KREMLƏ DRONLA KİM ZƏRBƏ ENDİRİB?
Müharibə zamanı Ukrayna dövlətinin vəzifəsi Moskvaya zərbə endirmək deyil, işğal olunmuş əraziləri azad etməkdən ibarətdir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Ukrayna prezidentinin sözçüsü Sergey Nikiforov bəyan edib.
“Kremlə gecə hücumu barədə məlumatımız yoxdur, lakin prezident Volodimir Zelenskinin dəfələrlə bəyan etdiyi kimi: Ukrayna bütün mövcud qüvvə və vasitələrini başqalarına hücuma deyil, öz ərazilərinin azad edilməsinə yönəldir”, - mətbuat katibi vurğulayıb.
Eyni zamanda, Ukrayna prezidentinin sözçüsü qeyd edib ki, Rusiyanın Dnepr və Umanda çoxmərtəbəli yaşayış binalarına raket hücumlarından fərqli olaraq, Moskvada baş verən hadisə terror aktı sayıla bilməz.
Kremldən verilən məlumata görə, sözügedən hadisə 9 May - Qələbə Günü ərəfəsində terror aktı və Rusiya prezidentinə sui-qəsd cəhdidir: “Rusiya adekvat cavab vermək hüququna malikdir”.
Qeyd edək ki, mayın 3-ü gecə saatlarında iki pilotsuz təyyarə Kremli hədəfə alıb. Hərbçilər və xüsusi təyinatlılar tərəfindən radar döyüş sistemlərinin tətbiqi ilə vaxtında görülmüş tədbirlər nəticəsində PUA-lar zərərsizləşdirilib.
BƏŞƏR ƏSƏDİN İRANA SURİYADAN ƏRAZİ VERDİYİ İDDİA EDİLİR
Türkiyə-Suriya münasibətlərinin normallaşması prosesində heç bir irəliləyiş əldə olunmadan, diqqətçəkən bir gəlişmə baş verib. Bəşər Əsəd rejimi tərəfindən İrana Suriyada torpaq əraziləri verilməyə başlandığı üzə çıxıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Türkiyənin “Yeni Akit” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, Bəşər Əsəd rejiminin Tehranla əlaqələri onun İrana güzəştə getməsinə səbəb olur: “Yerli “Levant 24” saytının məlumatına görə, İran prezidenti İbrahim Rəisinin Suriyaya səfərindən əvvəl Əsəd rejimi ölkədəki bəzi torpaqların mülkiyyətini Tehran rəhbərliyinə verib”.
Məlumata əsasən, Bəşər Əsəd rejimi sözügedən torpaqları Tehrana borclarını silmək məqsədilə bağışlayır. Suriya rejimi hücumlar səbəbilə evlərini tərk etmək məcburiyyətində qalan vətəndaşlarının torpaqlarını və evlərini İranın almasına da icazə vermişdi.
Bununla yanaşı, nəşr qeyd edir ki, İran şiə yaraqlılarını və ailələrini Suriya rejimindən aldığı torpaqlarda yerləşdirir və dini-siyasi təsirini yaymaq üçün onlardan istifadə edir.
NATO ÖLKƏLƏRİ RUSİYA İLƏ SƏRHƏDDƏ TƏLİMLƏRƏ BAŞLAYIB
Polşada “Anakonda-23” hərbi təlimləri başlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.
Bildirilib ki, Rusiya ilə sərhəddə keçirilən hazırlıqlar mayın 26-dək davam edəcək. Manevrlərdə Polşa ordusunun 12 min hərbçisi iştirak edir.
Eyni zamanda qeyd edilir ki, NATO ölkələrindən olan yüzlərlə hərbçi də bu təlimlərə qatılıb.
Məlumata əsasən, təlimlərdə Polşa ilə yanaşı ABŞ, Rumıniya, Sloveniya, İsveç, Fransa, Litva, Latviya, Estoniya və Türkiyə iştirak edir.
TRAMP RESPUBLİKAÇILARLA İLK DEBATLARDA İŞTİRAK ETMƏK NİYYƏTİNDƏ DEYİL
ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti prezident seçkilərində iştirak uğrunda mübarizədə respublikaçıların digər namizədləri ilə ilk bir neçə debatı buraxa bilər. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Bildirilir ki, respublikaçıların prezidentliyə əsas namizədi kimi görünən D.Tramp yüksək reytinqini partiyadakı rəqibləri ilə bölüşməyəcək. O hesab edir ki, onun digər namizədlərdən üstünlüyü həddən artıq böyükdür və debatda iştirak onun rəqiblərinin seçki kampaniyalarına ancaq “nəfəs verə bilər”.
Rəy sorğularına əsasən, D.Tramp əsas rəqibi olan Florida ştatının qubernatoru Ron Desantisi 30 bənd qabaqlayır. Trampın digər respublikaçı namizədlərdən üstünlüyü arasındakı fərq isə daha böyükdür.
Respublikaçıların debatları bu ilin avqust ayında keçiriləcək. Qeyd edilir ki,