Daily Sabah: ABŞ Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında səylərini artırır
Daily Sabah xəbər saytı Azərbaycan və Ermənistan arasındakı sülh prosesi ilə bağlı məlumat yayımlayıb. Məqalədə Ermənistan və Azərbaycanın sülh danışıqlarının növbəti raundu üçün bu ay Vaşinqtonda bir araya gələcəkləri qeyd olunub. Dəqiq tarixin hələ ki, bəlli olmadığı görüş barədə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib ki, tərəflər Cənubi Qafqaz regionunun stabil gələcəyini birgə təmin edəcəklər. Bununla yanaşı ABŞ rəsmisi birbaşa dialoqun problemlərin həlli və davamlı, layiqli sülhə nail olmaq üçün önəmli olduğunu vurğulayıb.
Keçən ayın sonunda Avropada Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən növbəti danışıqlar barədə Patel deyib ki, Bayden administrasiyası Ermənistan və Azərbaycan arasında danışıqların müxtəlif ərazilərdə baş tutmasından məmnundur. Bununla yanaşı, məqalədə sülh gündəliyi ətraflı şəkildə şərh edilərək Vaşinqton və Brüsseldəki görüşlərdən əlavə, Moskva görüşünün də əhəmiyyəti qeyd olunub. Nikol Paşinyanın ölkəsinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyacağının və bütün nəqliyyat əlaqələrinin açılacağının gözlənildiyi məlumatda yer alıb.
Anadolu Agentliyi: Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub
Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin ölkəmizin qərbindəki hərbi mövqelərini atəşə tutması ilə bağlı bəyanat yayıb.
Bu barədə Türkiyənin Anadolu Ajansı saytı bildirib.
"Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qarayman qəsəbəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Daşkəsən rayonunun Astaf kəndində yerləşən mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar", - deyə Bəyanatda qeyd olunub.
Bəyanatda, həmçinin bildirilir ki, Ağdam rayonundakı hərbi mövqelər də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən atəşə məruz qalıb. Eyni zamanda, bildirilir ki, qanunsuz erməni silahlı birləşmələri Şuşa, Xocavənd və Ağdam rayonları ərazisində yerləşən Azərbaycan mövqelərinin qarşısında uzunmüddətli istehkamlar qurmağa cəhd göstərib, lakin Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi tədbirlərlə bu cəhdlərin qarşısı alınıb. İki keçmiş sovet respublikası arasında münasibətlər 1991-ci ildə Ermənistan hərbçiləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağı və ona bitişik yeddi rayonu işğal etdikdən sonra gərginləşib.
2020-ci ilin payızında Azərbaycan 44 gün davam edən döyüşlər zamanı bir neçə şəhər, kənd və qəsəbəni erməni işğalından azad edib. Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli Bəyanat Azərbaycanda zəfər kimi qeyd olunur.
Caspian News: İran səfirliyin yenidən açılması ilə bağlı Azərbaycana müraciət edib
Caspian News xəbər saytı Tehranın Azərbaycana müraciəti ilə bağlı xəbər yayımlayıb. Sözügedən yazıda, həmçinin qeyd edilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Tehrandakı diplomatik missiyasının fəaliyyətinin bərpası ilə bağlı İrandan Bakıya müraciət daxil olduğunu bildirib.
"Diplomatik missiyamızın fəaliyyətinin bərpası ilə bağlı bizə İran tərəfdən bir neçə müraciət daxil olub. Lakin bu məsələlər bir-biri ilə bağlıdır və Azərbaycan tərəfi cinayətkarların və sifarişçilərin məsuliyyətə cəlb olunacağına və ciddi şəkildə cəzalandırılacaqlarına tam əmin olmalıdır. Bütün müvafiq təminatlar Azərbaycan tərəfinə sözdə deyil, əməldə verilməlidir", - deyə o, əlavə edib.
Mayın 5-də İran 4 azərbaycanlı diplomatı, o cümlədən Tehrandakı səfirliyin iki əməkdaşı və Təbrizdəki konsulluğun iki əməkdaşını persona non-qrata elan edib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin sözlərinə görə, İranın bu qərarı Bakının bu ilin aprelində atdığı eyni addıma cavab olub.
Koreaherald: Cənubi Koreya Azərbaycanda böyük enerji layihələrində iştirak etməyə can atır
Cənubi Koreya 6 iyun 2023-cü il tarixində Avropa qitəsində iri enerji və sənaye layihələrində iştirak etmək istəyən şirkətlər üçün Azərbaycandan dəstək istəyib.
Koreaherald saytı yazır ki, bunu Cənubi Koreyanın