Sən demə, güzgünü buradan asmaq olmazmış...
Güzgü hər dövrdə insanlar üçün vacib atribut hesab edilib. Elə bir ev tapılmaz ki, orada ən azı bir güzgü olmasın. Bu gün müasir insanlara güzgü o qədər də qəribə gəlməsə də, qədimdə onun istifadəsi ilə bağlı bir çox sirli məqamlar mövcud idi. Bəs nə idi onların sirri?
Güzgülərin tarixi çox qədim zamanlara gedib çıxır. İlk hazırlanan güzgülər qədim şumerlər, hindlilər və misirlilərə aiddir. Əvvəllər güzgünü bürüncdən və gümüşdən hazırlayıblar. İlk şüşə güzgüləri isə XII əsrdə Murano adasında yaşayan Venesiya ustaları düzəldiblər.
Qədim zamanlarda güzgülər "şeytanın gözləri" ilə müqayisə edilirdi. Güzgüdən daha çox şamanlar və cadugərlər istifadə edirdilər. Onlar iddia edirdilər ki, güzgüdə adi insanların görə bilmədiklərini görmək mümkündür. Qədim deyimlərə görə, güzgüdəki əkslə güzgüdə əks edilən varlıq arasında sirli əlaqə var. Güzgü insanın ruhunu və həyat gücünü saxlaya bilir. Həmçinin qədim dövrdə inanırdılar ki, güzgüdə gələcəyi, keçmişi görmək olar, o biri dünyanın sakinləri ilə əlaqə saxlamaq mümkündür. Bir çox alimlər əmindirlər ki, güzgü görünməz enerji ilə əhatə edilib. Bəziləri müsbət enerji verir, bəziləri isə mənfi. Xüsusilə də qarşısında zorakılıq, ölüm və ya hər hansı bir faciəvi hadisələr baş verən güzgülər mənfi enerji verir. Məhz bu səbəbdən də çarpayının yanından güzgü asmaq tövsiyə edilmir. Çünki yuxu zamanı insanın enerjisi zəiflədiyi üçün pis ruhlardan və qüvvələrdən mənfi enerji almaq ehtimalı yüksəkdir.
Keçmişin fotolarında insanlar niyə gülümsəməyib?
Heç düşünmüsünüzmü keçmişdə çəkilən fotolarda insanlar niyə gülümsəməyiblər? Maraqlı burasıdır ki, hətta xoşbəxtlik və sevinc dolu toy şənliklərinin fotolarında da bu tendensiyanı görmək olar. Bunu daha çox XVIII əsrin sonlarında və XIX əsr boyu çəkilmiş portretlərdə hiss etmək mümkündür. Bəs bunun səbəbi nədir?
Əslində, bu mövzu ilə bağlı bir çox nəzəriyyə və fikirlər mövcuddur. İlk kameralar bu gün telefonumuzda şəkil çəkdirmək qədər ani deyildi. Fotoşəkillərin çəkilməsi vaxt tələb edirdi, yəni insanlar uzun müddət yerində oturmalı idi. Bu kameralarla şəkil çəkdirmək üçün isə orta hesabla təxminən 20 dəqiqə gözləməli idin. Ən yüksəkkeyfiyyətli fotoşəkli əldə etmək üçün mümkün qədər hərəkətsiz qalmaq lazım olurdu. Çünki hərəkət fotonun bulanıqlaşmasına və obyektin diqqətdən kənarda qalmasına səbəb ola bilərdi. Buna görə də 20 dəqiqə gülümsəməkdənsə, rahat bir üz ifadəsi ilə oturmaq daha asan idi. İllər keçdikcə kameraların çəkiliş keyfiyyəti artdı və 1900-cü ilə qədər inkişaf etdi. Bu illərdə kameralar təxminən 20 saniyəyə şəkil çəkə bilirdi. Ancaq o vaxtlar şəkil çəkdirmək bugünkü standartlara görə yavaş olsa da, o zaman üçün sürətli idi. Texniki aspektdən başqa, digər amil isə dövrün standartları ilə əlaqəlidir. Məsələn, o dövrdə gülümsəməyə yaxşı baxılmırdı.
Psixoloqlardan yeni araşdırma
Elə insanlar var ki, bəzən heç kim olmasa da, yanlarında kiminsə varlığını hiss edirlər. İndiyə qədər psixologiyada bir cox fikir ayrılığına səbəb olan bu mövzu ilə bağlı hələ də araşdırmalar davam edir. Bu dəfə də Tokio Universitetinin alimləri sirri neyrofizioloji və neyrokoqnitiv məlumatlara əsaslanaraq açmağa çalışıblar.
Elm adamları iddia edirlər ki, başqasının varlığı hissi beyin yarımkürələrinin işində balansın pozulmasının nəticəsidir. Tədqiqat zamanı iştirakçılara öz bədənlərini göstərən xüsusi eynəklər təqdim edilib. Bu, bədənin başqa yerdə olduğu illüziyasını yaradıb və ətraflarında başqasının varlığı hissini oyadıb. Alimlər, həmçinin deyirlər ki, başqasının varlığı hissi beyninin məhz insanın öz bədəninin qavranılmasına cavabdeh olan hissələrinin işindəki pozğunluqlarla əlaqələndirilə bilər.
Bu tədqiqatlar beynin necə işlədiyi