Şanlı qələbəmizdən sonra Azərbaycan bir çox sahədə strateji əhəmiyyətə malik böyük addımlar atıb və atmağa davam edir. Bir sıra böyük dövlətlərlə yanaşı, qonşu ölkələrlə də strateji əməkdaşlıq qurulur, mövcud əlaqələr daha da gücləndirilir. İmzalanmış bəyannamə və sənədlər isə Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş olduğunu göstərir. İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycan beynəlxalq aləmdə öz sözü, gücü və çəkisi olan bir ölkədir. Bu da bəzi ölkələrdə Azərbaycana qarşı yaranan qısqanclığın səbəbini aydın şəkildə açıqlayır. Qərb qonşumuz isə bunun belə olduğunu illərdir ki, öz aqressiyası ilə sübut edir.
Bölgədə 1988-ci ilə qədər və ondan sonra da Qarabağda yaşamış yerli erməni icması ilə danışıqlar aparmaq məqsədilə bu il martın 1-də görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Vurğulanıb ki, bölgədə yaşayan, ölkəmizin əksinə heç bir hərəkət etməyən və Azərbaycan Respublikasının qanunlarına, nizam-intizama riayət edən hər bir azlıq ölkəmizin fərdidir. Bunun belə olduğunu Prezident İlham Əliyev çıxışı zamanı bildirib: "Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib". Bu da onu deməyə əsas verir ki, Paşinyan hakimiyyətinin əksinə, ölkəmizin başçısı və xalqımız ermənilərə qarşı xoşniyyətli və tolerantdır.
İclas zamanı növbəti görüşün Bakı, Gəncə və yaxud Ağdamda baş tutması ehtimal olunub və ən sonda Bakıda keçirilməsi qərarlaşdırılıb. Görüşün paytaxt Bakıda keçirilməsi isə hər cəhətdən böyük əhəmiyyət kəsb edirdi. Lakin qarşı tərəf gəlməyi rədd edib. Buradan o nəticəyə gəlirik ki, sülh yolunda ən böyük əngəl elə Ermənistanın özüdür. Azərbaycanın qalib tərəf olmasına baxmayaraq, mütəmadi şəkildə Paşinyan hakimiyyətini sülhə dəvət edir, lakin qarşı tərəf bunu istəmir. Buradan bu nəticəyə gəlirik ki, Paşinyan öz xalqının rifahını düşünməyən və sadəcə "Böyük Ermənistan" xülyasında olan rəhbərdir.
Əgər dərindən düşünsək, Ermənistanın sülhə addım atmaması, ilk növbədə onun üçün intihara cəhddir. İlkin olaraq öz ərazi bütövlüyünü şübhə altına alır, sözün əsl mənasında özünə quyu qazır. Hayastanın üç ilə yaxındır ki, sülh sazişindən müxtəlif bəhanələrlə boyun qaçırmaq cəhdləri ölkəni hansı aqibətə sürüklədiyini anlamaq üçün bəzi faktlara nəzər salmaq kifayətdir. Belə ki, Ermənistandan heç bir logistik nəqliyyat marşrutunun keçməməsi, əməkdaşlıqla bağlı sazişlərin imzalanmaması onu iqtisadi cəhətdən olduqca zəiflədir. Digər bir tərəfdən də, bu, ölkənin xarici dövlətlərdən asılılığının genişlənməsi, öz məhdud müstəqilliyini də böyük ölçüdə itirməsidir. Bəllidir ki, maliyyə baxımından ağır böhran yaşayan İrəvanda köhnələn, sıradan çıxan daxili infrastrukturun yenilənməsi, onun az da olsa istifadəyə yararlı hala gətirilməsi üçün lazım olan maddi vəsait ölkədə mövcud deyil. Məhz buna görə Qərb qonşumuz bu problemin həlli üçün də xarici dövlətlərə müraciət etmək, ağır şərtli müqavilələrə imza atmağa məcbur olur. Nəticədə xarici ölkələr, müxtəlif beynəlxalq şirkətlər Hayastanı sadəcə maddi baxımdan özlərindən asılı vəziyyətə salmırlar, həm də qərb qonşumuzun daxili müstəqilliklərinin bir hissəsindən də məhrum edirlər.
Azərbaycan tərəfinin təklif etdiyi sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, təqdim edilən beş prinsip əsasında yalnız