olunduqda)” sözləri əlavə edilsin;
1.14.3. 15.2-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə, “təqvim” sözü “iş” sözü ilə əvəz edilsin;
1.15. 16-cı maddə üzrə:
1.15.1. 16.1-ci maddənin birinci abzasında “lisenziyası” sözü “lisenziyasının ləğv edilməsi məsələsinə” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin abzasdan “ləğv edilməsi məsələsinə” sözləri çıxarılsın;
1.15.2. 16.1.5-ci, 16.1.6-cı, 16.1.12-ci, 16.1.14-cü, 16.2.5-ci və 16.3-cü maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.15.3. 16.1.9-cu və 16.2.7-ci maddələrdən “, maliyyə bazarlarına nəzarət orqanının” sözləri çıxarılsın;
1.15.4. 16.1.15-ci maddədən “maliyyə bazarlarına nəzarət orqanı və ya” sözləri çıxarılsın və həmin maddəyə “banklarına” sözündən sonra “və ya xarici bankın yerli filiallarına” sözləri əlavə edilsin;
1.15.5. 16.1.16-cı və 16.1.17-ci maddələrdən “maliyyə bazarlarına nəzarət orqanına və ya” sözləri çıxarılsın;
1.15.6. 16.1.18-ci maddə aşağıdakı redaksiyada verilsin:
“16.1.18. bank və ya xarici bankın yerli filialı bu Qanuna uyğun olaraq Mərkəzi Bankın ona verdiyi sərəncamları və ya digər yazılı göstərişləri yerinə yetirmədikdə;”;
1.15.7. 16.2-ci maddənin birinci abzasında “filiallarına və nümayəndəliklərinə, o cümlədən” sözləri “xarici filial və nümayəndəliklərinə, habelə” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.15.8. 16.2.9-cu maddədə “filialın və ya nümayəndəliyin” sözləri “nümayəndəliyin və ya yerli bankın xarici filialının” sözləri ilə əvəz edilsin;
1.15.9. aşağıdakı məzmunda 16.2.9-1-ci maddə əlavə edilsin: