DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PRİQOJİNİ MOSKVAYA HÜCUMA MƏCBUR ETDİ?

Vaqnerözəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin öz şirkətini müstəqil qüvvə kimi qoruyub saxlamağın yeganə yolunun Rusiya Müdafiə Nazirliyinə qarşı çıxmaq olduğunu iddia etsə , öz perspektivlərini çox şişirtdi. “Teleqraf.comun xəbərinə görə, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun təhlilində qeyd olunur.

Analitiklər qeyd edirlər ki, Priqojin Müdafiə NazirliyininVaqner daxil olmaqla nizamsız birləşmələrə nəzarəti rəsmiləşdirmək üçün iyulun 1- verdiyi son müddəti siyasi bəlkə şəxsi baxımdan ekzistensial təhlükə kimi qiymətləndirib. Buna görə o, öz qüvvələrindən istifadə edərək, Müdafiə Nazirliyinin rəhbərliyini dəyişmək Vaqneri tamamilə itirməmək üçün riskə getməyə qərar verib.

Ekspertlərin fikrincə, Priqojinin davamlı uğur üçün yeganə real ümidi Müdafiə Nazirliyinin rəhbərliyini dəyişmək olub, lakin bunu edə bilməyib. Priqojinin qiyamı onun ultra-millətçi dairələrdə, Rusiya hökumətində Vaqnerdaxilində dəstək bazasını daha da sarsıdıb.

Müharibə Araşdırmaları İnstitutu hesab edir ki, Priqojin Moskvaya hücumunu başa çatdırmamaqlaVaqnerin bir çox döyüşçülərini bu qrupa rəğbət bəsləyən ultra-millətçiləri qəzəbləndirib.

 

BMT: MÜHACİRLƏRİN HƏYATITİTANda HƏLAK OLANLAR QƏDƏR QİYMƏTLİDİR

BMTTitansualtı qayığında həyatını itirən 5 nəfərin yüzlərlə ölən miqrantdan daha çox diqqət toplamasına münasibət bildirib. Bu barədəTRTtelekanalı məlumat yayıb.

Qurumun mətbuat katibinin müavini Fərhan Haq gündəlik brifinqdə mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib: “MediaTitanda həyatını itirən 5 nəfərlə ölən yüzlərlə mühacirdən daha çox maraqlandı. Bütün insanlar üçün xilasetmə səylərinə hörmətlə yanaşırıq, həyatlar qiymətlidir, lakin hökumətlər miqrantları qorumaq üçün daha ciddi səy göstərməlidir. Mühacirlərin həyatıTitanda həlak olanlar qədər qiymətlidir”.

ABŞ-ın keçmiş prezidenti Barak Obama daTitanikin qalıqlarını görmək üçün turistik sualtı qayıqla okeanın dibinə endikdən sonra siqnalı kəsilən qrupun hekayələrinə böyük maraq göstərən, lakin Yunanıstan sahillərində miqrant qayığı faciəsinə kifayət qədər əhəmiyyət verməyən Qərb mediasını tənqid edib.

Bir çox sosial media istifadəçisi bu iki hadisənin fotoşəkillərini yan-yana qoyaraq bir sualtı qayıqda 5 nəfərin itdiyi, Yunanıstan sahillərində isə 82 nəfərin öldüyü, 500 miqrantın isə taleyinin naməlum olduğuna diqqət çəkərək bu ayrı-seçkiliyi qınayıblar.

 

SEYSMOLOQDAN İSTANBUL ÜÇÜN GÜCLÜ ZƏLZƏLƏ XƏBƏRDARLIĞI

Türkiyənin Kahramanmaraş vilayətində baş verən şiddətli zəlzələlərdən sonra diqqətin yönəldiyi İstanbul üçün xəbərdarlıqlar gəlməyə davam edir. “Teleqraf.comun verdiyi xəbərə görə, yapon seysmoloq Yoşinari Morivaki İstanbulda zəlzələ olacağı ilə bağlı xəbərdarlıq edənlər arasındadır.

Yapon mütəxəssis Türkiyənin baş verə biləcək zəlzələlərdən ən az zərərlə çıxması üçün hamının birlikdə hərəkət etməli, mövcud binaların gücləndirilməsinin lazım olduğunu bildirib.

Yoşinari Morivaki xatırladıb ki, İstanbul Şimali Anadolu Fay Xəttinin bir qolu üzərində yerləşir.  “Şimali Anadolu Fay Xəttinin şimal qolu var. Məncə, o qolun bu nöqtəsi təhlükəlidir. Bunun vaxt olacağını heç kim deyə bilməz, lakin bir gün baş verəcək bu zəlzələdən az ziyanla çıxmağa hazır olmaq lazımdır”, - deyə seysmoloq vurğulayıb.

 

VAQNERMOSKVAYA MİNDƏN ÇOX HƏRBİ TEXNİKA İLƏ HƏRƏKƏT Edib

Vaqnerözəl hərbi şirkətinin Moskva istiqamətində mindən çox hərbi texnika ilə hərəkət etdiyi məlum olub. Bu barədəSputnikinformasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, “Vaqnerin Voronej vilayətindən keçərək Moskvaya istiqamətində aralarında tanklar, reaktiv yaylım atəşi sistemləri, yük maşınları minik avtomobillərinin