"Savunmatr.com": Türkiyə və Azərbaycanın hava məkanını "HAKİM" qoruyacaq
Türkiyə və Azərbaycan "HAKİM" ortaq Hava Komandanlıq İdarəetmə Sistemi layihəsini həyata keçirir.
Bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün yerli mətbuata açıqlamasında bildirib. Qeyd edib ki, "HAKİM" Hava Komandanlıq və İdarəetmə Sistemi layihəsi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə həyata keçirdiyi ən kritik layihələrindən biridir. Onun sözlərinə görə, bu layihə ilə hər iki ölkənin hərbi-hava qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edir. Bu səbəbdən də, sözügedən layihənin şüarı Ümummilli Lider Heydər Əliyevin şüarına uyğunlaşdırılaraq "İki dövlət, bir millət, bir hava məkanı" kimi qoyulub.
Haluk Görgün onu da vurğulayıb ki, bu layihə tam reallaşdıqda birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər ərazini əhatə edəcək.
"Eurasianet": Türkmənistan-İran-Azərbaycan arasında qaz mübadilələri artıb
"Eurasianet" informasiya portalı Azərbaycanla bağlı xəbər yayımlayıb. Xəbərdə Türkmənistan, İran və Azərbaycan arasındakı tranzit qazın həcminin bu il 70 faiz artacağının gözlənildiyi qeyd olunub. Yazıda, həmçinin Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya göndərdiyi qazın həcmini 2027-ci ilə qədər illik 20 milyard kubmetrə çatdırmaq üçün Avropa İttifaqı ilə anlaşma memorandumu imzaladığı da öz əksini tapıb. Məlumatda Azərbaycanın nəhəng Şahdəniz yatağından hasilatın artırılması üzrə işləri davam etdirdiyi də bildirilib.
"TASS": Ermənistan qoşunları Naxçıvandakı Azərbaycan mövqelərini atəşə tutub
"TASS" xəbər saytı Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında yerləşən mövqelərini intensiv atəşə tutması ilə bağlı xəbər yayımlayıb. Sözügedən yazıda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi açıqlama paylaşılıb: "İyunun 20-də saat 16:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif atıcı silahlardan istifadə edərək Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Heydərabad şəhəri yaxınlığında, Sədərək ərazisində yerləşən Azərbaycan ordusunun mövqelərini atəşə tutub", - deyə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Həmçinin deyilir ki, Şuşa şəhəri yaxınlığındakı Azərbaycan mövqeləri də hücuma məruz qalıb. Hər iki ərazidə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri həyata keçirilib.
"Xovar": "Transavia express" və "Discover Azerbaijan" arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bununla bağlı "Xovar" xəbər saytı Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə istinadən məlumat verib. Sənədin imzalanma mərasimində vurğulanıb ki, bu, "Transavia express" və "Discover Azerbaijan" turizm şirkəti arasında ilk əməkdaşlıq müqaviləsidir və məqsədi Azərbaycandan Tacikistana daha çox turist cəlb etməkdir. Mayın 30-da Azərbaycanın "Buta Airways" aviaşirkəti tərəfindən Bakı-Düşənbə-Bakı marşrutu üzrə həyata keçirilən ilk birbaşa reysin açılması iki respublika arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm hesab edilir. "Transavia express" turizm şirkəti və Tacikistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə 7 turizm şirkətinin və "Discover Azerbaijan" şirkəti ilə Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndələrinin birgə görüşü keçirilib. Görüşdə əməkdaşlığın gücləndirilməsilə bağlı məsələlər müzakirə olunub.
"Daily Sabah": Azərbaycan Ermənistanı uşaq hüquqlarının pozulmasına görə tənqid edir
"Daily Sabah" xəbər saytının Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatına istinadən paylaşdığı xəbərdə deyilir ki, Ermənistan onilliklər ərzində uşaq hüquqlarını qəti şəkildə pozmuşdur. Son olaraq, 2020-ci ildə 44 gün davam edən Qarabağ müharibəsində ermənilərin mülki əhaliyə hücumları nəticəsində 12 uşağın həlak olduğu, 67 uşağın isə yaralandığı qeyd edilən hesabatda çoxlu sayda azyaşlının valideynlərini də itirdiyi qeyd olunub. Bununla yanaşı, Ermənistanın 1991-ci ildən bəri yerləşdirdiyi minaların qurbanı olan azı 3381 nəfərin