Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.
Heydər Əliyev Azərbaycan iqtisadiyyatının və mədəniyyətinin bütün sahələrində proqram dəyişikliklərinin mükəmməl sistemini yaratmış və həyata keçirmişdir. Ölkəmiz üçün tamamilə yeni olan bir sıra xalq təsərrüfatı sahələrinin yaradılması, irimiqyaslı tikinti və sənaye obyektlərinin istifadəyə verilməsi, fundamental və tətbiqi elmlərin inkişafı sahəsində əldə edilən uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ötən əsrin 80-ci illərində SSRİ dövlətinin aparıcı qüvvələrindən biri kimi fəaliyyəti dövründə də, ədalətsiz təqiblərə məruz qaldığı illərdə də, 90-cı ilin əvvəllərində blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olanda da, olum və ya ölüm təhlükəsi qarşısında qalmış Azərbaycanı 1993-cü ilin fəlakətindən qurtaranda da Heydər Əliyev yalnız vətənə, xalqa, torpağa hədsiz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamışdır.
Həyatda elə əlamətdar günlər, hadisələr var ki, ölkənin, milyonlarla insanın taleyində, müqəddəratında həlledici rol oynayıb, bütöv bir xalqın yaddaşına əbədi həkk olur, tarixinə qızıl hərflərlə yazılır. Azərbaycan üçün 1993-cü il iyunun 15-i məhz belə tarixlərdəndir. Bəli, həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı, dövlətçiliyimizin xilas anının başlanğıcı - Milli Qurtuluş Günüdür.
Düz 30 il əvvəl Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir situasiyada xalqımız Azərbaycan dövlətinin xilası üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini təkidlə tələb etdi. Beləliklə, iyunun 9-da Ulu Öndərin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz bu gündən ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələ başladı.
Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında gördüyü tədbirlər sayəsində ölkədə hökm sürən dağıdıcı proseslər neytrallaşdırıldı, Azərbaycan məhv olmaq təhlükəsindən qurtuldu. Ulu Öndərin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifəsinə çevrildi.
Ümummilli Liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan vermişdir. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratmışdır.
1993-cü ildən etibarən Azərbaycan özünün sağlam, bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli iqtisadiyyatını qurmağa başladı. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan özünün təbii ehtiyatlarına, insan potensialına və digər şərtlərə əsaslanan milli iqtisadiyyatını formalaşdırdı. Məhz Heydər Əliyev uzaqgörənliyinin nəticəsidir ki, bazar münasibətlərinin prinsipləri əsasında qurulmuş Azərbaycanın milli iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası təmin edilmişdir.
Ümummilli Lider Heydər Əliyev daima xalqımızın mənəvi dəyərlərinə böyük ehtiramla yanaşmış, dövlət başçısı kimi bayram və mərasimlərin dövlət səviyyəsində qeyd olunması, tarixi və milli ənənələrimizin qorunub saxlanılması üçün mühüm tədbirlər görmüşdür. Bu dövrdə ölkəmizdə onlarla məscid və digər ibadətgahlar tikilmiş, dini tədris müəssisələri, mədrəsə və ilahiyyat fakültələri açılmışdır. Vaxtilə ifrat bolşevik amansızlığı ilə partladılmış Bibiheybət məscidi bərpa olunmuşdur. Bu ibadətgahın bərpa edilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə nə qədər böyük əhəmiyyət verdiyinin bariz nümunəsidir.
Xalqımızın milli sərvəti olan ana dilinə daim qayğı göstərməsi haqlı olaraq Heydər Əliyevin böyük tarixi xidmətlərindən sayılır. Ana dilimizin doğma adı bərpa