"Moskva-Bakı": İlham Əliyev "Starwood Capital Group" investisiya şirkətinin rəhbərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də dünyanın aparıcı investisiya şirkətlərindən biri olan "Starwood Capital Group" şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlixi qəbul edib. Bu barədə "Moskva-Bakı" nəşri xəbər yayımlayıb. Yazıda qeyd olunub ki, Berri Sternlix Azərbaycanın regionda böyük rola malik olduğunu deyib. Qonaq vurğulayıb ki, Azərbaycan Dövlət Neft Fondu ilə çoxillik və möhkəm əməkdaşlıq rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıyır və onlar gələcəkdə bu əməkdaşlığın dərinləşdirilməsində maraqlıdırlar.
Prezident İlham Əliyev də öz növbəsində dünyanın nəhəng və qabaqcıl maliyyə təsisatları ilə əməkdaşlıq edən Azərbaycan Dövlət Neft Fondunun "Starwood Capital Group" şirkəti ilə sıx əlaqələrini müsbət qiymətləndirib və mövcud tərəfdaşlığın gücləndirilməsi üçün səylərin davam etdirilməsinin önəmini vurğulayıb.
Görüşdə Azərbaycanda münbit investisiya şəraitinin mövcudluğu qeyd edilib, xüsusilə alternativ enerji, logistika və turizm sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Anadolu agentliyi: Cümhurbaşqanı Ərdoğan Şimali Kipr Türk Respublikasına və Azərbaycana səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident seçilməsindən sonra xarici ölkəyə ilk səfərlərini iyunun 12-13-də Şimali Kipr Türk Respublikası və Azərbaycana edəcək. Bu barədə Anadolu agentliyi məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqələr idarəsinin yazılı açıqlamasına görə, Prezident Ərdoğanın ŞKTR-yə səfəri zamanı ikitərəfli münasibətlərin bütün istiqamətlərində atılacaq addımlar barədə fikir mübadiləsi aparılacaq və adadakı hadisələr regional və qlobal ölçülərdə ətraflı araşdırılacaq.
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində baş tutacaq təmaslar zamanı beynəlxalq və regional hadisələr, eləcə də Türkiyə-Azərbaycan münasibətlərinin yeni dövründə irəliləyişə nail olmağa təkan verəcək digər əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılması planlaşdırılır.
BELTA: Ermənistan-Azərbaycan münaqişəsi hər iki tərəfin xeyrinə sonlanmalıdır
Belta xəbər saytı Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan və Ermənistan arasında münaqişənin həllinin faydalı olması ilə bağlı bildirdiyi fikirləri dərc edib. Prezident iyunun 8-də KTMT-yə üzv ölkələrin Təhlükəsizlik Şuralarının katibləri ilə görüşündə bildirib ki, əvvəlki illərdə o, tərəflər arasında münaqişənin həlli üçün çox səy göstərib, Ermənistan və Azərbaycan liderləri arasında əməkdaşlıq yaratmağa çalışıb. Onun fikrincə, KTMT Təhlükəsizlik Şuralarının katibləri də bu vəziyyətdə kənarda qalmayaraq öz təkliflərini verməlidirlər. "Siz bizim müdafiə və təhlükəsizlik məsələləri üzrə əsas köməkçilərimizsiniz" - deyə ölkə başçısı bildirib.
Pakistan Observer: Azərbaycanın energetika naziri İRENA-nın baş direktoru ilə görüşüb
Qazaxıstanda keçirilən Astana Beynəlxalq Forumu çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) baş direktoru Françesko La Camera arasında görüş olub.
Bu barədə Pakistan Observer saytı yazır. Məqalədə qeyd olunub ki, görüş zamanı bərpaolunan enerjinin istehsalı və ixracı, eləcə də yaşıl enerji texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən və planlaşdırılan layihələr barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın 2023-2024-cü illər üçün İRENA Şurasına üzvlüyü çərçivəsində əməkdaşlığı məsələsinə baxılıb. Görüşdə Azərbaycanda bərpaolunan enerji sahəsində imkanların qiymətləndirilməsinə İRENA-nın dəstəyi ifadə olunub.
Mordorintelligence: Azərbaycan neft və qazının bazar payı - artıma meyillər və proqnozlar (2023-2028)
Mordorintelligence xəbər saytı Azərbaycanın neft-qaz potensialı ilə bağlı analiz xarakterli xəbər yayımlayıb. Sözügedən yazıda bildirilir ki, Azərbaycan neft və qaz bazarının proqnoz dövründə CAGR-nin (Mürəkkəb İllik Artım Sürəti) 1,5 faiz qeydə alınacağı nəzərdə tutulur.
COVID-19 pandemiyası 2020-ci ildə bazara mənfi təsir göstərib. Lakin bununla belə, bazar indi pandemiyadan əvvəlki səviyyəyə çatıb. BP və Total