AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

Daily Sabah: Azərbaycan Qarabağ ermənilərinə amnistiya verə bilər

"Daily Sabah" xəbər saytı Azərbaycanla bağlı məqalə yayımlayıb. Məqalədə Prezident İlham Əliyevin Qarabağ ermənilərinə qarşı atdığı növbəti xeyirxah addımdan bəhs olunur. Yazıda dövlətimizin başçısının bölgədəki ermənilərin hüquq təhlükəsizliyinə Azərbaycan dövləti, onun qanunları, beynəlxalq müstəvidə imzalanmış müqavilələr tərəfindən təminat verilməsi ilə bağlı söylədiyi fikirlər yer alıb. Bundan başqa, Azərbaycanın Qarabağdakı erməni icmasının nümayəndələrinin reinteqrasiya məsələsini müzakirə etmək məqsədilə Bakıya dəvət edilməsi onların bu dəvətlərdən imtina etməsi faktı da yazıda öz əksini tapıb. Məlumatda Azərbaycanın üçüncü dəfə Qarabağ ermənilərinə qarşı müsbət addım atdığı vurğulanıb. Yazıda Prezident İlham Əliyevin Qarabağda yaşayan ermənilərə amnistiya elan edilməsi üçün qoyduğu şərtlər diqqətə çatdırılıb: "Ona görə "parlament" buraxılmalıdır, özünü "prezident" adlandıran ünsür təslim olmalıdır, bütün "nazirlər", "deputatlar" digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər". Xəbərdə ABŞ Dövlət Departamentinin Azərbaycanın bu addımını yüksək qiymətləndirdiyi bildirilib.

 

News.am: ABŞ Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundunu səbirsizliklə gözləyir

Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoq davamlı sülhün açarıdır. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel açıqlama verib. Onun sözlərinə görə, tərəflər Cənubi Qafqaz regionunda dinc gələcək üçün çalışdıqlarına görə Vaşinqton növbəti danışıqlar raundunu səbirsizliklə gözləyir.

Qeyd edək ki, Azərbaycan Ermənistan XİN başçıları arasında 12 iyunda Vaşinqtonda görüş nəzərdə tutulub.

 

The Jerusalem Post: "İsrail-Azərbaycan əlaqələri gələcək üçün ortaq maraqlara əsaslanır" - Xəzər İbrahim

The Jerusalem Post xəbər saytı Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahimin bazar ertəsi Nyu-Yorkda keçirilən "The Jerusalem Post" illik konfransda Azərbaycan-İsrail əlaqələri ilə bağlı fikirlərini yayımlayıb. O, öz nitqində kibertəhlükəsizlik Azərbaycanın İsrailin neft təbii qaz tələbatının yarısını qarşılaması daxil olmaqla müxtəlif vacib aspektlərə yer verib: "Bu, təkcə deyil, biz inanırıq ki, dostlar belə davranmalı hərəkət etməlidirlər".

Məqalədə Azərbaycanın bu yaxınlarda İsraildə səfirlik açması İsrailin xarici işlər naziri prezidentinin son həftələrdə Bakıda səfərdə olması da qeyd edilib. Xəzər İbrahim bu barədə səfirliyin açılışını böyük uğur kimi səciyyələndirib.

 

Caspian News: Azərbaycan Naxçıvanda azad iqtisadi zona yaradacaq

Caspian News xəbər saytı Azərbaycanın cənub-qərbində dənizə çıxışı olmayan Naxçıvan Muxtar Respublikasında azad iqtisadi zona yaratmağı planlaşdırması ilə bağlı xəbər yayımlayıb. Sözügedən yazıda bildirilir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Məlumata görə, layihənin ilkin planlaşdırılması prosesinə bu il Nazirlər Kabinetinin himayəsi ilə başlanılacaq.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, layihənin məqsədi ticarət logistika imkanlarını genişləndirməklə Naxçıvanda iqtisadi artımı sürətləndirməkdir: "Eyni zamanda, Naxçıvanın bütün ərazisi üçün gömrük rüsumları üzrə güzəştləri nəzərdə tutan xüsusi gömrük rejiminin yaradılması həyata keçiriləcək. Bu siyahıya Azərbaycanda istehsal olunan mallar daxil olmayacaq".

Onun sözlərinə görə, proqram çərçivəsində daha ucuz qiymətli malların təklif edilməsi məqsədilə azad iqtisadi zonanın tərkibində yeni ticarət mərkəzində rüsumsuz mağazalar açılacaq.

"Proqrama əsasən, Naxçıvan Muxtar Respublikasına hava yolu ilə Azərbaycanın digər bölgələrindən gələnlər üçün idxal gömrük ödənişləri üzrə güzəştlərin həddi şərtləri müəyyən ediləcək. Ümumiyyətlə, proqram Naxçıvanda daha azad daha liberal rejimli zonanın formalaşdırılmasını nəzərdə tutur